“OLKƏMİZDƏ BU GÜNƏ QƏDƏR BELƏ BİABIRÇI VƏ UTANCVERİCİ SEÇKİLƏR OLMAMIŞDI”!!!

PAYLAŞIN

 

Samir İSGƏNDƏROĞLU:

“Özünüzə vəkil bildiyiniz, inanaraq səs verdiyiniz, güvəndiyiniz namizətlərin yanında sonuna qədər durmalısınız!”!!!

Baş vermiş son hadisələri ürək ağrısı ilə izləyərkən əmin oldum ki, əqidəsi olan insanların nəyi isə asanlıqla qazanmasına və düzgün yolda getmələrinə imkan verilmir!

Yəni əqidəsi olanlara, əqidəsi sadəcə pul olan satılmışlar, hər cür iyrənc yollara əl atmak bahasına belə olsa, əngəl olmaqdan çəkinmirlər! Ama o min sifətli insanlar anlamırlar ki, artıq zaman köhnə zaman deyil!

Ölkəmiz sürətlə Ümummilli liderimiz Heydər Əliyev cənablarının layiqli davamçısı olan İlham Əliyev və Mehriban xanım Əliyevanın uğurlu siyasətləri nəticəsində dəyişir, inkişaf edir!Nələri isə yalan və saxtakarlıqla əldə etməyin zamanı keçdi.

Özlərini 3-5 qəpiyə satanlar anlamalıdırlar ki, bir uşaq oyuncaq ilə çox oynamadığı kimi,  əllərində oyuncağa çevrildikləri insanlar da onlarla çox oynamayacaqlar və qısa zamanda bir küncə atılacaqlar.

Baş vermiş proseslərdən hamılıqla sarsılsaq da, əsla o quldur dəstələrinin inamımızı qırmalarına icazə verməməlisiniz!

Özünüzə vəkil bildiyiniz, inanaraq səs verdiyiniz, güvəndiyiniz namizətlərin yanında sonuna qədər durmalısınız!

Bu günə qədər, yəni təbliğat dövründə necə dəstək olmusuzsa, bu gündən sonra da o cür dəstək olmalısınız!

Hansısa mənliyini 3-5 qəpiyə satmış quldur dəstələrinin haqqınızı qəsb etməsinə icazə verməyin!

Bəzi dostlardan seçkilər boş şey idi, bizim səsimizin əhəmiyyəti və önəmi yox idi, yerlər pulla satılmışdı sözlərini duymaq məni bir ayrı cür incidib yaralasa da, bildirmək isdəyirəm ki, tamamilə yanılırsınız! Siz sonuna qədər haqqınızı tələb edin! Unutmayın ki, haqq verilmir alınır!

Seçkilər prosesində məntəqələrdə videofaktlarla sübut edilmiş xuliqanlıq, saxtakarlıq edərək səslərinizi oğurlayanlara, haqlarınızı sonuna qədər tələb edərək, rahatlık verməyin! Kimsəyə sizin əməklərinizin nəticəsini oğurlama imkanını verməyin!

Paylaşın hamı görsün, tanısın qəhrəmanları

Posted by Yenilik.Az on Sunday, 9 February 2020

Ölkəmizdə bu günə qədər belə biabırçı, utancverici seçki olmamışdı. Ölkəmizin bütün təbəqələri – uşaqlardan tutmuş, ağsaqqalara qədər, bütün iş adamları, sıravi vətəndaşlar, bir sözlə, hamı sarsılıb!

Hər kəstən tək tək xahiş edirəm: bir neçə xuliqana görə dövlətimizə, onun rəhbərinə inamınızı itirməyin. Bu gün Prezidentimizin xalqın, yəni sizlərin dəstəyinə daha çox ehtiyacı var!

Gördüyünüz bütün bu iyrənc mənzərələrdən, inanın ki, Prezidentin xəbəri yoxdur! Əmin olun ki, ama yaxın zamanda xəbəri olacaq, mütləq! Bunun üçün mən də əlimdən gələn hər şeyi sonuna qədər edəcəm!

Tam əminliklə və inanaraq bütün səmimiyətimlə deyirəm ki, bu mütəşəkkil cinayətkar qrupun mütəşəkkil cinayəti barədə aidiyyatı qurumlar ölkə başçısına obyektiv məlumatları ən qısa zamanda verəcək, əhalinin oğurlanan, heçə sayılan səsləri öz hüquqi dəyərini qazanacaqdır.

Bunun üçün mən də Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən və yaşadan bir gənc kimi sizi əmin edirəm ki, doğru, düzgün və real mənzərəni əlimdəki bütün vasitələr ilə ölkə başçısına çatdırılması üçün hər şeyi edəcəm!, inanıram ki, İlham Əliyev tərəfindən tapdanılmış haqlarınız ən yaxın zamanda tam bərpa olunacaqdır!

Bu dəfə baş verənləri gizlətmək mümkün olmayacaqdır. Heç kimə xeyiri, faydası olmayan 3-5 qəpiyə satılmış bir neçə insana görə inanıram ki, Prezidentimiz dövlətimize, onun qüdrətinə və ədalətinə inanmış insanlarının inamını öldürməyəcək və onları qurban verməyəcəkdir!

Gücüm yetdiyi yərə qədər sizinlə olaraq sizlərin haqq səsinizin ölkə başcısına yetişməsi üçün çalışacağam!

İnanıram ki, çox qısa zamanda ölkə başçısı İlham Əliyev tərəfindən xalqımın səbirsizliklə gözlədiyi qərar veriləcək və bu saxtakarlıqlarda iştirak edənlər öz layiq olduqları cəzaları alacaqlar!

Samir İSGƏNDƏROĞLU

——————————————————————————-

Zəruri qeyd:

Poçtumuza gənc və heç tanımadığım müəllif tərəfindən dərc olunmaq istəyi ilə daxil olan bu yazının bəzi məqamları və müəllifin bir sıra arqumrntləri, eləcə də iddiaları ilə razılaşmasam  da, onu  dərc etməkdə bir sakınca görmədim. Bütün hallarda, burda yazılanlar bir vətəndaşımızın özünəməxsus düşüncələridir və onun məhz bu cür düşünmək, danışmaq və yazmaq haqqı var. Mən bütün insanlarımızın demək istədiyini deyə, yazmaq istədiyini yaza bilməsindən yana oldum hər zaman. 

Sərdar ƏLİBƏYLİ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*