“Onlar Rüstəm Usubovun qoyduğu vəzifələrin icrasını təmin etmək üçün ən ağır cinayətə getməyi belə özləri üçün şərəf işi hesab etmişlər.”!!!

PAYLAŞIN

 

Azərbaycan Respublikası Ağır Cinayətlər üzrə Lənkəran Məhkəməsinə

190846002 saylı cinayət işi üzrə təqsirləndirilən Hüseynovların nümayəndəsi (740334 saylı 26.04.2019-cu il tarixli etibarnamə) Tahir Xamməd oğlu Babayev tərəfindən

V Ə S A D Ə T

190846002 saylı cinayət işi üzrə cəmiyyətin mütəxəssislərdən ibarət müstəqil ekspert qrupunun rəyini sizə təqdim edirəm. (Elektron versiyası əvvəldən poçtunuza göndərilmişdir.) Xahiş edirəm ki, məhkəmə istintaqında və onun yekunları barəsində ədalətli qərar verilməsi üçün nəzərə alasınız.

Qoşma: -6 vərəqdə

İmza:                           Tahir Babayev

30.11.2019                           (050) 331 58 11

 ——————————————————————————————————

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevə

Tahir Xamməd oğlu Babayev( 8 ay bundan əvvəl Usubov tərəfindən heç bir günahları olmadan həbsə atılmış Hüseynovların nümayəndəsi) tərəfindən

 

Ə R İ Z Ə

Cənab İlham Əliyev mən Sizə AR Konstitusiyasının tələblərini Sizin yadınıza salır ölkədə yaşayan insanların hüquqlarının qorunması üçün  məsuliyyət daşıdığınızı diqqətinizə çəkirəm. Günahsız, yoxsul binavələrin cinayətkar prokurorların əlindən xilas edilməsi üçün real addımlar atmağınızı XAHİŞ EDİRƏM.

Qoşma: -6 vərəqdə 

İmza:                           Tahir Babayev

30.11.2019                           (050) 331 58 11

 ——————————————————————————————

Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən 190846002 nömrəli cinayət işi üzrə tərtib edilmiş “İttiham aktı” barəsində ictimaiyyətin mütəxəssislərdən ibarət müstəqil ekspert qrupunun

R Ə Y İ

(Göndərilir: İ.Əliyevə, Z.Qaralova, F.Məmmədova, DTX-ya, Lənkəran ağır cinayətlər məhkəməsinə və s. Əlibəyliyə ( dərc edilməsi üçün) ) orqanlarına

“İttiham aktı” AR BP-nin Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusi mühüm işlər üzrə böyük müstəntiqi baş ədliyyə müşaviri Qurban Naib oğlu Səfərov tərəfindən 14-15 sentyabr 2019-cu il tarixində tərtib edilmişdir.

“İttiham aktı” 16 sentyabr 2019-cu il tarixində saat 12:00-da tərtibat başa çatmışdır. Elə həmin gün Qurban Səfərov tərəfindən məhkəməyə çağrılanların siyahısı tərtib edilmiş və arayış yazılmışdır. Bununla paralel olaraq Ağır cinayətlər üzrə istintaq idarəsinin rəisi ilə razılaşdırılmış və ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun I müavini Rüstəm Usubova təsdiq etdirilmişdir. Deməli, ən azı 32 (otuz iki) iş saatı itirilməsini tələb edən iş 4(dörd) saat ərzində görülmüşdür.

Vaxt məsələsinə bir az diqqətlə yanaşanda aydın olur ki, Baş prokurorluğun başbilən heç bir praktiki əhəmiyyəti olmayan texniki kağız kimi imzalaya bilir və heç bir vicdan əzabı çəkmədən günahsız insanları qazamata ata bilirlər.

Aktda qeyd olunur ki, 23 fevral 2019-cu i tarixində Yardımlı rayonunun Ləzran kəndinə yaxın göllük ərazidə Şovut kənd sakini Teymur Bəyoğlan oğlu Hüseynov tərəfindən Bəhruz Rafiq oğlu İsgəndərov qətlə yetirməklə, İbrahim Zakir oğlu Mirzəyevə və Pərviz Rafiq oğlu İsgəndərova bədən xəsarəti yetirməklə cinayət hadisəsi törədilmişdir.

