MƏNİ QAZAMATA APARAN BU YAZILARDI !!! – III yazı

PAYLAŞIN

SİFARİŞÇİNİN KİMLİYİ ZATƏN BƏLLİDİ …

… İCRAÇI, İDDİAÇI VƏ  İTTİHAMÇILAR KARVANININ BAŞINDA İSƏ ŞƏXSƏN GENERAL ZAKİR HƏSƏNOVUN ÖZÜ  DAYANIRDI !!! 

————————————————————————————-

————————–

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

————————-

GENERALLARIN «YAPRAQ DÖKÜMÜ»-2

KOMANDİRLƏR ƏSGƏRLƏRİN ƏTİNİ “YEYİRLƏR” ?!!

Daxili Qoşunlardan redaksiyamıza, bu qurumda baş verən neqativ hallar, qanun pozuntuları və müxtəlif formalı maxinasiyalar, həmçinin irimiqyaslı yeyinti halları barəsində son həftələrdə, sözun əsl mənasında, dəli bir axın olduğu barəsində, hələ ötən saylarımızdan oxucuları məlumatlandırmışdıq. Artıq bəzi ciddi informasiya və məlumatların müvafiq qurumlar tərəfindən araşdırılması zərurəti barəsində müxtəlif orqanlara müraciətlər də etmişik. Bununla belə, gələn məlumatların, informasiya və faktların ardı-arası kəsilmir. DQ- də hələ də hərbi qulluqda olan vicdanlı zabit və gizirlərdən hər gün yeni-yeni məlumatlar almaqdayıq. Bu yazıda sizlərə təqdim edəcəyimiz məlumat və faklar da bu qəbildəndi və məqaləni bizə yazılı şəkildə verilmiş müraciətlərdən diqqətə şayan olunmalı seçmələr əsasında hazırlamışıq. Və bu gün ictimai rəyin müzakirəsinə,

“Hərbi sirri nazirin özü yayır” – Ekspertdən ağır ittihamlar (Az NEWS.AZ 15 SENTYABR 2015)

özəlliklə müəyyən rəqəmləri özündə əks etdirən bir əlyazmasının surətini də təqdim edirik. Söhbətin nədən getdiyini və nələrin baş vediyini isə yazını sonadək oxuyandan sonra hər kəs başa düşəcək. Biz isə sadəcə bircə şeyi deməyi özümüzə borc bilirik ki, surətini təqdim etdiyimiz sənəd redaksiyaya orjinalda təqdim olunub və həqiqətən də bu bir hesabat sənədidi. Ancaq burada özümüzün də başa düşə bilmədiyimiz bircə məsələ var. Belə-belə işlərlə məşğul olan kəslər gərəkdi ki, bir az da ehtiyatlı olsunlar. Axı, bu adamlar həm də hərbçidilər. Əgər bunlar hərbi sirləri də belə qoruyurlarsa, onda biz yandıq demək!

Gələn məlumatlar isə bunlardı. Özünüz oxuyun və özünüz dəyərləndirin.
DQ-nin hərbi hissələrində əsgərlərə verilən ərzaqlar bir neçə yolla mənimsənilir. Hərbi hissələrdə əsgərlərə verilən ət və tərəvəzin bir hissəsi ərzaq verilərkən anbarda saxlanılır. Sonra h/h-yə ərzaq və tərəvəz gətirən firmaların nümayəndəsi ilə razılaşaraq onlardan saxlanılan ət və tərəvəzin əvəzinə boş qaimələr alınır. Bu da h/h-ni ət və tərəvəzlə təmin edən firmalara sərf etdiyindən onlar da h\h-də olan işbazlarla razılaşırlar.
Belə ki, firmalar tərəfindən təminatsız yazılan ət və tərəvəzin real qiymətinin 50% miqdarı ödənilir. Bütün bu neqativ əməllərdən h/h-ə komandirlərinə və general Fəxrəddin Səmədova çatacaq məbləğlər müəyyənləşir. Hər ay F.Səmədova h/h-də əsgərlərin boğazından kəsilən ərzaqların hesabına, alaylardan 1000 manat, taborlardan isə 500 manat çatdırılır.
H/h-ə komandirlərinə gətirilən keyfiyyətsiz ərzaqlara göz yumduğuna görə hər ay h/h-yə verilən ərzağın qiymətinin10%-i miqdarında şapka verilir. Bu «mükafat» h/h-ə komandirlərinə komandan Zakir Həsənovun razılığı əsasında, qoşunların Maddi-Texniki Təhcizat rəisi (Arxa Cəbhə Üzrə müavin) general F.Səmədov tərəfindən əta olunur və DQ-nin Maliyyə Xidməti rəisi Namiq Poladov vasitəsi ilə hərbi hissə komandirlərinə çatdırılır. DQ kimi çox önəmli və strateji bir qurumu keyfiyyətsiz ərzaq və tərəvəzlə təmin edən və üstəlik də bu cür maxinasiyalarda iştirakçı olan firmaların tenderdə qalib gəlməsinin əsas memarının isə DQ-nin Kadrlar Şöbəsinin rəisi və ictimai əsaslarda Tender Komissiyasının sədri vəzifəsini tutan Nəsir Hüseynovun olduğu bildirilir. Bütün bu çirkin əməllərinə görə Nəsir Hüseynov, hazında DQ-də böyük imtiyazlara malikdi və hətta o dərəcədə ki, o, DQ Komandanı adından müxtəlif vəzifə və səlahiyyət sahibləri olan hərbi qulluqçulara hədə-qorxu gəlməklə, digər çirkin əməllər də törədə bilir.

