“ÖZ HEKAYƏM”(Mehriban Vəzirin yeni kitabı belə adlanır)!!!

PAYLAŞIN

“Dövlətin siyasəti xeyirxahdırsa … “!!!

“Yox, işlər tərsinə gedirsə…”!!!

 

 

 

“İnsan taleyi zamanın və məkanın siyasi məhsuludur. Dövlətin siyasəti xeyirxahdırsa, idarəetmə ədalətlidirsə, uğur yalnız dürüstlükdən və peşəkarlıqdan keçirsə toplum xoşbəxt olur. İdarə edənin və idarə edilənin şüuruna və əməllərinə fərdi ləyaqət nəzarət edir. 
Yox, işlər tərsinə gedirsə, dövlət insanı qısnayan, yalvardan, əl öpdürən zorakılıq alətinə çevrilibsə, rifah yaltaqlıqdan, rüşvət al-verindən keçirsə, ən öndə ərşə çəkilən insan ləyaqəti olur. 
Belə ağır itkidən sonra tənəzzül başlayır. Bu tənəzülün ən böyük qurbanı dövlətdir. Çünkü vətəndaşın ləyaqəti dövlətin onurğasıdır, insan ləyaqəti dövləti dik saxlayan sütundur. Sütün çökərsə talelər çökər, kütləvi bədbəxtlik ayaq tutub yeriyər…
…bu kitaba “siyasi məhsulun” hekayələşmiş hadisələrini topladım.”
… İNDİ NƏ ŞUŞA VAR, NƏ DƏ HEKAYƏ… YALNZCA ACILARI ŞİRİNLƏRİNDƏN ÇOX, KƏDƏRİ-DƏRDİ DÜNYANIN ÖZÜNƏ SIĞMAZ XATİRƏLƏR DÜNYASI VAR VƏ DƏ BİR ÖMÜR GEDİLƏN YOL, GETDİKCƏ GEDİLƏSİ UZUN, İNCƏ BİR YOL …  !!!

2 Comments

  1. Saygıdeger Mehriban hanım,büyük yazalar, içinden gelen sesi olduğu gibi haykırandır Siz,sesiniz çıkmadan haykırmışsınız.Yazılarınızın en büyük zaferi, düşünebilen insanları düşündürmektir.Sizinle düşünmek ne güzeldir.Cok begendim.Saygılarımla

  2. Başarılarının baş kahramanı olan tutkularını her soluğunda yaşaman dileğiyle.Çok başarılı buldum harikaydı.

Leave a Reply

Your email address will not be published.


*