PADŞAHIN SEVİMLİ QULLARI…. – II yazı

PAYLAŞIN

MÜƏLLİFDƏN:

                                      ƏLİ İNSANOV – 69

Eli İnsanov-5

Ötən həftələrdə ƏLİ İNSANOVUN  günü oldu!!!!!!!!!! Əli müəllim son illərin səəssizliyində keçirməyə məcbur buraxıldığı növbəti ad gününü yenə də həbsxana şəraitində qeyd etdi. Bir zamanlarda onun ad gününə hamıdan qabaq gəlmək üçün yarışsalar da, sonradan məhkəmədə üzünə duranlardan da, ağır-yüngül məclislərdə birinci salam verə bilmək üçün qabağına yüyürərək qarşılasalar da, sonralar ekranlardan onu qamçılağaq uçun də eyni həvəslə yüyürərlərdən də artıq neçə ildi ki, canı dincəlib. İndi daha onlar yoxdu, amma Əli İnsanov yenə də var və Allah tezliklə qapısını açsın!!!

 Ötən zaman Əli müəllimdən nələri aldı, Ona nələri verdi deyə bilmərəm, ancaq onun bu günlərdə ən səmimi dostlarından, sevənlərindən və yaxınlarından təbriklər aldığı, ən xoş sözlərlə və ən xoş arzularla mükafatlandırıldığı şübhəsizdi…

 Bu gürlərdə Əli İnsanovu təbrik etməklə dirəniş göstgrə bilən hər kəsə yanaşı mən də, çox hörmətli Akademiki ad günü münasibəti ilə təbrik etmək ehtiyacı hiss etdim və düşünürəm ki, Əli müəllim yaşının-başının bu çağlarında ən səmimi təbrikləri də, ən xoş sözləri və ən xoş arzuları da   haqq edir. Ad gününüz mübarək, Əli müəllim!!! Həyatın ən əbədi anları, əzn xoş saatları, ən pak, ən təmiz və ən bakirə duyğuları, dünyanın ən uca zirvələri, ən yüksək mərtəbələri, ən ali məqamları Sizin olsun!!! 

Ötən zaman isə nəyin nə, kimin də kim olduğunu mütləq ortaya çıxarasıdı. Bu mənada, bəndənizin illər öncədən bütün yazdıqlarını da həyat bircə-bircə təsdiq etməkdədi. O cumlədən Əli insanovun həbs olunmasının səbəb və məqsədləri barəsində. Bu baxımdan, bəzi korlanmış və sözun hər iki mənasında pozulmuş yaddaşları təzələməyə ehtiyac var deyə düşünməkdəyəm. Elə indi sizə təqdim etdiyim bu yazının əsas qayəsi və məramı da, o pozuq beyinləri tərpətmək, cəmiyyətin diqqətini yenidən illər öncə olub-bitənlərin pərdə arxasına yönəltməkdi…

 

    Sərdar ƏLİBƏYLİ

 Serdar

AZƏRBAYCANIN İNSANOV VƏ İNSANLIQ PROBLEMİ!!!

MƏMLƏKƏTDƏ OYUNLAR, OYUNLARDA İSƏ MƏMLƏKƏT GEDİR!

 

Giriş əvəzi

Bir həftə bundan öncə xalq şairi, prezident təqaüdçüsü Zəlimxan Yaqub Az.TV-nin “Səhər” proqramının “Şənbə qonağıydı. Esmira Çərkəzqızının şairə ünvanladığı çoxsaylı suallardan biri də təxminən belə səslənirdi: “Niyə zəmanəmizin qəhrəmanlarının bədii obrazları yaradılmır, onların prototipləri niyə əbədiyyatımıza inikas etmir?”

Şair də xanım aparıcının sualına lap günümüzün gündəminə oturacaq cavab verdi: “Axı, bu qəhrəmanlardan nə yazasan? Lap tutaq ki, hansısa Milli Qəhrəmanın layiqli bir obrazını yaratdın. Üç gündən sonra da həmin Milli Qəhrəmanı tutub saldılar içəri. İndi şair, mən Zəlimxan deyiləm, siz Esmira xanımsınız, yazın görüm, bu qəhrəmanlar haqqında necə yazırsınız?”

Bax belə! Bu, xalq şairinin günümüz və zəmanəmiz, eləcə də bu gцnün və bu zəmanənin qəhrəmanları haqqında düşüncələri və mövcud reallıqlarının bariz ifadəsidir. Bunu da  Sərdar Əlibəylininqəzeti və yazarları yazmayıb ki, dərhal  məhkəmədə iş açıb birini içəri qoysunlar, digərini isə ev dustağı edən hökm çıxarsınlar. Özü də Zəlimxan Yaqub o şairlərdən deyil ki, sözünün yerini, çəkisinivə mənasını anlamasın, ağzına gələni danışsın…

Əli İ.-Heydər Ə.

