“MEHMAN, VİLLALARINI ÇƏKİB NÜMAYİŞ ETDİRDİYİ MƏMURLARIN QƏZƏBİNƏ TUŞ GƏLİB!”

SİYAVUŞ NOVRUZOV ETİRAF ETDİ: 

“M.HÜSEYNOV İNSANLARIN ŞƏXSİ ƏMLAKINI ÇƏKƏRƏK CƏMİYYƏTƏ TƏQDİM ETMƏYƏ ÇALIŞIR VƏ BU YOLLA ONLARN MÜLKİYYƏT HÜQUQLARINI POZURDU.”!!!

—————————————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN 

“Ümumiyyətlə, Mehman Hüseynov heç vaxt jurnalist fəaliyyəti göstərməyib, onun kimilərinin məqsədi yalnız Azərbaycan haqqında mənfi rəy yaratmaq olub”.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, M.Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu:

“Onun qardaşı Emin Hüseynov da bir müddət İsveçrənin Bakıdakı səfirliyində yaşadı, sonra İsveçrəyə getdi. Yəni bu adamların məqsədi dövlətə, xalqa xidmət deyil, ölkəmiz, dövlətçiliyimiz, xalqımızı haqqında mənfi informasiya yaymaqdır”.

S.Novruzov bildirib ki, kim hansı əməli törədibsə, cəzasını almalıdır:

“Mehman Hüseynov da cinayət törədib, eyni zamanda, vəzifəsini yerinə yetirən zabitə qarşı zor tətbiq edib. Kim olursa-olsun, cinayət törədibsə, mütləq cəzasını almalıdır. Hər kəs qanun qarşısında birdir və törətdiyi cinayətə görə cəzasını almalıdır”.

—————————————————————————————–

P.S.

Nazir Səlim Müslümovun yeni tikilən sarayı (SANCAQ)

302 061 просмотр

1 Comment

  1. YAPın parnikdə yetişdirdiyi yüksek kefiyyətli hüquqşünas alimciyəz YAP arşını ilə ölçərək, çox ədalətli qərar çıxarıb.Bu çox nəhəng hüquqşünas səyavuş yapçızadə buyurur ki, Mehman hüseynov vətəndaşların şəxsi, halal paraları,alın tərləri, əl qabarları ilə tikdirdiyi şəxsi əmlaklarının(dəbdəbəli,çox mərtəbəli villalarının)şəkillərini çəkib,içtimailəşdirməklə, bu vicdanına tula bağlanmış namussuz, xalqı talayan quldurların vətəndaşlıq hüquqlarını pozmaqla, böyük cinayət əməli törədib. Bu dahi, hüquq elminin təməlinə zərbələr vuran alimciyəz xalqımızı maraqlandıran bircə suala cavab verməyi qanaraqdan, ya da qanmayaraqdan unudur – bu şərəfsiz simasız YAP-çı quldurlar aldiqları məvaciblə həmin milyonlarla dəyəri olan villaları necə tikiblər??? Səyavuş əkə bu sualada cavab versən çox yaxşı olar.

Leave a Reply

Your email address will not be published.


*