Həmin cinayət hadisəsinə görə Teymur Bəyoğlan oğlu Hüseynov, Röyal İnqilab oğlu Məmmədov, İsgəndər Bəyoğlan oğlu Hüseynov və Elşən Bəyoğlan oğlu Hüseynov və Zamin Mirəkişi oğlu Hüseynov  Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə təqsirləndirilərək səkkiz aydan yuxarıdır ki, həbsdə saxlanılırlar.

Müstəqil ekspert qrupu aşağıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, Rüstəm Usubovun prosessual nəzarəti həyata keçirdiyi, Qurban Səfərovun rəhbərlik etdiyi istintaq qrupu cinayətin üstünün açılması ilə deyil, onun ört–basdır edilməsi ilə məşğul olmuşdur.

İstintaq qrupuna rəhbərlik etmək məsuliyyətini daşıyan Qurban Səfərovun “İttiham aktı” adlandırdığı, lakin, mahiyyəti çoxsaylı saxtakarlıq və prosessual qanun pozuntuları ilə zəngin olan yekun sənədin hazırlanma (14.09.19  10:00-dan 16.09.19  12:00-a kimi), razılaşdırma (16.09.19), təsdiq edilmə (16.09.19) keçid ardıcıllıına qanunçuluq baxımından azca diqqətlə yanaşılarsa aşağıdakılar dərhal üzə çıxır.

16.09.2019-cu il tarixində saat 12:00-da yazılışı başa çatdırılmış aktın, elə həmin gün idarə rəisi Eldar Əhmədovla razılaşdırılması və Rüstəm Usubova təsdiq etdirilməsi vaxt baxımından qeyri-mümkündür.

Aktda görünən imzalar onu deməyə əsas verir ki, AR-in Baş prokurorluğu qanunlardan kənar fəaliyyətdədir, onun mahiyyəti deqradasiyaya uğramış, aşınmışdır. Belə bir orqanın mövcudluğu ölkənin Konstitusiya quruluşu üçün təhlükədir, təhdiddir.

Cinayət işlərinin istintaqının belə bir orqana etibar edilməsi, özü ağır bir cinayətdir.

Ölkədə korrupsiya, rüşvətxorluq və dövlətçiliklə bir araya sığmayan neqativ halların inkişaf edərək bu səviyyəyə gəlib çatmasının əsas səbəbləri məhz Baş prokuror Zakir Qaralov və onun birinci müavini kreslosunu zəbt etmiş Rüstəm Usubovun qanunsuz fəaliyyətində axtarılmalıdır.

Qurban Səfərovun istintaq qrupunda qanunları insan hüquqları ilə bağlı ciddi  tələbləri və həqiqətləri sözsüz ki, bilməmiş deyillər. Lakin, prokurorlar üçün bütün qeyd olunanlar və digər ciddi tələblər yalnız şərti əhəmiyyətli hesab edilir. Onlar Rüstəm Usubovun qoyduğu vəzifələrin icrasını təmin etmək üçün ən ağır cinayətə getməyi belə özləri üçün şərəf işi hesab etmişlər. Ananı oğulsuz, gəlini ərsiz, azyaşlıları atasız qoymuş, dostu düşmənə çevirmiş qətl hadisəsini törədənləri məsuliyyətdən kənarda qoymaq üçün dəridən – qabıqdan çıxmışlar.

Qurban Səfərovun Yardımlıya gəlişi ilə əhali arasında qorxu xofu yaradılması yolu tutulmuş, dərhal tutha-tut başlanmış, şərti cinayətkarlar qazamata atılmışdır. Prokurorlar məhkəmələri inandırdılar ki, Əmi azadlıqda qalarsa ailəsinə çörək qazandığı traktorla üzvü olduğu YAP-ın bütün funksionerlərini tırtılların altında qoyub əzəcək, onun qardaşoğlanları isə otardıqları qoyunlarla siyasi dərsləri ancaq və ancaq mövcud rejimin əksinə yönəldərək verəcəklər. Bununla da kimin harada yıxılması cəhənnəm, gəlir yolları bağlanacaq, yuxarılara xəbər çatdırılması mümkün olmayacaqdır. Nəticə isə aydındır biz hamını ittiham edənlər müttəhimlər skamyalarında əyləşməli olacaqlar.

