“… MÜĞƏNNİ BU MİLLƏTƏ YARDIM VERƏÇƏKSƏ, SİZ KİMƏ LAZIMSINIZ?”!!!

PAYLAŞIN

“Dövlət, hökumət həm də ona görə lazımdır ki, çətin günlərdə vətəndaşına sahib çıxsın, onun problemlərini həll etsin.”

Fb-NİN GÜNDƏMİNDƏN

Hökümət üzvlərinə səslənirəm, adamlara 190(bir yüz doxsan) manatı verməmək üçün yüz bəhanə fikirləşməyin. Ölkədəki vəziyyəti öyrənin, təhlil edin, qorxaq olmayın, təşəbbüskar olun və ölkə başçısına xalqın kasıb hissəsinin mənafeyinə uyğun sadə və effektli təkliflərlə çıxın. Qədirbilən xalqımız ən xırda müsbət addıma belə qiymət verməyi bacarır.

Siz işsizlərin sayını gizlətməklə, kasıb, işsiz insanlara az pul verməklə, imkan daxilində yardımdan kənarda qoymaqla Roma Papasından çox katoliklik etmək istəyirsiniz. Guya bununla dövlətə, dövlətin başçısına yaxşılıq etmək istəyirsiniz, əksinə insanları övladları qarşısında çörək imtahanına çəkməklə ölkədə vəziyyəti gərginləşdirməyə xidmət edirsiniz.

Təklif verirsiniz ki, adına torpaq sahəsi olana yardım verilməsin. Hələ anlamırsınız ki, torpaqdan gəlir götürmək üçün çoxlu şərtlər var və siz hökumət olaraq o şərtləri yerinə yetirə bilmirsiniz. Məgər bilmirsiniz ki, su olmasa o dediyiniz torpaq sahəsində heç nə əkib becərmək olmaz. Siz isə illərdir əkin sahələrinə vermək üçün su problemini həll etmirsiniz.

Digər problemləri qoyuram bir tərəfə, kəndli yüz cür əziyyətlə becərdiyi məhsulu bazara çıxarda bilmir, çünki bazarlar monopoliyadadır. Bazar sahibləri indiki, yaxud keçmiş məmurlardır və onlar elə baha qiymət qoyurlar ki, kəndli əkib-becərdiyinə peşiman olur.

Nizami rayonundakı Neftçilər bazarı 3 hissədən ibarətdir. Bir hissəsi hazırda işləyən polis generalına, bir hissəsi Bakı şəhəri İH-nin keçmiş başçısının və onun sabiq müavininin oğullarına, bir hissəsi də başqa məmurun yaxınlarına məxsusdur.

Geçə saat 3-də, 4-də kəndli məhsulunu maşınla polis generalına məxsus topdansatış bazarına gətirir. Maşının içəri girməsi və saat 12-yə qədər orada qalması üçün azı 50-60 manat kəndli pul ödəməli olur. Yol, yemək və digər xərcləri nəzərə alsaq ümumi mənzərə aydın olur.

ABŞ-da fermerlərə 3 faizlik 30 illiyə kredit verirlər ki, kənd təsərrüfatı inkişaf etsin, insanların maraqları təmin olunsun. İnfilyasiyanı nəzərə alsaq 30 ildə 3 faizlik kredit faizsiz kredit deməkdir.
Yardım məsələsi gündəmə gələndə də ABŞ-da hamıya , o cümlədən də adına torpaq sahəsi olanlara yardım edildi.

Niyə yaxşı nümunəni götürmürsünüz? Götürün Rusiya nümunəsini.
Dövlət, hökumət həm də ona görə lazımdır ki, çətin günlərdə vətəndaşına sahib çıxsın, onun problemlərini həll etsin.

Hökumətin hər bir üzvü də məhz öz məsuliyyətini bilməli, görməli olduğu işi hansısa müğənninin üzərinə atmamalıdır. Əgər o mügənni bu millətə yardım verəcəksə onda siz kimə lazımsınız?…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*