“NAZİRLƏR KABİNETİ BÜTÖVLÜKDƏ LƏĞV OLUNMALIDIR” !!!

PAYLAŞIN

Fuad ƏLİYEV:

“KÖKLÜ İSKAHATLAR OLMASA, BU KADR DƏYİŞİKLİKLƏRİ UĞUR GƏTİRMƏYƏCƏK”!!!

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev sosial şəbəkələrdə ona ünvanlanan bəzi sualları cavablandırdı. Sualların əksəriyyəti hakimiyyətin son kadr islahatlarıylas bağlı olub.

ALDP sədri bunu islahat yox, sadəcə yerdəyişmə kimi qiymətləndirib:

“Son günlər hakimiyyətdə yenilənmə prosesi gedir. Nazirlər, İcara strukturlarda yaşlı olanları vəzifədən uzaqlaşdırıb cavanları gətirirlər. 37-40 yaşına qədər olanları vəzifələrə təyin edirlər. Ola bilər ki, onlar savadlıdırlar, amma bu rüşvətxor, korrupsiya sistemi onları “yeyəcək”.

Onun sözlərinə qörə, yeni təyinatla bərabər köklü islahatlar başlanmalıdır:

“Gömrükdə, vergidə islahatlar olmalıdır, rüşvət və korrupsiya kökündən yığışdırılmalıdır.”

Hakimiyyət bölgüsünə toxunan Fuad Əliyev:

“Birinci növbədə Nazirlər Kabineti bütövlükdə ləğv olunmalıdır. Prezident həmçinin icra strukturlarının rəhbəridir. Ona görə də Nazirlər Kabineti ləğv olunub, onun funksiyaları 3 il bundan qabaq yaranan vitse-prezidentlik institutuna verilməlidir.” – deyə bildirib.

Təqaüd yaşına görə vəzifədən gedənlərə yenidən vəzifə verilməsinə münasibət bildirən ALDP sədri Fuad Əliyev:

“Onların evdə oturub, nəvələriylə oynamaq vaxtları çoxdan gəlib. Onlar bu yaşda yenidən vəzifədə olub kimə nə fayda verə biləcəklər?”

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*