“NEFTİN QİYMƏTİ AZƏRBAYCAN ÜÇÜN FƏLAKƏT SAYILACAQ HƏDDƏ DÜŞƏ BİLƏR”

PAYLAŞIN
ramiz tagiyev-4Ramiz Tağıyev xüsusi təqdimata ehtiyacı olmayan siyasi xadimlərimizdən, Milli Azadlıq Hərəkatının əfsanə adamlarından biridi. O zamanlarda SSRİ-nin iqtisadi dayaqlarına ciddi zərbələr vuran, ölkənin nəqliyyat sistemini iflic edən Dəmiryol Tətillərinin təşkilində, sonralar isə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi tarixə düşən 31 dekabr Sərhəd Hərəkatının baş tutmasında və davamlılığının təmin olunmasında əvəsziz xidmətləri, danılmaz şücaətləri olub…
 Amma, nə sirri-ilahidisə, hərəkat dönəminin digər əfsanə adamlarının əksəriyyəti kimi, bu gün Ramiz bəyə də, cəmiyyətdə və məxsusən də, çağdaş ictimai-siyasi çevrələrdə münasibət birmənalı deyil. Bir çoxlarınndan fərqli olaraq bir neçə dəfə, uzun vədəli həbs cəzaları ilə qarşılaşıb və ömrünün neçə illərini qazamatlarda keçirməyə məcbur buraxılıb. Amma, bununla belə, o, bu gün də siyasi fəaliyyətdədi və Camımız Azərbaycan Naminə (CAN) Prtiyasinin sədridi.
Siyasi fəaliyyətində və indiki hakimiyyətə    münasibətində, bəzən ziddiyyətli, bəzən də ziq-zaqlarla dolu bir həyat yolu keçmiş Ramiz Tağıyevdən  müsahibə almağı çoxdan düşünsəm də, qismət bu günlərə imiş. Bu arada onunla görüşüb, Azərbaycanın çağdaş durumuna CAN-ın pəncərəsindən boylanmağa çalışdım. Nə alındı, necə alındı, buna oxucular, əlbəttə müsahibəni oxuyandan, sonra qiymət verəcəklər. Amma mənə elə gəlir ki, Ramiz bəydən sorulmalı hesablar da, soruşulmalSərdar Əlibəyli-100ı suallar da hələ çoxdu və ən yeni tariximizin içində,  istiqlal savaşının tamına, eləcə də müstəqil dövlət quruculuğunun ilk illərinə yaxından şahidlik etmiş bu mübariz insanın deyəcəkləri, deməli olduğu çox şeylər var məcə. Təki bir sağlıq, bir də azadlıq olsun, İnşaalah.
Beləcə, növbəti müsahibim CAN sədri və “Millətim” qəzetinin Baş məsləhətçisi Ramiz Tğıyevdir.

                                                                  Sərdar ƏLİBƏYLİ


“İQTİDAR-MÜXALİFƏT MÜNASİBƏTLƏRİ BAŞINDAN DÜZGÜN QURULMAYIB”

Ramiz TağıyevRamiz TAĞIYEV: “Düz otuz ildi ki, Ramiz Tağıyevi “Heydər Əliyevçidir”-deyə, yıxıb-sürüyənlər, bu gün Heydər Əliyevin oğlunun əlindən ordenlər, medallar alırlar, Ramiz Tağıyevin də səsi həftə səkkiz- mən doqquz həbsxanalardan gəlir”

“2016-cı İL AZƏRBAYCAN ÜÇÜN BÖYÜK SINAQ İLİ OLACAQ”   


 

IV hissə

–  Ramiz bəy, yaşadığınız dairədən deputatlığa neçə namizəd var, bilirsinizmi ?

