“ÖZÜNƏ MƏXSUSDU HƏR XALQIN YOLU, KİMİ AĞLAYIRSAN, A ZALIM OĞLU?!”!!!

PAYLAŞIN

“SƏN NİYƏ OLURSAN DÜŞMANIN QULU,

KİMİ AĞLAYIRSAN, A ZALIM OĞLU?!”!!! 

Fb-NİN GÜNDƏMİNDƏN 

CƏHALƏT QURBANLARI

Bir neçə gün əvvəl İranlı general Qasım Süleymanı Amerika
tərəfindən Bağdad hava limanında öldürüldü. İran dövləti öz qəhrəmanına böyük matəm mitinqləri təşkil etdi.
Bakıda mənə yaxın olan A… adlı bir adam da Süleymaniyə matəm qurub ağlayırdı. Doğrudur, ölənə rəhmət deyərlər. Ancaq ağladlğının kim olduğunu bilməlisən. Mənim ona yazığım gəldi. O bilmirdi ki, Süleymani kimdi. Mən onun kimliyini bu adamdan soruşanda cavab verdi ki, İran generalı!
-Onun sənə nə dəxli var?- dedim.
– Dedi, dinimizi qoruyur.
– Azərbaycan islam ölkəsidi, bəs onu niyə qorumur?
– Bilmirəm, bəlkə qoruyur?- dedi.
– Bəs niyə erməniyə kömək edir? Həmişə ermənilərlə kantaktta olub. Qarabağın alınmasında onun layihələri var.
A… maddım- maddım üzümə baxıb dinmədi.
Dedim, bax cəhalət buna deyirlər. İnsan savadsız olanda
tarixini bilmir. Tarixini bilməyən dostunu- düşmənini də
tanımır. Sən də bu cəhalət daşıyıcılarından birisən.
Düşündüm, millətimizin nə qədər belə cahilləri var, ilahi!
Ona görə başımız müsibətdədi!
Bu söhbətdən sonra bu şeiri qələmə aldım.

KİMİ AĞLAYIRSAN, A ZALIM OĞLU?!

Dərbəndçün qaralar bağlayammadın,
İrəvana matəm saxlayammadın…
Şuşanın dərdinə ağlayammadın,
Tutdun gecə-gündüz çal-çağır yolu…
Kimi ağlayırsan, a zalım oğlu?!

Sənin özlüyündə özün olmadı,
Nə ocaq qaladın közün olmadı.
Qeyrət qalan, görən gözün olmadı,
Həm Mehtər Murtuzsan, həm də ki Bolu.
Kimi ağlayırsan, a zalım oğlu?!

Süleymani od qoyub, od Qarabağa,
Ona munis oldu hər persoy dığa…
Şərikdi sinənə çəkilən dağa,
Bu Vətən ağrıyla-acıyla dolu…
Kimi ağlayırsan, a zalım oğlu?!

Nə dostu tanıdın, nə də düşmanı,
Süleymani vardımı? Yanında hanı?
Tapdayıb o sənin Təbriz dünyanı,
Sən niyə olursan düşmanın qulu?
Kimi ağlayırsan, a zalım oğlu?!

Nə xeyrini qandın, nə də şərini,
Millət təsibini, Vətən sirrini,
Tapmadın söhbətin, sözün yerini,
Düşündün kələklə gələn pulunu…
Kimi ağlayırsan, a zalım oğlu?!

Ağla Xocalının sən halın ağla,
İyirmi yanvarın məlalın ağla!
Pozulan növrağın, cəlalın ağla,
Özünə məxsusdu hər xalqın yolu…
Kimi ağlayırsan, a zalım oğlu?!

Nankorluq düzəlməz, böyük səhv olar,
O nə bağışlanar, nə də əfv olar…
Düşməni görməyən millət məhv olar,
Oyansa sorardı baban Koroğlu:
-Kimi ağlayırsan, a zalım oğlu?!

Ömürlük kor edib cəhalət səni,
Nadana çevirib ətalət səni…
Soyundan qoparıb xəyanət səni,
Qanmadın nə müdrik, nə ər, nə ulu…
Kimi ağlayırsan, a zalım oğlu?!

Əgər ağlayırsan Dərbəndi ağla,
Təbrizi, Zəncanı, Mərəndi ağla.
Boynuna salınan kəməndi ağla,
Hələ də belində iranın çulu…
Kimi ağlayırsan, a zalım oğlu?!

11. 01. 2020.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*