Hakimləri eşitdikləri ləzzəyə gətirdi.

Onları gərnəşmə tutdu. Qulaqlarına qabırğa şaqqıltıları gəldi. Bir an reallığı dərk edərək başa düşdülər ki, taleləri prokurorların əlindədir. Onların xatirlərinə dəymək olmaz: “Kimi bir aya, istəyirlər lap üç aya qazamata göndərək lijbi “kişilər” bizdən inciməsinlər” – misalı hərəkətə keçdilər.

Yardımlı kimi şəraitsiz, dağınıq rayonunda böyük iş təcrübəsi olmasa da, vəzifəsinin öhdəsindən gəlməyi bacaran rayon prokurorluğunun müstəntiqi Seyidəliyev 10 təqvim günündə qəsdən adam öldürmə faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Hüseynov Teymur Bəyoğlan oğlunu şübhəli şəxs kimi tutmuş, dindirmiş və digər müvafiq istintaq hərəkətlərini etmişdir. Ona qanunla müəyyən edilmiş qaydada AR-in 120.1 maddəsi ilə ittiham elan etmiş və həmin gün də məhkəmə tərəfindən T.Hüseynov barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Bundan sonra da zəruri istintaq hərəkətlərini davam etdirmişdir.

1. Hüseynov özünü təqsirli bilməsə də istintaq orqanı işin hallarını araşdırmaqda davam etmişdir. Bütövlükdə 200 vərəqlik zəruri sənəd və sübutlar toplamışdır.

Çoxlu əsaslı şikayət və təkliflərə biganə qalan, ölkədə cinayətkarlığa qarşı mübarizə aparılmasında köməksiz bir şahmat piyada fiquruna çevrilmiş Respublika Baş prokurorluğunun rəhbərli hansısa fövqal qüvvənin təsiri altında, heç bir zərurət olmadan 05.03.2019-cu ildə, cinayət işinin Yardımlı rayon prokurorluğundan alınıb, baş prokurorluğun ağır cinayətlərə dair, el içərisində xüsusi sifarişli istintaq idarəsi kimi hallandırılan Baş prokurorluğun Ağır cinayətlərə dair işlər istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, Baş Ədliyyə müşaviri Qurban Səfərovun “rəhbərlik etdiyi” istintaq qrupuna tapşırılır.

06.03.2019-cu ildə Qurban Səfərovun istintaq qrupu “fəaliyyətə” başlayır. Həmin gün də mərhum Bəhruz İsgəndərovun qardaşı 2013-cü ildə soyğunçuluq cinayəti törətdiyinə görə məhkum olunmuş İsgəndərov Pərviz Rafiq oğlu şahid qismində dindirildi. O, ifadəsində göstərir ki, baş vermiş hadisə zamanı Şovut kənd sakini göstərir ki, mərhum qardaşı Bəhruzla münasibəti olub, bir neçə dəfə onlara gəlib–getmiş, Elşəndən başqa onun qardaşı Teymuru və Şovut kənd sakinlərindən heç birini tanımamışdır.

Şahid kimi dindirilənlər hamısı bir-biri və mərhumla yaxın qohumluq əlaqələri (qardaşlar, əmioğlular və s.) olanlardır. Onların ifadələrindən aydın görünür ki, onlar bir mərkəzdən idarə olunan saxta sübutlar məcmusudur. İfadələr daha bir xətt, hansına ki, istintaqçılar bilərəkdən əhəmiyyət verməmişlər, aydın seçilir ki, zərərçəkmiş qismində ifadə verənlər qətlin açılmasına yox, onun ört-basdır edilməsinə istiqamətlənmişlər. Dəqiq məlumat vardır ki, Bəhruzun azyaşlı oğlu hadisə zamanı orada olmuş və baş verənləri öz gözləri ilə görmüşdür. Bu barədə onun dediklərinin istintaq sənədlərində əks etdirilməsi faktı özü tədqiqatçıların qeyri- səmimi olduğunu təsdiq edir. Qurban Səfərov statuslu şəxsin bunu görməməsi qeyri-mümkündür. Sadəcə istintaq həmin şəxslərin yalanlarını ifşa etmək əvəzinə onlara havadarlıq kursu tutmuşdur.