H. Mirələmovarif hacılı Mənim yaşadığım ərazi 33 saylı Xətai seçki dairəsidir. Namizədlərin sayı ilə maraqlanmamışam. Bir onu bilirəm ki, burdan hazırkı deputat Mirələmovun və bir də deyəsən, Müsavatın yeni başqanı Arif Hacılının namizədlikləri var. Tam səmimi deyirəm ki, burda da, respublikadakı bəzi seçki dairələrində, xüsusilə də Naxçıvan Muxtar Respublnkasinin Culfa, Ordubad rayonları ərazisində özümə alternativ olacaq namizədlər tanımıram. Hətta seçkiyə bir ay qalmış namizədlik barəsində məsləhətləşmələr də apardıq. Ancaq mövcud vəziyyətə, seçkilərlə bağlı şəraitə baxdım və camaatı boşuna əziyyətə salmaq istəmədim.

–  Bu ərazidə xeyli sayda tərəfdarlarınız var, partiya sədrisiniz və kifayət qədər də tanınmış adamsınız. Maraqlıdır, ya iqtidardan, ya da müxalifətdən olsun, nanmizədlərdən kimsə, öz kampaniyasına dəstək üçün sizə müraciət edibmi?

–  Vallah, nəinki mənim qapımı, heç başqa qapıların da döyüldüyünü eşitməmişəm. Yəni, belə görsənir ki, ümumiyyətlə kampaniya aparan, camaatla işləyən yoxdu. Əvvəlki seçkilərdə namizədlərin özləri də ərazidə tez-tez görsənirdilər və aparılan kampaniyalar da daha aktiv idi.

–  Sizcə, bu nə ilə bağlıdı, bəlkə namizədlərin özləri də bu ilki seçkinin, sadəcə seçki xatirinə, yəni quş qoymaq üçün keçirildiyini bilirlər ona görə görsənmirlər?

–  Mən də elə bilirəm ki, seçki xatirinə seçki olduğuna görədi, çünki bir müddət oncə keçirilən bələdiyyə seçkilərini də ölkədə kimsə hiss eləmədi. Mən nə özümü, nə də kimsəni aldatmaq istəmirəm və açıq deyim ki, bu ölkədə hər bir işin yaxşı olmağını istəyirəm. Yəni öz iddiama görə ölkəmin adının beynəlxalq hesabatlarda qara siyahılara düşməsini də istəyən biri deyiləm, ölkəmizə qarşı basqıları da müsbət qarşılamıram. Bu da, kifayət qədər milli hasslərlə yaşamağımla, ölkəmin, dövlətimin təəssübünü çəkən bir insan olmağımla bağlıdır. Hardasa, qeri-millətlərdən olan kimlərinsə mənim ölkəmə həqarətlə baxmasını normal qarşılaya bilmirəm. Düzdür, mənim bu cür danışmağımı dərhal hakimiyyətə yarınmaq kimi yozanlar da var…

–  Mən yenə də sizə opponentlik eləmək zorundayam. Sənin hakimiyyətin, sənin dövlətinin təpəsində oturanlar, sənin parlamettin və küllən ölkəni idarə edənlər özlərini zorla dünyanın gülüş hədəfinə çıxarırlarsa, naqisliklərin, nadürüstlüklərin sayı-hesabı yoxdursa, ölkənin adamlarına qarşı edilən zülm və zəlalət ərşə dananıbsa, addımbaşı dövlət və millət adlna rəzalətin izləri görsənirsə, o zaman, bütün bu rəzilliyi özündə əks etdirən güzgüləri sındırmaq vəziyyəti düzəldə bilməz ki. Yəni, bu məsələlərdə, dediyiniz o qeyri-millətlərin nümayəndələri, beynəlxalq təşkilatlar və sairlər daha çox haqlı deyillərmi? Bu yazıqlar, sənin hakimiyyətinə, sadəcə onu deyirlər ki, hansısa məmurun hikkəsi, ya da kaprizi üçün, Ramiz Tağıyevı və yüzlərlə digər insanları şərləyib tutmaq olmaz, düz demirlərmi?

