“ÖZ ƏLİMLƏ BAYRAQ SANCMAQ MƏNƏ QİSMƏT OLMASA DA…”!!!

PAYLAŞIN

“Kaş bu qədər zaman gözləməyəydik. Çoxdan, lap çoxdan torpaqlarımızı azad etməliydik.”!!!

Jale JAFAROVA

27 dekabr 2020

Bir daha vətənin igid oğulları, ikinci Qarabağ müharibəsinin qazilərini sevgiylə, sayğıyla tanıdaq.

Üç bacının bir qardaşı Sofiyev Əli Vaqif oğlu, Bakının Nəsimi rayonu 5 saylı məktəbinin məzunu.

— Əli sən 2000ci ildə dünyaya gəlmisən. Belə ki, artıq torpaqlarımız işğalda, tez-tez şəhid xəbərləri almaqdaydıq. Sənsə məktəbi bitirib əsgəri xidmətini başa vurduqdan sonra, könüllü orduda qalıb fəaliyyətini davam etdirmisən? Ailədə tək oğul övladı kimi etiraz edən olmadımı?Bu sevginin qaynağı hardan pərvazlandı?

— Nə deyim … elə ağlım kəsəndən vətən sevgisi məni hərbçi olmağa bağladı. Evimizdə hər zaman bu sevgimə sayğıyla yanaşıldı

— Müharibə başlayanda hansı bölgədə idiniz, nə vaxt yaralandınız?

— Elə ilk gündən. Sentyabrın 26-da biz artıq tam müharibə rejimində idik. Murovdağda. Oktyabrın 10-da yaralandım. Qolumda bayrağımız olan emblem yapışdırmışdım. Huşsuz vəziyyətdə olmuşam. Əlimlə bayraq sancmaq mənə qusmət olmasa da tanıdığım, tanımadığım dostlarımın azad olunmuş ərazilərimizə sancdığı bayraq bizə, yaralı qazilərə ruh yüksəkliyi verirdi.

Unutmayacağlm çox məqamlar var… ancaq gözümün qabağında şəhid olan qardaşlarımı bir an da unuda bilmirəm və unutmayacağam. Tezliklə sağalıb vətənimizin keşiyinə qayıtmaq ən böyük arzumdu.🇦🇿

Bu igidimiz 2002ci il təvəllüdlü Həsənov Məhəmməd Rasim oğludur. Bircə bacının tək qardaşı Məhəmmədin qarın nahiyəsindəki yaralarına həyacansız baxmaq mümkün deyil. Bu igid balamız da Şuşaya 2-3 km qalmış yaralanıb. Hadrutda əməliyyat olunduqdan sonra Bakıya gətirilib. Hal-hazırda müalicə alır. Məhəmmədi çox dindirməyə ürəyim gəlmədi. Bir onu deyəcəm ki, ciddi səbəb olmadan 3 il Ali Hərbi məktəbdən kənarlaşdırılan bu qazimiz haqqında, qismət olsa, işıq üzü görə biləcək kutabda məlumat verəcəm. Ancaq düşünürəm ki əslən Göyçaydan olan bu igidi mütləq təhsil aldığı məktəbə bərpa etmək lazımdır

— Unutmadığım o qədər anlar yaşadım ki… yaralandığım günü, dostlarımı, şəhid dostlarımı unuda bilmirəm.

Növbəti qazimiz pozitiv enerjili, 1997ci il təvəllüdlü, bir bacının yeganə qardaşı Hüseynov İbrahim Mansur oğludu.
— İbrahim, siz ali təhsilli müəllimsiz, özəl tədris müəssisələrində çalışmısız, evin yeganə oğul övladı. Xoş təəccüb hissimi gizlədə bilməyəcəm. Ən önəmlisi canla-başla əsgəri xidmətinizi may ayında bitirmişdiniz. Bəs necə oldu müharibənin ilk günündən ön cəbhədə göründünuz?
— (azca gülümsəyir). Bilirsiz mən vətənə olan sonsuz sevgim üçün ən çox atama borcluyam. Mən atamla həm də dostam. Hər il işğal altındakı torpaqlarımızın ildönümünü böyük kədərlə qeyd edərdik. Xüsusən də Xocalıda baş verən qətliamlar çox ağrıdırdı məni. Mən 90-larda deyil, 80-ci illərdə dünyaya gələ bilərdim. Orda həlak olanların yerində mən və mənim yaşldlarım, əzizlərim ola bilərdi. Sentyabrın 29-dan ön cəbhədə olmuşam. Hər addım bizi qələbəyə yaxınlaşdırdıqca sevinirdim. Təəssüf ki, oktyabrln 15-də Füzulinin Mardenli kəndinin azad olunduğu ərəfədəki döyüşdə yaralandım. İki gün komada oldum. Sonra Bakıya gətirdilər. Sol qolumun vətəri dağılmışdı. Sağ qolumda hələ də qəlpələr var, həkimlərin məsləhət bildiyi vaxt əməliyyat olunacam.
— İbrahim hamıya eyni sualla müraciət editəm. Unutmadığın və təəsdüf etdiyin anlar…

— Hər dəfə irəlidədikcə sevincimin həddi-hüdudu olmurdu. Ən çox təəssüfləndiyimsə, kaş bu qədər zaman gözləməyəydik. Çoxdan, lap çoxdan torpaqlarımızı azad etməliydik. Yenə də sevinirəm ki, bu ağır yükü gələcək nəsillərə buraxmadıq… O ki qaldl bayraq sancmağa… Erməni vandalları dədə-baba yurdlarımızı elə günə qoymuşdular ki, bayraq sancmağa bir inzibati bina tapmlrdıq. Bayraqlarımızı təpələrə sancırdıq.

——————————————————————————–

P.S.

…..UNUTMA…….Sən, mən, onlar…….Hər birimiz bu gün bu torpaqda rahat gəzib dolaşırıqsa…….bax bu qazilərə – Poladlara, Xalidlərə, Zaurlara, Xudayarlara BORCLUYUQ…..Sən də özünə söz ver… söz ver ki, nə Şəhidlərimizi nə də Qazilərimizi unutmayacaqcan!!!

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*