“… MOLLA ZEHNİYYƏTİ, DİN ADI ALTINDA, ŞÜURLARI İŞĞAL EDİB” !!!

PAYLAŞIN

Qulu MƏHƏRRƏMLİ:

“Öz qəhrəmanları təbliğ olunmadığı üçün geniş kütlə xəyali qəhrəmanları kənar koordinatlarda axtarır.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

General Süleymaninin kimliyini, onun haralarda nələr törətdiyini və ABŞ-ın onu hansı üsulla məhv etdiyini bir kənara qoyub aşağıdakı təhlükələri görməliyik:

1) Məmləkətdə real və effektli vətənpərvərlik təbliğatı sıfır səviyyəsindədir.

2) Bizdə Rusiya aşiqləri ilə yanaşı, xeyli İran sevdalısı və fanatiki yetişib. Molla zehniyyəti, din adı altında, şüurları işğal edib.

 

3) Öz qəhrəmanları təbliğ olunmadığı üçün geniş kütlə xəyali qəhrəmanları kənar koordinatlarda axtarır.

4) Ölkənin yararsız təhsil, televiziya və informasiya siyasəti olduqca qorxulu cahil kütlə yetişdirib.

5)  İdeoloji boşluq (vakuum) sindromu hər addımda özünü göstərir.

6) Vətənə sahiblik duyğusu və milli heysiyyət öləziyib.

7) İctimai ədalətsizlik və dəyərlərin itirilməsi kütləvi laqeydlik yaradıb.

————————————————————————————–

P.S.

Hələ nə yaxşı ki, FB-də və gerçək həyatda az da olsa, sağlam düşüncə havası var…

——————————————————————————————

P.P.S.

Erməni kilsəsində Qasım Süleymaninin xatirəsi anıldı  FOTOLAR

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*