“NƏ VAXT HAQQ SÖZÜNÜ DİLƏ GƏTİRDİK, TÜRMƏLƏR, ZİNDANLAR, QANLAR YAŞADIQ.” !!!

“HALALCA-HÜMMƏTCƏ DÖVLƏTİMİZDƏ,

GÖRDÜK AT OYNADIR “YAN”LAR, YAŞADIQ”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Bu qara təqvimin hər vərəqində,
Zor günlər keçirdik, anlar yaşadıq.
Nə vaxt haqq sözünü dilə gətirdik,
Türmələr, zindanlar, qanlar yaşadıq.

Xortdadı məzardan başı əsənlər,
Yatdı Xan Eyvazlar, Dəli Həsənlər,
Çıxdı başımıza qulaq kəsənlər,
Mindi belimizə “pan”lar, yaşadıq..

Cəllad meydan açdı əlində balta,
Hürdü qulbeçələr başında xalta,
Soldu qanqalların ayağı altda,
Soldu fidan-fidan canlar, yaşadıq.

Günah zənbilini daşıdıq Haca,
Heç vaxt acımadıq səfilə,aca,
Hər gün gözümüzün qabağındaca,
Tapdandı şərəflər-şanlar, yaşadıq..

Səmimi olmadıq ülfətimizdə,
Nə çəkdik yazıldı sifətimizdə,
Halalca-hümmətcə dövlətimizdə,
Gördük at oynadır “yan”lar, yaşadıq..

Qoyduq arzuları qəbrə, beşikdən,
Üzdük əlimizi evdən-eşikdən,
Cücərdi toz basmış dəlmə-deşikdən,
Yepyeni ağalar, xanlar… yaşadıq..

 

1 Comment

  1. Dəyərli Ayaz Arabaçı,qələminlə sözünlə,içindəki közünlə vicdanı buz bağlamış gədələri oyatmaq müşkül olsa da,ruhumuzu təzələyib,vətəndaşlarımızı slkələyib oyatmağa cəhd etdiyiniz üçün sizə sonsuz təşəkkürlərimi və minnətdarlığımı bildirirəmAllah köməyiniz olsun,amin.

Leave a Reply

Your email address will not be published.


*