“QADINSAN, GET, BOZBAŞINI BİŞİR” OLAYINDAN MEHRİBAN XANIM XƏBƏR TUTSA … !!!

PAYLAŞIN

Günel SƏFƏROVAYA:

“NAMİZƏDLİYİNİ NİYƏ VERMİŞDİN, QADINSAN, GET BOZBAŞINI BOZBAŞINI BİŞİR”

– deyən MSK TƏMSİLÇİSİNİN BAŞI DƏRDDƏ

———————————-

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

———————————-

“QIZIM, SƏNƏ DEYİRƏM, GƏLİNİM, SƏN EŞİT” !!!

MSK təmsilçisi və deyilənə görə qurumun hüquqşünası olan Ramiz İbrahimov, 9 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizəd olmuş Günel Səfərovaya:

“NAMİZƏDLİYİNİ NİYƏ VERMİŞDİN, QADINSAN, GET BOZBAŞINI BOZBAŞINI BİŞİR”

– deyib. Əslində, burada hər şey YAP iqtidarının zehniyyətinə uyğundur və mövcud hakimiyyətin seçkin kadrlarından biri olan bu zatdan da alayı tərbiyə və əxlaq gözləməyin özü, ya sadəlövhlük, ya da axmaqlıq əlamətidir. Amma bu arada kafama takılan başqa bir məsələ var. Ki, Azərbaycanda fəal və ictimai-siyasi sferada karyera qurmaq istəyən qadınlar üçün, ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyeva gerçək bir örnək və simvilik liderdir. Heç şübhsiz, bunu, illərdən bəridir ki, MSK-da lövbər salmış, Mehriban xanımım qarşısında fərəqət vəziyyətində mil duran bu kişi(cik) də bilməmiş deyil. Oysa, ağlımın ucundan bir-iki sual keçdi:

1. Görən bu MSK mənsubu eyni sözləri Mehriban xanıma da deyə bilərdimi?!

2. Bəlkə, bu adam, “Qızım, sənə deyirəm, gəlinim, Sən eşit” mısalı, üzünü Günel xanıma tutaraq, Mehriban xanıma səslənmək istəyib?!

Zira, Mehriban xanımın azı 15 illik deputatlıq stajı var və bu arada, namizəd (prezidentliyə) olacağı barəsində də,  əsaslı fikirlər dolaşmaqdadır. Anlayacağınız, artıq adamın başı dərddə kimimə gəlir.

Hər halda düşündüklərimin və suallarımın, az-çox, məntiqə uyduğu qənaətindəyəm və bu mənada, Mehriban xanım, məsələdən hali olub da, bu kişi ilə şəxsən görüşüb, ona məhz belə suallar vermək istəyində bulunacaqsa, adamcığazın halına acımamaq əlimdən gəlmir. Bütün hallarda, bəri başdan “keçmiş olsun” deyir və ümid edirəm ki, Mehriban xanım olaydan xəbər tutmayacaq, Əksini düşünmək belə, olacaqların vahiməsinə boğur adamı…

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*