ONU BAĞ(ışlamaq)RINA BASMAQ OLARMI???!!!

PAYLAŞIN

Əli ƏliyevƏli ƏLİYEV: “ONLAR İLHAM ƏLİYEVİ ÖLKƏ BAŞÇISI KİMİ YOX, ŞƏXSİ DÜŞMƏNLƏRİ KİMİ GÖRÜRLƏR!”  

Rahab Qazıyev

Rahab QAZIYEV: “GƏRƏK DÖVLƏT BAŞÇISI ÖZ VƏTƏNDAŞINA DÜŞMƏN GÖZÜ İLƏ BAXMASIN!”

Sabiq müdafiə naziri Rəhim Qazıyevin qardaşı Rahab Qazıyev VİP sədri Əli Əliyevin bu günlərdə internet üzərindən yayınlanan bir açıqlamasına münasibət bildirərək, ətraflı cavab yazıb.

ilham-eliyev-51Xatırladaq ki, VİP sədri sözügedən açıqlamasında, bəlli siyasi xadimləri və bəzi ictimai aktiv vətəndaşları qəsd edərək: “Onlar İlham Əliyevi ölkə başçısı kimi yox, şəxsi düşmənləri kimi görürlər!” – deyə bildirmişdi.  Əli Əliyevin bu açıqlaması ilə bağlı, Rahab Qazıyevin verdiyi cavabı, olduğu kimi, oxucuların diqqətinə və ictimai rəyin müzakirəsinə təqdim edirik:

“Hörmətli Əli bəy!

Ən önəmlisi odur ki, gərək dövlət başçısı öz vətəndaşına düşmən gözü ilə baxmasın və istər siyasətçi olsun, istərsə də sadə vətəndaş, onu çörəklə imtahana çəkməsin. Şəxsən mən – Qazıyev Rahab Həsən oğlu – Sizə həyatımın qısa və çox acı tarixçəsini yazıram.

Mən 1988-1994-cü illər ərzində “Sənaye Tikinti Mexanizasiyası Ttesti”nin baş mühəndisi vəzifəsində çalışmışam. Bu trest o illərdə Azərbaycan respublikası ərazisində, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, bütün sənaye obyektlərinin tikintisində fəaliyyət göstərib.

1995-ci il avqustin 10-da, məni, heç zaman, hətta indinin özündə belə, yaxından, ya da uzaqdan ilgilənmədiyim, içində heç olmadığım  siyasi proselərdə guya iştirakım olduğu ittihamı ilə şərləyərək, sifarişlə həbs ediblər.

2000-ci il oktyabrın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə əfv olunaraq, azadlığa çıxmışam. Həbsdən çıxdıqdan sonra bir çox tikinti müəssisələrinə işlə əlaqədar müraciətlər eləmişəm, keçmişdə bir yerdə çalışdığım şəxslərdən də işlə təmin olunmağım barəsində xahişdə bulunmuşam. Bütün xahiş və müraciətlərimə bir cavab verilib ki, səni işə qəbul etməyə qorxuruq, bizə problem yaradarlar.  Sonralar işlə təmin olunmağım barəsində birbaşa prezident Heydər Əliyevə müraciətim olub, 2004-cü ildən isə, dəfələrlə, bu haqda, indiki prezident İlham Əliyevə müraciətlər ünvanlamışam. Günü bu günə qədər də, heç bir məktub və müraciətlərimə cavab almamışam.

2008-ci ildə qızım RF-də Sankt-Peterburq Dövlət Universitetinə daxil oldu. O zaman, məcburiyyət qarşısında qalaraq, RF prezidenti olan Medvedyevə ətraflı məktub yazdım və RF ərazisində işlə təmin olunmağımı istədim. (Sonradan öyrəndim ki, RF-nin Prezident Aparatından həmin məktubu bizim PA-göndəriblər – R.Q.)

Bir müddət sonar məni Binəqədi Rayon Məşğulluq İdarəsinə dəvət edərək, Kosmik Tədqiqatlar İnstitunda maaşı 110 manat məbləğində olan mühəndis vəzifəsi təklif elədilər. Bu təklifi, sadəcə özümün hökumət səviyyəsində ələ salınmağım kimi qəbul elədim və onlara da dedim ki, mən sadəcə inşaat mühəndisiyəm, kosmosla da heç bir əlaqəm yoxdur.  

2015-ci ildə mətbuatdan “iqtidar-müxalifət dialoqu” haqqında məlumat oxudum. Sözügedən dialoqa iştirakçı kimi qatılan KXCP sədri Mirmahmud Mirəlioğlina zəng edib: “Mirmahmud bəy, mən başa düşürəm ki, Siz siyasətçisiniz və siyasətlə məşğul olursunuz deyə, hakimiyyətlə aranızda müəyyən problemlər də ola bilər. Amma siyasətçilərin övladları, qardaşları və yaxın qohum-əqrabaları da var və ondan xahiş elədim ki, dialoq zamanı bu qəbildən olan insanların işlə təmin olunmaları haqda məsələ qaldırsın” – deyə ondan xahiş elədim. Mirmahmud bəy də, mənə belə aktual bir məsələni xatırlatdığıma görə təşəkkür edərək, söz verdi ki, hakimiyyət nünayəndəsi qarşısında mütləq bu məsələni qaldıracaq.  Sonradan təsadüfən görüşdüyüm BAP sədri Elşad Musayevlə söhbət zamanı, o bildirdi ki, bu məsələ hakimiyyətin diqqətinə çatdırılıb. Amma nəticəsi nə oldu, yenə də “köhnə hamam, köhnə tas”

İndi bu hakimiyyət öz vətəndaşına qarşı bu cür kin-küdurət bəsləyir, qərəzli mövqe tutur, öz vətəndaşını çörəklə imtahana çəkirsə, bəs onda vətəndaş bu hakimiyyətə qarşı hansı mövqeni tutmalıdır.

Hörmətli Əli bəy!

Rəhim Qazıyevİlham ƏliyevBaxın, mən sadə bir vətəndaş və bir inşaat mütəxəssisi kimi 20 ildən artıqdır ki işsizəm, özü də ona görə yox ki, Azərbaycanın inşaat sektorunda iş yoxdur, ona görə ki, böyük qardaş kimi çox sevdiyim sabiq müdafiə naziri Rəhim Qazıyevin qardaşıyam. Və siz özünüz də bilirsiniz ki, bu məmləkətdə mənim tale ortağım olan insanların sayı minlərlə ölçülür.

Sizcə, indi, illərdən bəridir ki, bu qədər ağrı-acılardan sonra, adi çörəklə imtana çəkildiyim bir zamanda bu ölkəni idarə edən bir şəxsə “mənim prezidentim” deyib onu bağrımamı basmalıyam? Açığı, bu məqamda ölkə başçısının adının nə olması heç bir önəm daşımır. Çünki minlərlə vətəndaşı qəsdən gündəlik çörəkdən məhrum edə biləcək rejimin qurulduğu bir ölkədə yaşamağa məhkumuqsa, o zaman nə fərqi var ki, o rejimin başında kim, ya da kimin oğlu dayanıb !!!”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*