–  Yaxşı deyiblər ki, başına gələn başmaqçı olar. Bəllidir ki, bu ölkənin xeyli insanları, o cümlədən, Ramiz Tağıyevin özü də, saxta ittihamlarla ömürlərinin neçə illərini həbsxanalarda keçirməli olublar. Günü bu gün də, gündəlik həyatımızda bu haqsızlıqları, ədalətsizlikləri hiss etmək zorundayıq. Ancaq məsələ başqa şeydədir və mən yenə də deyirəm ki, ölkədə iqtidar-müxalifət münasibətləri başından bəri düzgün qurulmayıb. Burda iqtidarın günah və ya səhvləri nə qədərdisə, müxalifətinki də bir o qədərdi.

–  Məncə hər iki tərəfi bərabər tutmaqda bir az haqsızsınız, çünki ölkənin məsuliyyəti, butün hallarda və bütün zamanlarda daha çox iqtidarların üzərinə düşər və bu mənada günahların da əsas payını ollar daşımalıdırlar. Həm də, indiki halda, sadəcə günahlardan və səhvlərdən danışmaq azdı, hələlik etiraf olunmasa da, bir çox hallarda açıq görünən cinayətlərdən də söhbət getməlidir.

–  Bunu da mən təmamilə qəbul edirəm. Amma, illər əvvəldən müxalifətin güclü məqamları var idi, yüz minlərlə insanları meydanlara çıxara bilirdi. Yadınızdadirmı o zamankı iddialar, yadınızdadırmı o çıxışlardakı təhqirlər, həqarətlər, yadınızdadırmı aparıcı müxalifət qəzetlərinin, kimlərinsə ölüsünü, dirisini söymələri və sair.

–  Hamısı indi fəxri adlar, orden və medallar alıblarr a bəy?

–  Məsələ də elə orasındadır ki, bütün tərəflər oyun oynadılar, maska taxaraq, gündüz müxalifətdə, gecə iqtidarda olmaqla, cəmiyyətin müqavimət gücünü, meydanlara çıxan yüzminlərin iradəsini sındıraraq bu günkü acınacaqlı hala gətirdilər.

–  Ölkəni xilas eləmək lazımdı, ama siz hələ də, olacaqları düşünmək əvəzinə, olmuşlardan danışırsınız. 

Sabir R.abbas abbasov–  Söhbət orasındadır ki, bir zamanlar, tutaq ki, Sabir Rüstəmxanlı “Şöhrət ordeni”ndən imtina elədi. Amma mən hələ onda bu addımı təqdir eləmədim, Sabir Rüstəmxanlı hətta “İstiqlal orseni”nə layiq bir adamdı. Çünki “İstiqlal Ordeni” Abbas Abbasovun sənəsinə asılmamalıydı ki .

–  Ama onda da bu “lotular” yazdılar ki, Sabir Rüstəmxanlı oyun oynayır. Burda dəhşət odur ki, alırsan da vay olur, almırsan da.

Heydər Əliyevramiz tagiyev-2–  Iş də orasındadır ki, bax o yanlış fikirlər, qarayaxmalar, qara piar və bu çirkinliklər üzərindən oynanan oyunlar, xeyli insanların mübarizədən çəkilməsi ilə nəticələndi, minlərlə adamlar mənən sındırıldılar. Açığını deyək ki, bizim keçdiyimiz yol, illərlə apardığımız mübarizə var. Şəxsən mən Ramiz Tağıyevə zamanında bu iqtidar tərəfindən kifayət qədər hörmətlə yanaşılıb, müəyyən təkliflər də olunub. Mənim mərhum Heydər Əliyevlə olan xoş münasibətlərim, indi özünü, az qala anadan gəlmə heydərçi kimi təqdim edən adamlardan çox fərqli olub. Ancaq bu gün mən hardayam, onlar hardadılar. Herdər Əliyevin ölümünə sevinib, çəpik çalan, indi burda işlətməyə tərbiyəmin yol vermədiyi ifadələri onun barəsində işlədənlər indi elliklə məqam sahibidilər. Əlli yaşının yarısından çoxunu Heydər Əliyevin sülaləsini söyməklə keçirən biri, durub deyir ki, indi ağıllanmışam və Heydər Əliyevin kim olduğunu başa düşmüşəm. Düz otuz ildi ki, bu adamlar Ramiz Tağıyevi yıxıb-sürüyüblər ki, o, Heydər Əliyevçidir. Amma bu gün onlar Heydər Əliyevin oğlunun əlindən ordenlər, medallar alırlar, Ramiz Tağıyevin də səsi həftə səkkiz- mən doqquz həbsxanalardan gəlir. Biz, həqiqət naminə, imperiya rəhbərləri tərəfindən təqib olunan, təzyiqlərlə üzləşən Heydər Əliyevi müdafiə edəndə, bir tərəfdə “Heyfdər Əliyevə Matenedaranda heykəl qoyulacaq” deyənlər, o biri təfərdə qaraguruh dəstəsinnən ona silahlı hücum təşkil edənlər,  bu gün parlamentdə oturublar.    

