“MƏNİM NAMİZƏDLİYİM ƏBÜLFƏZ BƏYİN ÖZ MƏSLƏHƏTİ İLƏ OLUB”!!!

PAYLAŞIN

“… AÇIQ -AŞKAR DEYİBLƏR Kİ, ETİBARIN QARŞISINI ALMAĞIN TƏK YOLU, ƏBÜLFƏZ BƏYİN NAMİZƏD OLMASIDIR” !!!

Etibar MƏMMƏDOV: 

“Mənim Elçi Bəyin kölgəsində hakimiyyətə gələn komandaya qarşı tənqidlərim, Əbülfəz bəyə qarşı tənqid kimi qələmə verilir ” !!!

“Elçibəyin o komanda ilə işləməsi təkcə özünü deyil, bütün xalqı zərbə altına qoyacaq”!!!

Prezidentliyə namizədliyi 31 mart 1992-ci ildə AMİP Təşkilat Komitəsi tərəfindən irəli sürülən Etibar Məmmədovun Bakı şəhəri, Nizami rayon ictimaiyyəti ilə görüşü. 238 saylı orta məktəb.

aprel 1992-ci il

Mİllət

03 Oktyabr 2019

——————————————————————————————————

P.S.

A M İ P  –  2 8

Bu gün (16.10.2019) Azərbaycan Mili İstiqlal Partiyasının elan olunmasından 28 il keçir.

Bu gün Azərbaycan Mili İstiqlal Partiyasının elan olunmasından 28 il keçir. Milli – azadlıq hərəkatının başlanğıcında xalqın qarşısında eyni zamanda bir neçə çox çətin vəzifənin həll edilməsi durmuşdu. Bunlar Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd məqsədilə süni surətdə qızışdırılan Dağlıq Qarabağ probleminin aradan qaldırılması, sovet imperiyasına qarşı istiqlal mübarizəsi və eyni zamanda ölkə həyatının demokratikləşməsinin təşkilindən ibarət idi. Bu üç vəzifəni eyni zamanda həyata keçirmək həddindən artıq çətin və demək olar ki, qeyri mümkün idi. Buna görə də Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən çağdaş milli – azadlıq hərəkatı liderləri arasında çox qızğın müzakirələr getmiş və nəticədə hərəkat iki qanada ayrılmışdır. Bunlardan birincisi istiqlaldan hürriyyətə, yəni əvvəl Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası, sonra demokratikləşmə xəttini, ikinci qanadın tərəfdarları isə əvvəl cəmiyyətin demokratikləşdirilməsi sonra isə dövlət müstəqilliyinin bərpası ideyasını müdafiə edirdilər. E. Məmmədovun müdafiə etdiyi birinci siyasi xəttin düzgünlüyü sonrakı mərhələdə istiqlalın qələbəsi ilə tam sübut olunmuş və bundan sonra hürriyyət uğrunda çətin mübarizə dövrü başlanmışdır. Istiqlaldan hürriyyətə ideyasını qəbul edən minlərlə hərəkat nümayəndələri, Etibar Məmmədovun ətrafında birləşərək, ölkədə çoxpartiyalılığa keçidin, demokratik cəmiyyətin əsasını təşkil edən çoxpartiyalıq ənənəsinin əsasını qoymuşdur. Azərbaycanın ictimai-siyasi həyatında öz nüfuzu, gücü, aydın ideoloji xətti, milli dəyərlərin mühafizəçisi kimi tanınan, beynəlxalq əlaqələrini müvəffəqiyyətlə inkişaf etdirən, müasir dünya standartlarına uyğun şəkildə təşkil olunmuş Milli Istiqlal Partiyası Azərbaycan istiqlalının bərpası ərəfəsi, yəni 15 oktyabr 1991-ci il tarixdə Dövlət televiziyasında partiyanın yaradılması barədə Təşkilat Komitəsinin bəyannaməsi haqqında məlumat verməsi və 16 oktyabr tarixində «Millət» qəzetinin sınaq nömrəsində bu bəyannamə dərc olunması ilə siyasi səhnəyə qədəm qoymuşdu.

Bununla da Azərbaycanın siyasi həyatında çoxpartiyalılığın əsasının qoyulması ilə yeni dövr başlanmışdı.

Bu günki gün münasibətilə, şərəfli yol keçmiş bütün Milli İstiqlalçıları təbrik edir, suverenliyin bərpası və demokratik cəmiyyət qurululması istiqamətində göstərdikləri fəaliyyətdə uğurlar arzulayıram.

 

 

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*