“ÖLKƏNİ DƏYİŞMƏK İSTƏYİRLƏR, YOXSA XALQI ALDATMAQ?”!!!

PAYLAŞIN

“Belə partiyaçılarla, belə məmurlarla, bu işlə, bu səviyyə ilə ölkədə inkişafı təmin etmək, islahatlar həyata keçirmək olmaz!”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Ciddi inzibati və naqis təzyiqlərlə üz-üzəyəm. Seçkidə məni dəstəkləyəcək, kampaniyamızda iştirak edəcək adamlara müxtəlif formalarda təzyiqlər edilir. Detalları zamanla açıqlayacam.

Əməliyyatlara Şəki rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini, YAP Şəki rayon təşkilatının sədri, Ədliyyə Naziri Fikrət Məmmədovun əmisi oğlu Həsən Həsənov başçılıq edir. Hakim partiyanın yerli rəhbərinin fərqli siyasi baxışları olan siyasətçiyə qarşı olması normaldı. Bizim kimi demokratik ənənələri olmayan ölkədə qarşı tərəfə inzibati təzyiqlər tətbiq etmək də yayğınlaşmış və adiləşmiş haldı. Amma bu qarşı olmaya naqis metodlar da əlavə olunanda, bunun adı başqa olur. Və burdan bəyan edirəm ki, Həsən Həsənov özünü yığışdır!

Həsən Həsənov rayonda heç bir nüfuzu olmayan 20 illik YAP sədri, əli cibindən 20 km uzaq olan korrupsioner məmurdur.

Hələ 2005-ci ildə mən Şəki 115-ci dairədə Azadlıq blokunun namizədi olarkən YAP namizədinə, həm komissiyanın protokolları, həm də Avropa Məhkəməsinin qərarı ilə təsdiqlənmiş nəticələrlə qalib gəlmişəm. 2010 cü ildə AXC-MÜsavat blokundan namizəd olaraq 113-cü dairədə YAP namizədinə qalıb gəldim. Bu nəticə də Avropa Məhkəməsinin qərarıyla təsdiqlənib. Dairəni ona görə dəyişdim ki, Müsavatın namizədi Adil Qeybulla da sona qədər israr etdi və blokun vahid namizədini təyin etmək mümkün olmurdu. Müzakirələr ərəfəsində YAP namizədlərini açıqladı və məlum oldu ki, kəndimizin məktəb direktoru Südabər Ismayılova hakim partiyanın deputatlığa namizədidir. Məqsəd məni öz kəndimdə mümkün olduğu qədər zəiflətmək idi. Bu namizədin mənə qalıb gələ bilməyəcəyi də aydın olduğundan, ölkənin dərman və siqaret biznesinin 80 faizlik monopolist şirkətlərini idarə edən Cavanşir Feyziyev də 115-ci dairəyə gətirildi. Baxmayaraq ki, Cavanşir Feyziyevin doğulduğu kənd 114-cü dairəyə düşür. Qərarın və əməliyyatların Həsən müəllimin başından gəldiyi bilinən məsələdir. Mən, Adil Qeybullanın israrlı olduğunu, blokun hər iki dairədən namizədlə iştirak edə bilməyəcəyini nəzərə alıb, 113-dən namizəd oldum. Feyziyev deputat, məktəb direktorunu da rayon Təhsil Şöbəsinin müdiri oldu, bəndəniz də həbsə getdi.

İndi hələ imzatoplama dövründəyik, Həsən Həsənov heç vaxt olmadığı qədər aqressivləşib və hədləri aşır.

Burdan bəyan edirəm ki, hər cür inzibati və naqis təzyiqlərinizə baxmayaraq, hamını qorxudub, aldadıb, şirnikləndirib, məni tək qoysanız belə, Xalqımın qədirbilənləriylə birlikdə yenə qalıb gələcəyik.
Qələbəmizin təsdiqi təbii ki, ali siyasi iradədən asılıdır. Ölkəni dəyişmək istəyirlər, yoxsa aldatmaq? Zaman dəyişib, aldadan özünü aldadır…

Həsən müəllimə gəldikdə isə, YAP rəhbərliyi bilsin ki, onu Şəki kimi rayonda təmsil edən şəxsin mahiyyəti zorakılıq və yalandır, mərhəmətdən və bacarıqdan uzaqdır.

Bir hadisəni söyləyim, hələlik yetərli olar..

2007- ci il idi. Məlumat aldım ki, rəhmətlik Atamın YAP vəsiqəsinin sürətini çıxarıb, rayonun müxtəlif yerlərində paylayıb deyirlər ki, Sahibi heç Atası dəstəkləmir. Atam məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini idi. Bu hadisədən çox təsirləndik və atam mənə bildirdi ki, özləri üzv edib, indi də oğluma qarşı belə namərdlik etdikləri üçün, onları cəzalandırmaq lazımdır. Atam və Mən, həmin bu Həsən müəllimə xəbər göndərib, 3 gün vaxt qoyduq ki, Atamın YAP üzvü olmadığına dair arayış təqdim etsin.

Mən oğlu üçün və həqiqət naminə hər cür fədakarlığa hazır Atanın övladı kimi qürür duyuram və sandığımdakı bu arayışı paylaşıram.

YAP rəhbərliyi isə görsün ki, onu Şəkidə təmsil edən, yüksək çinli məmuru hansı səviyyədədir. Təsəvvür edirsiz ki, partiya vətəndaşa arayış verməyə məcbur qalır ki, mənim üzvüm deyil. Belə partiyaçılarla, belə məmurlarla, bu işlə, bu səviyyə ilə ölkədə inkişafı təmin etmək, islahatlar həyata keçirmək olmaz!

——————————————————————————————————

Qeyd:

YAP və ya hər hansı partiyanın üzvü olmaq kiməsə hər hansı mənəvi üstünlük və ya aşağılıq gətirmir. YAP-da, KXCP-də, AXCP-də, Müsavatda və istənilən digər partiyada dürüst və vicdanlı adamlar var,  yaramaz və naqis adamlar da ola bilər.
Cəmiyyətin potensialı çatmalıdır ki, onları idarə edənləri, onların qarşısına iddialarla çıxanları, vətəndaşa xidmətə məcbur etsin.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*