“NÖKƏR DƏ GÖRMUŞUK, BƏY DƏ GÖRMÜŞÜK …” !!!

PAYLAŞIN

“Jurnalist peşəsi, jurnalist adı,
Millətin dilində lağ oldu, vallah!”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

LƏTİFƏSİ BİZİM QƏZETLƏRDƏN UZAQ….!!!

YENƏ QƏZETLƏRƏ PUL AYIRDILAR…

(Yeni şeir)

Yenə qəzetlərə pul ayırdılar…
Guya ki, təpələr dağ oldu, vallah!
Bədənə sığmayan piyli qarınlar,
Bir az da kökəlib yağ oldu, vallah!

Azad mətbuatdan don geyənlərin,
Kəfənli ölüyə sağ deyənlərin,
Hər il xımır-xımır pul yeyənlərin,
Dişləri daha da cağ oldu, vallah!

“Bazarda” nə alıb, nə satdılarsa,
Dəninə, suyuna, nə qatdılarsa,
Aldadıb ağzına nə atdılarsa,
Bülbüllər dəyişib vağ oldu vallah!

Əlləri qurusun bostan əkənin –
Yanına “qamışdan” çəpər çəkənin!
“Yuxarı” dırmaşan neçə təkənin,
Saqqalı uzanıb tağ oldu, vallah!

Çox da ki, şirindi halvanın dadı…
Ta az bu ölkəyə güldürün yadı!
Jurnalist peşəsi, jurnalist adı,
Millətin dilində lağ oldu, vallah!

Dəli də görmüşük, səy də görmüşük,
Yaltağın yazdığı “rəy” də görmüşük,
Nökər də görmüşük, bəy də görmüşük,
Bu, əməlli-başlı ağ oldu, vallah!

Нет описания фото.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*