“NOVRUZ BAYRAMINIZ MÜBARƏK”!!!

PAYLAŞIN

“… İNDİ TARİX YAZMAQ  VAXTIDIR”!!!

KXCP sədri Mirmahmud Mirəlioğlu 

Novruz Bayramı  münasibəti ilə Azərbaycan Xalqını

 təbrik edib.

 Təbrikdə deyilir:

 “Əziz həmvətənlər!

 Hörmətli Bacılar və Qardaşlar!

Türk  Törələrimizin simvolu olan Novruz Bayramınız mübarək!

Xalqımızın Dünya tarixinə öz xəttiylə yazdığı Bahar Bayramının tarixi hər kəsə bəllidir.

Hər zaman dediyimiz kimi, indi tarix  yazmaq  vaxtıdır!

Bütöv Azərbaycan ərazisində bütün bayramlarımızı qeyd etmək  zamanıdır!

Torpaq azad etməyənlərdən dövləti azad etmək vaxtıdır!

Günümüzü, vəziyyətimizi, millətimizin istədiyi  kimi dəyişdirənə qədər  təbriklərimizin sözü, mətni dəyişməyəcək:

– Ruhunuz şad olsun, sahibsiz qəbiristanlıq sakinləri!

– Bayramınız mübarək, işğal altındakı torpaqlar!

– Bayramınız  mübarək,  Qaçqınlar!

– Bayramınız  mübarək,   yurdsuz – yuvasızlar!

– Bayramınız  mübarək, didərginlər!   

– Bayramınız  mübarək, məcburi köçkünlər!

– Bayramınız mübarək,  qaçqın  şəhərciklərinin sakinləri!

– Bayramınız mübarək, Azərbaycandan  didərgin düşənlər!

-Bayramınız mübarək, hakimiyyət ömrünü uzatmaqdan ötrü referendumlar keçirib, bütün saxta seçkilərdə özünü qalib edən Azərbaycan  iqtidarı!

 Hörmətli  Bacılar !

 Əziz qardaşlar!

 Azərbaycanın Haqq davasını aparanların qələbəsinə inanaraq, bir daha  hər birinizi Novruz Bayramı münasaibəti ilə  təbrik edirəm!”

18 mart 2020-ci il.                                                                   Bakı şəhəri      

                                             

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*