Dünən fərman verən…

Əslində, günümüz və zəmanəmiz deyəndə, hər kəs Azərbaycanın müstəqillik qazandığı zamanlardan üzü bərini düşünür. Çünki ondan qabağa nə vardısa, hamısını ağına-bozuna baxmadan imperiyanın ayağına yazıb, sudan qupquru, çamurdan tər-təmiz çıxdıq. İndi isə bir anlıq müstəqillik ərəfəsinin və 1992-ci ildən bəri müstəqillik dövrünün qəhrəmanlarını xatırlayın. Bu sırada kimlər yoxdur? Nemət Pənahlıdan Sabir Rüstəmxanlıya, Etibar Məmmədovdan Rəhim Qazıyevə, Surət Hüseynovdan Rəsul Quliyevə, Sərdar Həmidovdan İsgəndər Həmidova, Fəhmin Hacıyevdən İsa Qəmbərə, Pənah Hüseynovdan Əli Kərimliyə, Lalə Şövkətdən Mirmahmud Mirəlioğluna, Ramiz Tağıyevdən Qurban Məmmədova, Arif Paşadan Rövşən Cavadova, Şahmərdan Cəfərovdan Fərəc Quliyevə  və nəhayət, Əbdürrəhman Vəzirovdan Ayaz Mütəllibova, Vaqif Hüseynovdan Sülhəddin Əkbərə, Əli İnsanovdan Fərhad Əliyevə, Əbülfəz Elçibəydən Heydər Əliyevə qədər müstəqillik dönəmimizin yüzlərcə tanınmış simaları olub. Hamısı da bir zamanların əfsanəvi qəhrəmanları olsalar da, sonradan ya cinayətkar, ya da ən yaxşı halda, vətən xaini, millət düşməni obrazında təqdim ediliblər. Burada indi  tək bir istisna belə yoxdu. Amma dünyanın işinə baxın ki, doğmaca oğlu prezident ola-ola Heydər Əliyevin özünə belə, ya birbaşa, ya da dolayısıyla cinayətkar dedilər. Çərxin dönsün fələk, bu ölkədə önə çıxanlardan bir nəfər də olsun salamat buraxmamışıq. Hərəyə bir yarlıq vurmaqla, nə dövləti, nə də milləti düşündük. Heç ağlımıza da gəlmədi ki, ey dili qafil, axı, bunların hamısı bir zamanlar milyonluq meydanların, bəzən isə bütün Azərbaycanın çəpik çaldığı, hər kəlməsinə alqış dediyi insanlar olublar. Nə isə, necə deyərlər, bu bizik, burası da Azərbaycan…

Onillik siyasətə bir quş?!

Heydər-İlham

Uzun sözün qısası,  bu yazıda əsasən yuxarıda adlarını sadaladığım qəhrəmanlardan birinin – Əli İnsanovun məhkəməsinin gedişindən aldığım təəssüratlardan bəhs edəcəyəm. Əslində, Əli İnsanovun özünün şəxsi kimliyi və haradan gəlib hara getdiyi o qədər də önəmli məsələ deyil. Amma ortada gözlə görüləcək qədər adi və sadə həqiqətlər var ki, bu barədə susmaq əclaflıq, danışmaq isə yel dəyırmanına Don Kixot  zərbələri endirmək qədər sadəlövh bir işdi. Görünür, atalar doğru deyib ki, yıxılana balta çalan çox olar. İndi adam haqlı və ya haqsız olmasından asılı olmayaraq, yıxılıb deyə, üstünə gələnlərin, onu olar-olmaz bir çox bəlaların baiskarı kimi təqdim etmək istəyənlərin sayı həddindən artıqdı. Televiziyalar qərəzli, iqtidaryönlü mətbuat  tərəfli, müxalif mətbuat firqə maraqlarınınpeşində, ictimai rəy isə Allah umuduna. Belə bir vəziyyətdə heç olmasa, məhkəmələr və hakimlər müstəqil və ədalətli olsaydılar, dərd yarıydı. Bu da yoxsa, demək Əli İnsanovun, sözün tam mənasında, qətlinə fərman verilib. Bütün hallarda son illərin təcrübəsi də onu göstərir ki, bu tip məhkəmələrdə rəsmi və dövlətyönümlü informasiya vasitələrinin yaratdığı ictimai rəyə uyğun olan hökmlər çıxarılır. Artıq cəmiyyət onlarla bu cür məhkəmə və şou xarakteri daşıyan proseslərin şahidi olub. İş o yerə çatıb ki, artıq bu məhkəmələrin çıxardığı hökmləri bir-bir Avropa Məhkəmələrində təkzib edib üstümüzə göndərirlər. Biz də, lap elə kor tutduğunu buraxmayan kimi, dəvəquşu misalı, öz şakərimizdən çəkilə bilmirik. Burada yeri gəldi deyə, daha bir haşiyə çıxmaq zorundayam.

NB!

