“MÜHACİR ALVERİ” MƏSƏLƏSİ GÜNDƏMDƏN DÜŞMÜR !!!

PAYLAŞIN

“Faktaz.com” SAYTI QƏNİMƏT ZAHİDİN BU “ALVER”DƏ İŞTİRAK ETDİYİNİ YAZDI !!!

Baş redaktordan

Sosial mediada  və digər internet resuslarında yayılmış bu yazıda qeyd olunan məsələlərin həqiqətlə nə qədər bağdaşdığını deyə bilmərəm. Amma rəsmi fəaliyyətdə olan bir saytın belə bir yazı ilə çıxış etməsini də görməzlikdən gəlmək olmaz,  deyə düşünməkdəyəm. Hər halda “mühacir alveri” kimi ad qoyulan prosesin bir gerçək olması da sirr deyil və bu haqda gəzən söz-söhbətlərlə, şayiələrlə bərabər, bu cür fəaliyyət göstərən insanlar barəsində internet resurslarında, o cümlədən də “YouTube”də “n” qədər səs yazıları-filan da var. O ki qaldı bu məsələlərdə Qənimətin oynadığı rola, eləcə də, hazırda Azərbaycanda yüksək vəzifə tutan şəxslərin  hər hansı formada onunla əməkdaşlıq etdiyi haqda məlumatlara, bu haqda  heç nə deyə bilmərəm. Bununla belə, qəti əminəm ki, bu yöndə həm müxalifətdən, həm hakimiyyətdən bəzi şəxslərin, həm də Avropada fəaliyyət göstərən bir sıra QHT mənsublarının ciddi işbirliyi mövcuddur, ki, əks təqdirdə  adına “mühacir alveri” deyilən nəsnənin bu qədər geniş şəbəkə formasında ortalığa çıxması mümkünsüz olardı.   Məsələyə geniş ictimai marağın olduğunu və son vaxtların mətbu və siyasi gündəminin əsan mövzularından birinə çevrilməsini nəzərə alaraq,  “Faktaz.com” saytında dərc olunmuş  aşağıdakı yazını oıduğu kimi dərc etməyə qərar verdim. Bu arada, sözügedən saytın mövzuya necə yanaşmasından asılı olmayaraq, istər Qənimətin, istərsə də məqalədə adı hallanan Xətai Raron Prokuroru Yusif İldırımzadənin  cavab haqqı olduğunu bildirir və deyilənlərə  münasibətlərinin və ya olacaq müraciətlərinin dərcinə hazır olduğumuzu da bəyan edirəm.   

Sərdar ƏLİBƏYLİ

——————————————————————————

Qənimət Zahidin qara işləri

Qənimət Zahidin qara işləriBir neçə gündür medianın gündəmini mühacirətdə yaşayan azərbaycanlıların üzləşdiyi problemlər tutub. Artıq Almaniya, Fransa, Hollandiya kimi vaxtı ilə mühacirlərə rahatca qucaq açan ölkələrin həmyerlilərimizi fərq qoymadan deportasiya etmələri barədə məlumatlar yayılmaqdadır.

Xüsusən Almanyanın hakimiyyət orqanlarında azərbaycanlı ” siyasi mühacirlərin” əksəriyyətinin AXCP, Musavat kimi partiyalardan əldə etdiyi sənədlərin saxta olduğu barədə qəti fikir formalaşıb. Və məhz bu fikir əsasında da bu ölkənin miqrasiya orqanları, məhkəmələri azərbaycanlı mühacirlərə sığınacaq verməkdən imtina edirlər.

İstər adı çəkilən partiyalar, istərsə də bu partiyaların Avropadakı funksionerləri mühacir alverindən küllü miqdarda pul qazanırlar. Bundan xəbərsiz,nəyin bahasına olursa olsun mühacirət etməyi qarşısına məqsəd qoyan həmvətənlərimiz isə asanlıqla onların toruna düşürlər.

Məlumatlara görə Avropada mühacir alverinin gəlir gətirdiyi əsas adamlardan biri Qənimət Zahiddir. ( Zahidov Qənimət Səlim oğlu ).
Hər gün internet efirində ən yüksək dəyərlərdən dəm vuran bu insancığazın mühacirət üçün lazımı sənədlərin əldə olunmasında göstərdiyi ” xidmətlər ” başqalarından daha bahadır.
Amma bu, verilən sənədlərin sahibinə sığınacaq veriləcəyinə təminat vermir. Nəticələrə görə isə Qənimət Zahid heçbir məsuliyyət daşımır.

Yeri gəlmişkən Faktaz.com saytının redaksiyasına Qənimət Zahidin başqa qara işləri barədə də çox ilginc məlumatlar daxil olub.Sirr deyil ki, mühacirətdə olan jurnalistlərin bir çoxunu Azərbaycanda müəyyən şəxslərlə sıx tellər bağlayır. Bəzi rəsmilər başqa bir məmuru gözdən salmaq üçün çox zaman xaricdə yaşayan jurnalistlərə üz tuturlar. Öz növbəsində bu jurnalistlər belə əməkdaşlıqdan yaxşı qazanc əldə edirlər. Bəzi məmurlar isə daha da irəli gedərək hətta dövlətə düşmən kəsilən şəxslərlə də əməkdaşlıqdan çəkinmirlər.

Belə jurnalistlərdən biri elə həmin bu Qənimət Zahiddir.
Daxil olan dəqiq məlumatlara görə Qənimət Zahid ilə əməkdaşlıq edən , onun vasitəsilə Azərbaycan məmurlarına qarşı yazılar yazdıran şəxslərdən bir Xətai rayon Prokuroru Yusif İldırımzadədir.

Bizə maraqlıdır, Yusif İldırımzadə Qənimət Zahidin rəsmi hakimiyyəti ən sərt şəkildə tənqid, hətda təhqir edən adamlardan biri olduğunu bilirmi? Əminik ki, bilir…
Belə görünür ki, Yusif İldırımzadə öz peşəsindən bezib və yenə də siyasətlə məşğul olmağa başlayıb. Yada ki, onu siyasətlə məşğul olmağa məcbur edənlər var.

Mövzunu davam etdirəcəyik. Bizi izləyin.

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*