ORDU GÜNÜNDƏ ŞƏHİD MƏZARLARI YAD EDİLDİ !!!

PAYLAŞIN

“HƏRBİ NAZİRLİKDƏN BİR ƏKLİL BELƏ GƏTİRİLMƏMİŞDİ”!!!

Jalə CƏFƏROVA 

Milli Mədəniyyətin Təbliği

İctimai Birliyinin rəhbəri

Bu gün Şəhid leytenant Elxan Ataxan oğlu Ağayevin doğum gününü qeyd etmək üçün 2-ci Fəxri Xiyabana toplaşdıq. Elxan və yeddi cəsur kəşfiyyatçılarımız( leytenant Vüqar Yarəhmədov, çavuş Dinar Mustafayev, çavuş Anar Rzayev,çavuş Nizami Ələkbərov, çavuş Fariz Cavadov, çavuş Aqşin Həsənov və meşədə düşmən gülləsindən ölümcül yaralanıb 1 il 11 ay əsirlikdən sonra möcüzəli şəkildə sağ qalan çavuş Aqil Əhmədov) 1997 ci il aprelin 7-dən 10-a qədər düşmənlə vuruşaraq ölümün üzünə dik baxaraq son qumbaralarıyla canlarına qıyıb şəhid olan oğullarımızdır. Bütün Şəhidlərimizə sayğu duruşundan sonra Dövlət himnimizi səsləndirdik

Qeyd:

Elxan Ağayev Bakıda ziyalı ailəsində dünyaya gəlib. 1980 ci ildə 10 saylı məktəbə gedib və 8-ci sinfi bitirdikdən sonra 88 saylı peşə məktəbində oxuyub. Dərzilik kursunu bitirdikdən sonra 1992 ci ildə hərbi xidmətə gedib. 1991-ci ildə idman ustası kimi qara kəmərə layiq görülüb. Qəhrəman döyüşçü kimi ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Səhər saat 9.00-dan 12.00-a qədər xiyabanda Elxanla bahəm bütün Şəhidlərimizi yad etdik. Anım mərasimində tibb elmləri namizədi Qarabağ qazisi Ələsgər Cavadlı, ”Fatimə”elmi-kütləvi qadın yurnalının baş redaktoru Kəklik xanım Heydərzadə, Şəhid atası Rzaxan Yarəhmədov, aprel döyüşlərində yaralanan və bu günə qədər komadan ayılmayan Qoşqar Piriverdiyevin anası Pəri xanım, 2-ci qrup Qarabağ qazisi gizir Şahlar Hacıyev, 2-ci qrup əlil Qarabağ qazisi Hüseyn Həsənov, döyüşçü yoldaşı Daşqın Kərimov, Vüqar Yarəhmədov ( Vüqar Yarəhmədovun oğlu) çıxış etdilər. Şahlar Hacıyevin Elxanla, Vüqarla bağlı xatirələri, həmçinin 7 yaşlı Şahzadə, 6 yaşlı Sultan balamızın Vətənə aid söylədikləri şerlər havanın hədsiz dərəcədə istiliyini unutdurdu. Elxanın qardaşı İlham Ağayev də kövrək xatirələrdən sonra hər kəsə minnətdarlığını bildirdi.

Anım mərasimində haqlı olaraq bir məsələ də şəhid ailələri və ictimaiyyət nümayəndələri tərəfindən ciddi tənqid olundu. Belə ki Elxan Ağayevin doğum günü, həm də Milli Ordumuzun yaranma gününə təsadüf etsə də, 2-ci Fəxri Xiyabanda 500-ə yaxın Şəhidimiz uyusa da, Hərbi Nazirlik tərəfindən nə bir əklil göndərilməməsi, nə də bir nümayəndənin iştirak etməməsi acı təəssüf hissi doğurdu.

Mərasim çay süfrəsi ətrafında davam etdi.

Qeyd:

Ələsgər Cavadlı: “Bu gün Milli Ordumuzun yaranmasının 101 ci ildönümüdür. Ordumuz yetərincə güclüdür, ən müasir texnikamız var. Əminəm ki, belə getməyəcək. Şəhidlərimizin narahat ruhunu tezliklə şad edəcəyik. Başqa yolumuz yox.”

26.06.2019.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*