İstintaq bir qrup şəxsi  zərərçəmişlər kimi təqdim edir və bütün hərəkətlərini onları sakitləşdirmək üçün etdiklərini qarşıya qoyur. Burada qətlin sifarişçi və icraçılarını gizlətmək məqsədi ilə Ləzranda “itboğuşdurma”ya xüsusi hazırlığın olduğunun göz qabağında olan sübutlarını inkar edir. Hadisə iştirakçıları arasında

Qanun bir sıra istintaq hərəkətlərini, o cümlədən dindirilmə və üzləşmədə dindirmələrin başlanma və qurtarma vaxtlarının protokollarda dəqiq göstərilməsini tələb edir. Dindirmələrin və üzləşdirmələrin hər biri başlananda və qurtaranda gün, ay, il, saat və dəqiqə göstərilməlidir.

Bir dindirmə və üzləşdirmə qurtarmamış, digərinə keçmək yolverilməzdir. Bu qaydaya riayət edilmədikdə istintaq orqanı özü müdafiəyə və ya ittiham tərəfinin vəsatəti ilə sənədin sübut əhəmiyyətini tanımamalıdır. Qanun birmənalı olaraq sübutetmə vəzifəsini ittiham tərəfinin üzərinə qoyur. Təxirəsalınmaz hallar:

– Hadisə yerinə baxış, cinayət etməkdə şübhə edilən şəxsin tutulma müddətinin 48 saatı ərzidə həbsi zəruri sayıldıqda şəxsin qaçaraq gizlənməsi, sübutları məhv etməsi üçün əsaslar yoxdursa ibtidai istintaq hərəkətləri əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılır. İstirahət və bayram günlərində, eləcə də iş saatlarından sonrakı vaxtlarda istintaq hərəkətlərinin icrasına yol verilmir.

İstintaq baş vermiş hadisəni detallarına qədər xırdalamaqla real səbəbləri ortaya qoymalı əsl cinayətkarlarıvə onların gözə görünməyən havadarlarını ifşa etməli idi.

İşdən göründüyü kimi Hüseynovların qətl törətmək fikirləri olsa idi ara qarışan zaman mərhuma kömək etmək, xaotik vəziyyətdə öz həyatlarını təhlükə altına atmazdılar. Öldürmək qəsdi olanın yaralıya köməyi ağıla batan deyil, nədənsə Hüseynovların cəmi altı nəfər əks tərəfdəkilərin isə 30 nəfərə yaxın olmaları bundan başqa hadisənin onların kəndlərinin bir neçə yüz metrliyində baş verməsi, (yerli relyef və şərait onlara yaxşı məlum olmuşdur) İsgəndərovlara üstünlük verir.

İstintaq orqanı isə sifarişçiyə, öz rəhbərliyinə yarımaq üçün fəaliyyətə başladığı ikinci gününün birinci yarısında istintaqın gedişinə ciddi problemlər yaradacağ, əslində onu düzgün axardan çıxaracaq bir sıra qərarlar vermişdir.

N Ə T İ C Ə

1. Azərbaycan Respublikasının Baş Prokurorluğunda 190846002 saylı cinayət işinin istintaqının Yardımlı rayon prokurorluğundan götürülərək Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə ötürülməsi üçün heç bir əsas olmadığı kimi heç bir zərurət də olmamışdır.

2. Əsaslı şübhələr vardır ki, bu xüsusi sifarişlə cinayətin əsas motivinin (istintaq bunun aydınlaşdırılması ilə ümumiyyətlə məşğul olmamış və bununla da itintaqın sifarişə uyğun istiqamətdə aparılmasına şərait yaranmışdır.) gizlədilməsinə şərait yaradılması, cinayətin təşkilatçılarının və icraçılarının məsuliyyətdən kənarlaşdırılması məqsədilə edilmişdir.