–  Seçkisonrası Azırbaycan necə görsənir?

–  Mən istərdim ki, normal seçki keçirilsin və bu da öz növbəsində seçki sonrasına yaxşı perspektivlər vəd edəcəkdi. Bu günkü gün üçün parlament, orda kimlərin oturmasından asılı olmayaraq, ölkə iqtidarına təhlükə törədə biləcək elə bir ocaq da, yer də, müəssisə də deyil. Mən elə bilirəm ki seçki sonrası, bir müddət xeyli çətinliklərdən keçməli, o çətinliklərin içərisində yaşamalı olacağıq. Əlbəttə ki, mən bunu arzu eləmirəm və istənilən məqamda da,  barışdan yanayam.

–  Yəni sizin də tezisiniz “Yurdda sül cahanda sülh” deyir?

–  Özlərinə, layiq oldular, ya olmadılar, “mübariz istiqlalçı”-filan adlar qoyub, barələrində təhrif olunmuş, ya da şişirdilmiş faktlara əsaslanan kitablar yazdırmış insanlardan fərqli olaraq, mən həqiqətən də öz ölkəmdə bütün mübahisəli məsələlərin danışıqlar vasitəsi ilə həll olunmasını, bütün problemlərin sülh müstəvisində yoluna qoyulmasını arzu edən bir adamam. Təbii ki, belə bir müstəvi, belə bir yer, bu rolu oynaya biləcək məkan parlament ola bilərdi. Amma elə bilirəm ki, biz artıq o şansı da qaçırdıq.

–  Arzulamıram deyirsiniz, amma bədbinsiniz.

–  Bədbinliyin olması təbiidir. Ancaq mən ölkə daxilindəki durumu, insanların sosial-iqtisadi vəziyyətlərinin çətin olduğunu və hər ötən gün daha da çətinləşdiyini öz üzərimdə də, yaxın çevrəmdə də hiss edirəm və hesab edirəm ki, bütövlükdə Azərbaycan xalqının bu yöndəki vəziyyəti heç də ürək açan deyil. Üstəlik də istər regionda, istərsə də dünyada gedən prosesləri günbəgün izlədiyim üçün bilirəm ki, bizi qabaqda sınaqlı, ağır günlər gözləyir. İqtisadiyyatımız əsasən neftlə bağlıdır …

–  Neftlə bağlıdır, yoxsa bağlıydı?

–  Bu günkü gün də hələ ora bağlıyıq. Elə bu səbəbdən də 2016-cı ildən yaxşı heç nə gözləmək mümkün deyil. Bu biri tərəfdən də İranın öz nefti və qazı ilə dünya bazarına girməsi artıq həll olunub və sadəcə müəyyən zamana bağlıdır ki, bunun da nəticəsində, neftin qiymərləri Azərbaycan üçün fəlakət sayıla biləçək həddə qədər də azala bilər. Ümumiyyətlə mən belə hesab edirəm ki, 2016-cı il Azərbaycan üçün böyük sınaq ili olacaq.Ramiz Tağıyev-1

 

                                                                                                            SON

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*