Bundan əlavə h/h-də verilən yeməklər həftəlik tutulan menyu cədvəlində olan yeməkləri tam şəkildə özündə əks etdirmir və tez-tez tərəvəzi müxtəlif təyinatlı yarmalarla əvəz edirlər. Əvəzləmədən artan tərəvəzlər anbarda toplanır və 50% qiymətlə mal verən firmaya satılır. DQ-nin balansında fəaliyyət göstərən yardımçı təsərrüfatları da F.Səmədova və h/h komandirlərinə xeyli əlavə gəlir gətirən böyük yeyinti mənbəyinə çevrilib. Yardımçı təsərrüfatlarda heç nə əkilmədiyi halda, bu təsərrüfatlardan guya hər gün əsgər yeməkxanasına müəyyən miqdarda tərəvəzin verildiyi sənədləşdirilir. Həmin təsərrüfatlarda saxlanıldığı iddia olunan heyvanlara ayrılan pullar isə F.Səmədov tərəfindən mənimsənilir. Əsgərlərə dövlət tərəfindən ayrılan ərzaqları və digər maddi vəsaitləri bu və ya digər yollarla mənimsəyən bu (ZA)BİTLƏR, özlərinə çox böyük varidat toplayıblar. DQ komandanı, onun müavinləri, şöbə, xidmət rəisləri və h/h komandirlərinin əksəriyyəti artıq OLİQARXA çeviriliblər.

Bütün bu deyilənlərin bariz nümunəsi kimi, DQ-nin «N» saylı hərbi hissəsində qulluq edən və yeməkxana rəisi vəzifəsini tutan bir gizirin, anbarda saxlanılan ət barədə hissə komandirinə öz dəsti-xətti ilə yazdığı hesabatı oxucaların, ölkə ictimaiyyətinin və ən əsası da müvafiq dövlət və hökumət orqanlarının diqqətinə təqdim edirik. Hərbi hissənin özü və bu hesabatı verən hərbi qulluqçunun kimliyi barəsində isə, müəyyən səbəblərdən hələlik heç nə deməməyi vacib saydıq. Ancaq bir şeyi indidən açıq demək olar,

BAX, BELƏ-BELƏ ŞEYLƏRƏ BAŞINI YOX, BURNUNU SOXDUĞUNA GÖRƏ POLKOVNİK SALMAN MUSAYEV VURULDU – VURULDU Kİ, YERDƏ QALAN ZABİTLƏRƏ DƏRS OLSUN!!!

«Nota» qəzeti No 13(27)
19-25 aprel 2009-cu il

————————————————————————————

Zəruru qeyd:

1. Əlimizdə olan sənədlərin, o cümlədən də sözügedən yeməkxana rəisi vəzifəsini tutan gizirin, hər ay anbarda saxlanan ətin miqdarı ilə bağlı hərbi hissə komandirinə verdiyi hesabatın originalını zamanında maddi sübit kimi məhkəməyə təqdim etsəm də, məsələni araşdırmağa cəhd belə olunmadı və əbəzində hakimdən 4 ay “srok” yedim.

2. Bütün bu olaylara və oyunlara səbəb olmuş
“POLKOVNİKİ VİRDULAR!!!”
sərlövhəli yazımı da yaxın gülərdə cəmiyyətin diqqətinə və ictimai rərin müzakirəsinə təqdim edəcəm ki, film tammetrajlı görsənsin.

Sərdar ƏLİBƏYLİ

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*