“MÜSTƏQİL VƏ TƏNQİDÇİ MEDİANIN DƏFN EDİLDİYİ MƏKANDA …”!!!

PAYLAŞIN

“… itirən Azərbaycan mətbuatı, bir də bu mətbuatdakı bəzi istedadlı qələm sahibləridir…”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Mətbuat sahəsindəki növbəti “islahat” zibilliyə atılmış gərəksiz pencəyin düymələrini bərkitməyə bənzəyir. Müstəqil və tənqidi qəzetlərin dəfn edildiyi məkanda müəyyən özəlliyi olan “Bizim yol”, “Şərq”, “Hürriyyət”, Türküstan”, Reytinq” kimi qəzetlərin də sıradan çıxarılması, tam mənasızlıq rəmzi olan “Səs”lərin önə keçirilməsi kədərli hadisədir.

Əlbəttə, qəzetlərə pul verilməməsinin “yazılı mətbuat dövrünün sona çatması” iddiası ilə heç bir əlaqəsi yoxdur. Səbəb, çoxlarının düşündüyü kimi, maliyyə qıtlığı məsələsi də deyildir. Dövlətin bu iş üçün kifayət qədər pulu var və KİVDF-nin büdcəsində də heç bir dəyişiklik olmayıb. (Mən bu qurumun yararsızlığını, onun medianın mahiyyətini hələ də başa düşməyib qəzetlərə rəngli çıxmaq tələbi qoymasından danışmıram). İndiki addımların əsas məqsədi onsuz da nəzarət altında olan mediada monopoliyanı daha da dərinləşdirmək, dövlət büdcəsindən “daha səmərəli” istifadə edərək “öz” qəzet və saytlarını gücləndirməkdir. Ona görə də bir azdan bəzi seçmə saytlara maliyyə ayrılması heç kimi təəccübləndirməməlidir. Yəni mənasız qəzetlərə ayrılan pullar indi informasiya mühiti yarada bilməyən, uzaqbaşı manipulyasiya ilə internet məkanını daha da zibilləyən əhəmiyyətsiz saytlara veriləcəkdir.

Heyf… itirən Azərbaycan mətbuatı, bir də bu mətbuatdakı bəzi istedadlı qələm sahibləridir…

Комментарии

 

Serdar ALİBEYLİ 

Demişdim ya, KİVDF mətbuata dəstək fondu deyil, medianın dəfn fondudur və bu mənada qurumun fəaliyyəti kafinin üzərində dəyərləndirilməlidir. Ayrıca da, özlərinin ciddi mənada, uzun vədəli izolyasiya şəraitində islaha ehtiyacı olan kadrlardan islahat ummaq axmaqlığın və gerizəkalılığın əlamətidi.

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*