“O, TÜRK VƏ İSLAM DÜNYASININ PROBLEMLƏRİNƏ HÜÇ VAXT BİGANƏ QALMAYIB”!!!

PAYLAŞIN

“Mübariz Mənsimovun məhkəmə işini nəzarətə götürməyinizi, onun tezliklə azadlığa buraxılması üçün təşəbbüs etməyinizi Sizdən xahiş edirik.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

“YURDA QAYIDIŞ ” QUBADLI İCTİMAİ BİRLİYİ

(Virtual)

“Yurda Qayıdış ” Qubadlı İçtimai Birliyi iş adamı, xeyriyyəçi, ictimai xadim Mübariz Mənsimovun həbsi ilə əlaqədar

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana

M Ü R A C İ Ə T

Azərbaycan əsilli iş adamı, Palmalı Şirkətlər Qrupunun sahibi, vətənpərvər insan, ictimai xadim Mübariz Mənsimovun Türkiyədə həbs olunması ilə bağlı narahatçılığımızı Sizə çatdırmağı özümüzə borc bilirik. Mübariz Mənsimov illərdi Türkiyədə çalışır, Türkiyənin iqtisadiyyatına öz töhfəsini verir, eyni zamanda Azərbaycan üçün də xidmət göstərir. O, Türkiyəni və Azərbaycanı eyni dərəcədə sevən bir insandı, həmişə iki qardaş ölkənin dostluğunun, əlaqələrinin möhkəmləndirilməsinə çalışıb. O, türk və islam dünyasının problemlərinə heç vaxt biganə qalmayıb, hər hansı bir problemin həlli üçün əlindən gələn köməyi göstərməyə çalışıb. M.Mənsimov Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğalla, Qarabağ məsələsi ilə bağlı həmişə vətənpərvər mövqe tutub. İşğala, Ermənistana qarşı, sözdə “erməni soyqırımı” iddialarına qarşı fəal mücadilə aparıb.

Biz “Yurda Qayıdış ” Qubadlı İctimai Birliyi Mübariz Mənsimova qarşı cinayət işinin haqlı və ya haqsız olduğunu demək istəmirik. Türkiyə hüquq mühafizə sisteminin ədalətli işinə inanırıq. Sadəcə, M.Mənsimovun Azərbaycan, Türkiyə, bütün islam, Türk dünyası qarşısında xidmətlərinin, Türkiyə və Azərbaycandakı xeyriyyəçilik fəaliyyətinin nəzərə alınmasını istiyərdik. Bir məsələ də nəzərə alınmalıdır ki, bu hadisə Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrinə xələl gətirmək istəyən düşmənlərimizin təxribatı da ola bilər. Bütün deyilənləri nəzərə alaraq Mübariz Mənsimovun məhkəmə işini nəzarətə götürməyinizi, onun tezliklə azadlığa buraxılması üçün təşəbbüs etməyinizi Sizdən xahiş edirik.

İmza atanlar
Rövşən Muradov, Əlişah Rüstəmov, Bəhlul Hüseynov, Sahib Hacıyev, Həqiqət Mehdiyeva, Faiq Mikayılov, İlham Xəlilov, Qəhrəman Əliyev, Səməd Səmədov, Habil Qaraşov, Nadir Zeynalzadə, Asif Talıboğlu, Süleyman Məmmədrzayev, Əbdül Əbdülov, Rövşən Əbdülzadə, Elxan Nuruyev, Məhəbbət Muradov, Hümbət Bayramov, Ağaşirin Baxışəliyev, Dostəli Abdullayev, Pərviz Qəhrəmanlı, Mədət Quliyev, Elövsət Əsədov və digərləri…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*