3. Qurban Səfərovun istintaq qrupu səthi daş kimi möhkəm olan çöllük ərazidə insanın qətl edildiyi kəsici aləti tapa bilməmişdir (əsaslı şübhələr vardır ki, bu alətin “itirilməsi” Səfərovun özünün əməlidir) Bununla da günahsız insanların qazamata atılması üçün yaşıl işıq yanmışdır. İbtidai istintaqa nəzarəti həyata keçirmək vəzifə borcu olan minlərlə günahsız insanın qazamatlarda çürüdülməsinə hökm verən (hakimlər onun çaldığına oynamaq məcburiyyətindədirlər, əks təqdirdə ac qalar və yağlı vəzifə ilə vidalaşmalı olarlar) Rüstəm Usubov bunu görməmiş, yaxud görmək istəməmişdir. Qurban Səfərov təqsirləndirilən qismində dindiriləndə yəqin ki, həqiqəti söyləmək məcburiyyətində qalaraq, bütün qanunsuzluqları və cinayətləri bilavasitə Usubovun tapşırığı ilə etdiyini etiraf edəcəkdir.

4. 03.2019-cu ildə Qurban Səfərov həbsdə olan Teymur Hüseynovu şəxsən dindirmişdir. Hansı əsasla izah oluna bilər ki, bu zaman mühüm istintaqçı təqsirləndirənin çiyinləri üzərində baş adlandırılan həndəsi fiqurun Xoşqədəm demiş param-parça olduğunu görə bilməmişdir.

5. Amma görməməzlik “istintaq işinə çox baha başa gəldi”. Cinayət işinin açılmasının bir addımlığından geri qayıdıldı və şans əldən verildi. Şübhəsiz ki, bu məqsədli şəkildə edildi.

6. İstintaqçılar qətl cinayətini açmaq əvəzinə onun ört-basdır edilməsi üçün ikinci bir cinayəti təşkil etdilər.

7. Teymur Hüseynovun Cəlilabad rayon mərkəzi xəstəxanasına müraciəti və orada onun xəsarətləri barəsində məlumatı saxtalaşdırdılar. Bununla da xəstəxananın müvafiq vəzifələrini və müalicə həcmini də cinayətkarlar dəstəsinə qoşdular.

Qurban Səfərovun istintaq prosesində prosessual qanunlarla hesablaşmadığı, sayı-hesabı bilinməyən pozuntulara yol verdiyi açıq-aydın görünsə də ibtidai istintaqa prosessual nəzarəti təmin etməli olan Rüstəm Usubov tərəfindən nəinki vaxtında qanunun sərtliyi ilə dəyərləndirilərək qarşısı alınmamış, əksinə ona hərtərəfli dəstək verilmişdir. Təqsirləndirilənlərin yaxınları, vəkilləri və ictimaiyyətin nümayəndələri tərəfindən Zakir Qaralova yazılmış ərizələrə baxılmamış, onlar cavabsız qalmışdır. Bütün bunlar Baş prokurorluğun bir vacib dövlət orqanı kimi deyil, dövlətin vermiş olduğu imtiyazlardan, imkanlardan istifadə edən mütəşəkkil cinayətkar bir banda kimifəaliyyətdə olduğunu təsdiq edir. Bu sahədən külli miqdarda gəlir əldə edən Ədliyyə Naziri Fikrət Məmmədov da prokurorların cinayət əməllərinə göz yummuş, onların fəal

köməkçisinə çevrilmişdir. (Ölkədə bir təcridxanaya ehtiyac olmadığı halda üçün saxlanılır, təcridxanalar fərdi biznes strukturu kimi fəaliyyət göstərirlər. Azərbaycanda yaxşı tanınan türk iş adamı Hüseyn Arabulun bir ifadəsi yoldaşlar hələ ki, silinməyib.

