“MÜHARİBƏDƏ QALİB GƏLMİŞİK … ANCAQ…”!!!

PAYLAŞIN

“Qarabağda Azərbycan Ordusuna uduzan Putin, masada məqamdan istifadə edərək bütün dünyaya, o cümlədən Azərbaycana demək istədi ki, hələ güclüyük, regionda qərarları biz qəbul edirik.”!!!

Moskva görüşündən kim qazandı… 

Məlum olduğu kimi 11 noyabr 2021 ci il tarixində Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Moskva şəhərində üçtərəfli göruşü keçirilib. Danşıqlardan sonra aşağıdakı məzmunda razılaşma əldə edilib :
1. 10 noyabr 2020 ci il tarixli bəyannamənin 9 cu bəndinin reallaşdırılması məqsədiylə regionda bütün iqtisadi nəqliyyat əlaqələrinin açılması sahəsində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupunun yaradılmsdı təklifi dəsdəklənir .
2. İşçi qrupu 30 yanvar 2021 ci ilə qədər ilk iclasını keçirəcək və onun nəticəsi olaraq , Bəyannamənin 9 cu bəndinin reallaşdırılmasından irəli gələn əsas iş istiqamətlətinin siyahısını formalaşadıracaq, prioritet kimi dəmir yolu və avtomobil rabitəsini müəyyənləşdirəcək , həmçinin bundan sonra Tərəflər adlandırılan: Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşdırmaya əsasən digər istiqamətlər müəyyənləşdiriləcək .
3. İşçi qrupunun həmsədrlərimin fəaliyyəyinin əsas istiqamətlərinin həyata keçirilməsi məqsədi ilə bu istiqamətlər üzrə ekspert yarımqruplarının tərkibi səlahiyyətli hakimiyyət orqanlarının və tərəflərin təşkilatlarının vəzifəli şəxsləri arasında təsdiq ediləcək . Ekspert yarmqrupları işçi qrupunun iclasındam sonra bir ay müddətində tərəflər tərəfindən onların həyata keçirilməsi və təsdiq edilməsi üçün zəruri resursların və tədbirlərin əsaslandırılması ilə layihələrin siyahısını təqdim edəcək .
4. İşçi qrupu 1 mart 2021 ci ilə qədər Azərbaycan Respublikası vasitəsiylə Ermənistan Respublikasına həyata keçirilən beynəlxalq daşımaların, eləcə də Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan nəqliyyat infrastrukturunun yeni obyektlərinin bərpasını və tikintisini nəzərdə tutan tədbirlərin, eləcə də həyata keçirilən daşımaların yüksək səviyyədə təsdiq edilməsi üçün Tərəflər siyahı və icra qrafikini təqdim edəcək .
11 noyabr Moskva görüşünü müşahidə edəndə aydın olur ki, biz müharibədə qazandığımız şanlı qələbəmizi masada lazımı səviyyədə müdafiyə edə bilmirik. Əksinə Paşinyan olmayan “Arsax ” respublikasının adını çəkir. Düzdür, onun bu atmcalarına cavab verilmədi. Lakin bu faktın özü onu göstərir ki, ermənilər işğalçı niyətlərindən əl çəkmək fikrindən uzaqdırlar .
Bizdə isə hakimiyyəti idarə edənlər xalqın tale yüklü məsələlərinə aid olan qərarları ictimayyətlə, siyasi partiyalarla müzakirə etmədən, məsləhətləşmədən qəbul edirlər. Bununla da əslində vətəndaşların konstitsion hüquqlarını pozurlar. Nəticədə xalqımız əziyyət çəkir.
Qarabağda Azərbycan Ordusuna uduzan Putin, masada məqamdan istifadə edərək bütün dünyaya, o cümlədən Azərbaycana demək istədi ki, hələ güclüyük, regionda qərarları biz qəbul edirik .
Müharibədə qalib gəlmişik. Ancaq Şuşaya insanlarımız rus “sülhməramlıları”nın icazəsi və nəzarəti altında gedib-gəlməlidir. Bəs bizim suverenliyimiz harda qaldı?..
Qalib ölkənin əhalisi niyə kasıb vəziyətdə yaşamalıdır…?
Nə vaxta qədər vətəndaşlarımızın həyat tərzinə birbaşa aid olan iqtisadi, ticari, tibbi, mədəni, sosial və s. məsələlərin həlli ilə təkcə prezident məşğul olacaq …?
Milli Məclis, Nazirlər Kabineti, ayrı-ayrı nazirliklər, cəmiyyətlər, birlik və icra strukturları nədən ötrü fəaliyyət göstərir…? Onların saxlanmasına nə qədər maliyyə vəsaiti ayrılır…?
Normalda prezident əsasən beynəlxalq münasibətlərin tənzimlənməsi, dövlətin təhlükəsizliyi, suverenliyinin təmin olunması və bu kimi qlobal məsələlərin həll olunmasna nəzarət etməlidir. Bizdə isə dövlət başçısı həm taleyüklü həm də ölkədaxili problemlərin həlli ilə şəxsən məşğul olur. Ədalət naminə qeyd etmək lazımdır ki, bu qədər yükü bir insanın daşıması insafdan deyil, heç mümkün də deyil.
10 noyabr 2020 ci ildə elan olunan Bəyannamədə göstərilən və ermənilərin xeyrinə olan maddələr artıqlaması ilə və sürətlə yetinə yetirilir. Bizim maraqlaımıza aid olan heç bir addım atılmır. Belə olan halda nədən bilmək olar ki, 2021 ci ilin 11 yanvarında qəbul olunan razılaşmanın bəndləri Azərbaycanın xeyrinə həll olunacaq …? Hadisələrin axarı onu göstərir ki, belə getsə Moskvaya inanmaq xəyal olaraq qalacaq .
Görünən odur ki, Rusiyanı idarə edənlər imperialist siyasətlərindən əl çəkməyib. Ermənilər isə revanş hissi ilə yaşayırlar. Məğlub olmuş tərəfi Rusiya dirçəltmək istəyir. Azərbaycana isə təzyiq edir. Və 11 yanvar Moskva ğöruşündən qazanan da hələlik Rusiyadır .
Bu təzyiqlərə son qoyulması üçün Azərbaycan dövləti daha güclü olmalıdır . Güclü olmanın yplu isə xalq-iqtidar birliyindən keçir…
Fikrimcə : Milli Məclisin tərkibi demokratik yolla keçirələcək seçkklər əsasında formalaşmalıdır .
Müharibənin ağırlığını həyatları bahasına öz çiyinlərində daşıyan Generallarımız, zabitlərimiz və qəhrəman əskərlərimiz idarəetmənin bütün strukturlarında təmsil olunmalıdırlar. Çünki onlar Vətənin və Millətin dərdini daha yaxşı bilir.
Müəllif :
Qəvami SADİQBƏYLİ
( jurnalist – politoloq )
12 yanvar 2021 ci il

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*