“ÖLKƏMİZ BU GÜNƏ DÜŞMƏMƏLİ İDİ”!!!

PAYLAŞIN

Zəlimxan MəmmədliZəlimxan MƏMMƏDLİ:

“DEMOKRATİK DÜNYADAN UZAQLAŞDIQ, YA DA UZAQLAŞDIRILDIQ” !!!

Azərbaycan 25 ilə yaxındır müstəqil dövlətdir. ADR-in siyasi-ideoloji varisi olan çağdaş Azərbaycan gərək ki, bu gün bizə sanksiyalar, xəbərdarlıqlar tətbiq edən demokratik Ayropanın yanında yer alaydı. Azərbaycan gərək bu vaxta qədər daha avtoritetli, demokratik dövlət imici ilə Avropa İttifaqı ilə eyni ittifaqda olaydı. Düşünürəm ki, buna ADR timsalında tarixi vərdişimiz və milli potensialımız imkan verirdi. 

Təəssüf ki, hərbi qiyamdan sonra Azərbaycanda Avropa dəyərlərinə zidd olana proseslər daha sürətlə inkişaf etməyə başladı. Hakimiyyətin dinc-demokratik qaydada dəyişdirilməsi baş vermədi, demokratiyanın, mülki cəmiyyətin əsas atributu olan yerli və mərkəzi hakimiyyətin formalaşdırılması əski sovetlər birliyi dönəmindən də biabırçı şəkildə həyata keçdi. 

1990-cı ildən bütün parlament seçkilərində iştirak edib seçilsəm də məhz hakimiyyətin saxtalaşdırma maşınının qurbanına çevrildim. Eyni zamanda qanunun aliliyi təmin olunmadı. Cəmiyyətdə sosial ədalət zəli kimi cəmiyyətə daraşmış korrupsiya və rüşvətxorluq hesabına məhv edildi. Məhkəmə hakimiyyəti tamam iflas oldu. Hakimiyyətin bölgüsü prinsipləri pozuldu. Nəticədə cəmiyyətimizdə ədəb-ərkan sıxışdırıldı, insanlarımız hakimiyyətə, hüquq mühafizə sisteminə, məhkəmə hakimiyyətinə inamını itirdi. Eyni zamanda ən əsası biz inteqrasiya etməli olduğumuz demokratik dünyadan uzaqlaşdıq və ya uzaqlaşdırıldıq. 

Dünyada hələ ki, ədalət, demokratiya məsələsində avanqard olan Avropa ilə dost olmaq əvəzinə, sanki məqsədyönlü şəkildə körpüləri yandırmaqla məşğul olduq. 

Avropa parlamentinin qətnaməsi sadaladıqlarım reallıqlar prizmasından yanaşsaq təəccüblü deyil. Ola bilər ki, müəyyən məsələlərdə subyektivliyə yol verə bilərlər. Amma əsasən Avropa parlamenti acı Azərbaycan reallığından çıxış edərək real mənzərəni təfsir edə bilib. Buna bir vətəndaş və milli azadlıq adamı, milli demokrat olaraq acıyıram. 

Ölkəmiz bu günə düşməməli idi. Onu bu günə salanlar ən azından tarix qarşısında məsuliyyət daşıyırlar. ATƏT-in bundan əvvəlki seçkilərdə müşahidəçiləri böyük heyyətlə iştirak etmişlər. Hər zaman da yekun rəylərində hakimiyyəti şövqləndirmək üçün nəticələri tənqid etsələr də “demokratiyaya doğru bir addım irəli” ümidverici bir sonluqla hətta müxalifətin də tənqid hədəfinə çevrilmişlər. ATƏT, məncə, vəziyyətin müsbətə doğru ciddi dəyişmədiyini, Azərbaycanın siyasi-ideoloji oriyentasiyasında müəyyən ciddi fərqliliklər və Avropaya qarşı açıq savaş meylindən nəticə çıxardı. Onların son addımı daha ciddi mətlZelimxanəblərə işarə ola bilər. 

Son zamanlar Rusiyanın Azərbaycan üzərində oynadığı oyunlardan Azərbaycanı Avroasiya ittifaqına çəkmək meyli sezilir. Allah etməmiş bu baş verərsə, çox arzuolunmazlıqlar baş verər, Azərbaycan istiqlalına xələl yetirlməsinə qədər mənfiliklər ola bilər. Odur ki, nə qədər imkan varsa, Azərbaycan iqtidarı bunun fərqində olmalı, tənqiddən nəticə çıxarmalı, demokratik islahatlara start verməli, Azərbaycan cəmiyyəti demokratiya məsələsində təmərküzləşməlidir.

 

“Reytinq”

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*