“MƏN ÖZ DÜNYAMIN SƏSİ OLACAĞAM … YOL(un)A DAVAM!”!!!

PAYLAŞIN

“… Mənim gələcəyim, dünyam, dostlarım, düşmənlərim, qonşularım, sərhədlərim, yaşam haqqım üzərində Avropanın iradəsi və söz haqqı yoxdur, ola bilməz, Avropanın təsəvvürləri və stratejiləri mənə hökm edə bilməz.”

Fb-NİN GÜNDƏMİNDƏN

Avropa dünya deyil, qitədir…

“Beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz”? Bu “sərhədlərimizi” “tanıyan”, “tanımayan” “beynəlxalq güc” kimmiş əcaba? Bu beynəlxalq səviyyədə “tanınan sərhədlərimiz” obyektivdirmi, tarixi həqiqəti əks etdirirmi? Düşünün. “Beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz”Azərbaycanın kiçik bir hissəsini əhatə etmirmi? Bütün Ermənistan ərazisi bizim deyilmi?. O, “beynəlxalq səviyyədə tanınmış” sərhədlər məsələsi haqqında danışanda,  “beynəlxalq səviyyə” deyəndə kimi nəzərdə tutursunuz, Avropanımı?
Avropa bütün dünyanı, beynəlxalq aləmi təmsil edir ki? Hardan almışdır bu haqqı. Bu haqqı ona kim verib ki, bəşəriyyətin adından danışır. Mənim tarixim, torpağım, sərhədlərim Avropanın “tanıdığı” sərhədlərdən kənara çıxır axı. Avropanın tanımağı, tanımamağı mənim milli iradəmi, tarixi haqqımı müəyyənləşdirə bilməz axı. Mən “dünya” dedikdə Avropanı nəzərdə tutmalı deyiləm axı. Mən Avropanı “dünya” kimi təsəvvür etmək zehniyyətindən qurtarmalıyam axı. Avropanın dünya üzərindəki hegemonluğuna qarşı çıxmalıyam axı. Avropanın dizayn etdiyi dünya və sərhədlər mənim tariximə, milli maraqlarıma, keçmişimə, gələcəyimə ziddir axı. Dünyanın dizayn edilməsi haqqını Avropaya verməməliyik axı.
Qafqazda Erməni dövləti olmayıb. Olmamalıdır. Olmayacaq. Ermənistan adlanan o torpaqlar Azərbaycandır. Bax, bu baxış açısına və iradəyə sahib olduqda erməni problemini həll edəcəyik. Erməni problemini Avropa(Rusiya) doğurub, Avropanın dünyaya verdiyi dizayn nəticəsində Ermınistan doğulub. Ermənistan problemini çözərkən, ən azı düşüncədə Avropa( Rusiya) problemini də çözməyə məcbur olacağıq…
Nəticələr haqqında yox, köklər və səbəblər haqqında da düşünməliyik.
Avropa dünya deyil, qitədir… Mənim gələcəyim, dünyam, dostlarım, düşmənlərim, qonşularım, sərhədlərim, yaşam haqqım üzərində Avropanın iradəsi və söz haqqı yoxdur, ola bilməz, Avropanın təsəvvürləri və stratejiləri mənə hökm edə bilməz.
Avropanın tanıdığl sərhədlər mənim tanıdığım sərhədlərə ziddir. Öz sərhədlərimi özüm müəyyənləşdirməliyəm.
Mən keçmişimi və gələcəyimi, millətimi və dövlətimi, torpağımı və övladımı Avropanın 3-5 dövlətinə, təşkilatına, siyasi iradəsinə, hüquq anlayışına, tarix fəlsəfəsinə, dəyərlərinə, maraqlarına əsla tabe etdirmərəm. Qurban vermərəm.
Avropanın qərarları yalnız Avropa ölkələrində keçərlidir.
Avropa dünyası mənim dünyam deyil. Avropa ayrı dünyadır, mən ayrı dünyayam. Mənim dünyam Avropa dünyasına tabe olmaz. Avropa dünyasının 400 il yaşı var, mənim dünyamın 10 min il yaşı var. Mənim dünyam Türk, Şərq, Asiya, İslam dünyalarınının vəhdətidir. Mənim dünyamın öz fəlsəfəsi, dövlət və hüquq anlayışı, yaşam biçimi, Allah anlayışı, mədəniyyət sistemi, ruhu var. Mənim dünyamda mənim dəyərlərim keçərlidir. Mənim dünyamın, mədəniyyət sistemimin 10 min il yaşı var, öz böyük təcrübəsi var, hələlik kül altında közərir, passiv faza dönəmini yaşayır, mənim vəzifəm o böyük dünyanı oyatmaq, aktiv faza dönəminə keçirməkdir. Mən öz dünyamın səsi olacağam.
Yola davam…

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*