“… ONLARDAN BİRİ DƏ İKİ UŞAQ ATASI, GƏNC CƏBHƏÇİ XƏLQİ NÜSEYNDİ”!!!

PAYLAŞIN

Fb-NİN GÜNDƏMİNDƏN

“ANALOQSUZ VETO”

Müharibə üçün milyardlar sərf edib (bizdə isə israf) silah-sursat tədarükü görən dövlət başçısı, ilk növbədə bu silah-sursatdan dogru-düzgün istifadə edəcək bacarıqlı və fiziki hazırlıqlı əsgər və zabit kontingenti haqqında da düşünməlidir – buna isə o qədər də çox “milyardlar” lazım deyil. Əhalinin saglamlıgı dövlət qaygısından kənarda qalan, icbari tibbi sıgorta həyata keçirilməyən bir ölkədə saglam, güclü əsgər səfərbərliyindən söhbət gedə bilməz. Necə olur ki, səksən milyon əhalisi olan İranda, Türkiyədə icbari tibbi sıgorta tətbiq edilir, on milyonluq Azərbaycanda isə yox. Dövlət üçün heç bir siyasi, maddi əhəmiyyəti (məmurlar üçün xüsusi əhəmiyyətli – K.K.) olmayan tədbirlərə vəsait tapılır, öıkənin müdafiə qabiliyyətinin əsasını təşkil etməli olan əhalinin saglamlıgı üçün isə tapılmır. Və üstəlik yüz milyardlarla neft gəlirləri əldə olunan bir olkədə – əsla inandırıcı deyil. Deməli bu gecikmənin arxasında məkrli siyasət dayanır. Bu siyasət öz başlangıcını qeyri-rəsmi olaraq 1993-cü ilin iyun- avqust aylarından, rəsmi olaraq isə 1994-ün may ayından götütür – “Atəşkəs” adı altında. Yəni işgal olunmuş ərazilərimizin azad edilməsi dayandırıldı – hakimiyyət bütün gücünü, ilk əvvəl özünün xalqı və dövləti talan məqsədlərinə mane ola biləcək vətənpərvər qüvvələri neytrallaşdırmaga yönəltdi. Öz dogma torpaqları ugrunda mübarizədə mətinləşmiş yüz minlərlə cəsur insan didərgin salındı və ardınca 33 və məhz döyüşkən batalyon buraxıldı…və s…
Bundan sonra, yəni ərazilərimizin azad edilməsi məsuliyyəti beynəlxalq təşkilatlara aid edildikdən sonra “saglam əhali-saglam əsgər” problemi də YAP hakimiyyətinin gündəliyindən çıxarıldı…

… Və 1999-cu ildə Milli Məclisdə “İcbari tibbi sıgorta haqqında” qanun qəbul edilsə də, yerinə yetirilmədi. Çünki Heydər Əliyev dövlət başçısı olaraq bu qanuna VETO qoydu. Səbəb: – “Biznesmenlərə maddi ziyan olmasın”. Nəticə isə göz önündədir – son imkanını tədarük edib İrana, Türkiyəyə üz tutan, imkansızı isə ölkə daxilində “müalicə” alıb, həkim məsuliyyətsizliyindən şikəst qalan və ya vaxtsız dünyasını dəyişən minlərlə əlacsız xəstə….

Onlardan biri də iki uşaq atası, gənc cəbhəçi XƏLQİ HÜSEYN.

Allah rəhmət eləsin.

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*