“Azərbaycanda təcridxanalar ən məşhur beş ulduzlu otellərdən ən azı beş dəfə bahadır”.

Bu məhkəmə hüquq sistemində korrupsiya və rüşvətin nə dərəcədə inkişaf etdiyinə real və qərəzsiz qiymət verilməsinə imkan verən bir ifadədir.

Prokurorluğa gəlir gətirən bir qurum kimi yüksək rəğbətlə yanaşan Fikrət Məmmədov və onun hakim adı daşıyan (bu ancaq onların qara çarşaba bürünməsində özünü göstərə bilir. Digər bütün məsələlərdə onlar da alverçi və möhtəkirdilər.) komandası prokurorların nazı ilə oynamağa məcburdurlar.

Məhz bunun nəticəsidir ki, on minlərlə insan heç bir günahı olmadan təcridxanalarda çürüdülür. Bununla da dövlətə milyard manatlarla ölçülən ziyan vurulur. İnsanlarda dövlətə və onun rəhbərliyinə qarşı nifrət aşılanır. Bunun müqabilində Fikrət Məmmədov və Zakir Qaralov pul qazanırlar. Fonda buradan nə ötürülüb-ötürülmədiyi sualına yalnız Mehriban Əliyeva cavab verə bilər. Bizə isə şübhələnmək qalır. Çünki, özbaşınalığın hüdudları heç bir ölçüyə sığışmır. Bu isə o deməkdir ki, Məmmədov Qaralov cütlüyü kimə isə arxayındırlar.

Ölkədə mövcud olan hərc-mərclik, özbaşınalıq minlərlə insanın, o cümlədən, “itboğuşduran”lar işi üzrə altı nəfərin heç bir sübut olmadan 8(səkkiz) aydan artıq təcridxanada çürüdülməsinə şərait yaratmışdır. Çünki Rüstəm Usubov, Qurban Səfərov bu işdə iştirak edən hakimlər, Prokurorluq hakimləri özlərindən asılı vəziyyətdə saxlamaqla ( Usubovun imzaladığı kağızları hakimlər oxumağa belə cəsarət etmir, yollarının kəsiləcəyindən qorxurlar) vəkillik institutunu da nüfuzdan salır. Bu yeni qurumun formalaşmasına əngəllər törədirlər. Minlərlə faktlar mövcuddur ki, onların qanunların tələblərinə uyğun vermiş olduğu şikayətlər, vəsatətlər təmin edilmir. Cəsarət etmiş vəkillər təzyiqlərə məruz qoyulur. Bununla da dövlətin Konstitusiyasına təcavüz edilir. Bunun ölkənin siyasi rəhbərliyi nəzərə almalı təxirəsalınmaz tədbirlər görməlidi.

T Ə K L İ F L Ə R

1. Lənkəran Ağır cinayətlər Məhkəməsinə göndərilmiş saylı iş geri çağrılmalı, onun obyektiv və şəffaf, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə yenidən istintaqı DTX-nin müvafiq bölməsinə tapşırılsın.

2. Qurban Səfərov rəhbərlik etdiyi istintaq qrupunun fəaliyyətinin araşdırılması üçün səlahiyyətli komissiya yaradılaraq araşdırmalara (istintaqa) başlanılsın.

3. Araşdırmaların aparıldığı müddətə Zakir Qaralov, Rüstəm Usubov, Qurban Səfərov tutduğu vəzifələrdən kənarlaşdırılsınlar.

4. Təcridxanalarda qanunsuz olaraq səkkiz aydan artıq müddətə saxlanılmış vətəndaşlar barəsində mövcud qanunlara uyğun tədbirlər görülsün.

İmzalar:

1. Mətləb Mütəllimli – istiqlalçı deputat, istehfada olan Ədliyyə polkovniki

2. Əkbər Rüstəmov – təqaüddə olan polis mayoru, 30 ilin müstəntiqi, tədqiqatçısı

3. Tahir Babayev  – təqaüdçü, 15 il stajlı istintaq işlərinin araşdırıcısı

Vəkillər

1.Meybulla Nəbi oğlu

2.Mahir Xəlil oğlu Quliyev

 

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*