Bir vaxtlar eynən indiki prosesə oxşar bir məhkəməni də cəmiyyətə bəh-bəhlə izlədirdilər. Onda da müttəhim kürsüsündə Heydər Əliyevin fərmanı ilə Kənd Təssərüfatı Naziri vəzifəsinə təyin edilmiş Müzamil Abdullayev cənabları əyləşmişdi. Az.TV-nin efirindən maraqlı bir süjeti məhkəmənin materiallarına dəlil obrazında təqdim edəndə fikirləşdim ki, ilahi, Müzamil müəllim bu boyda işləri dövlətin və xalqın gözündən gizlənərək necə ğörə bilib? Məsələ burasındadır ki, efirə Müzamil Abdullayevin Daşkəsənin sıldırım qayalıqlan üzərində tikdirdiyi villanı çıxarmışdılar. Apancı həzin səslə tamaşaçılara deyirdi ki, baxın, diqqətlə baxın, bu villa elə bir yerdə tikilib ki, buraya nəinki avtomobillə, heç at və ya ulaqla belə çıxmaq mümkün deyil. О söyləyirdi ki, Müzamil müəllim bu sıldırımlığa büтün inşaat materiallarını vertolyotla gətizdirib. Иstər-istəməz, ağlı başında olan istənilən tamaşaçı həmin anlarda bircə şeyi düşünər ki, axı, Müzamil müəllim bütün bu işləri qanunsuz və özbaşınа görürdüsə, o zaman ona niyə belə imkan və şərait yaradılırdı? Yox əgər, hər şey qanun çərçivəsində olubsa, onda nədən adamı belə ittihamlara məruz qoyub camaatın gözü qarşısında biabır edirlər?

Əli-Ferhad

İndi də təxminən buna oxşar proseslər Əli Insanovun məhkəməsində baş verir. Əgər deyilənlərə inansaq, sabiq nazir az qala Bakının yarısını pulla alıbmış. Dərhal, yenə də düşünə bilən insanların verəcəyi sual var, əgər İnsanov bütün bunları qanunsuz yolla, özbaşınalıq edərək həyata keçiribsə, o zaman niyə vaxtında ona dur!” deyən olmayıb? Bax, burada yenə də yıxılana balta məsələsi ortaya çıxır. Hələ məhkəmədə səsləndirilən və deyilənə görə, şahidlərin ifadələri ilə təsdiqini tapan külli miqdarda rüşvət faktlarından heç danışmıram.  Olsun, lap elə tutaq ki, Əli İnsanov sabiq Səhiyyə Naziri kimi bütün bu deyilənləri törədib. Amma o başdan bu başa nazir və digər dövlət vəzifələrində oturan şəxslərdən kimlər bu kimi hərəkətlərdə bulunmayıblar ki? Əgər doğrudan da, bu məhkəmələr və gedən proseslər həqiqətin və ədalətin axtırışındadırlarsa, onda Azərbaycanın istər dövlət ərkanında, istərsə də biznes elitasında yer alanların hamısı bir saat içərisində dama doldurulmalıdır. Özü də istisnasız olaraq. Bu işləri kimlər görür və kimlər təşkil edirlərsə, ya bilərəkdən, ya da bilməyərəkdən, düşünən beyinlərdə çox ciddi və dərhal cavablandırılmalı suallar yaratmaqla məşğuldular. Məsələn, əgər Əli İnsanov nazir işlədiyi 10 ildən artıq müddətdə səhiyyə sistemini sadəcə, talamaqla, dağıtmaqla məşğul olubsa, bu, o deməkdi ki, həm də Heydər Əliyevin Azərbaycan səhiyyəsindəki 10 illik siyasəti Əli İnsanovun ardınca həbsxanaya göndərilməlidir“.  Buraya tutaq ki, yaxın müddətdə reallaşacaq Fərhad Əliyev məhkəməsini də əlavə etsək, eyni sözləri mərhum prezidentin iqtisadi siyasəti barəsində də söyləmək olar. Lap elə götürək haqqında danışdığımız Müzamil Abdullayev məsələsini. O da eynən belə.

Deməli, bu onillik siyasətə bir quş!!!

Siz hələ nazirləri və biznes elitasını boş verin. Allahın bir məktəb direktoru günü bu gün məktəbin həyətini açıq-aşkar 100 min ABŞ dollarına hərraca çıxarırsa, sıradan məmur olan Qəmbər Bəybalayev bircə teleqrama yarım milyon ABŞ dolları qazanmaq istəyirsə, demək istər mərhum, istərsə də hazırkı prezidentin təhsil və rabitə siyasəti də türməlikdir“. Bir şeyi də xüsusi vurğulamaq lazımdı ki, adını çəkdiyimiz və çəkmədiyimiz bu adamların hər biri Heydər Əliyev siyasətinin sadiq tərəfdarları olduqlarını dəfələrlə bəyan ediblər və indinin özündə də bu fikirdədirlər. O zaman kim məni məcbur edə bilər ki, «Heydər Əliyevin siyasətinin mahiyyəti məhz məmurların cinayətkar əməllərində təcəlla edib» deyə, düşünməyim?!

Bax, bu sualların cavabını bəlkə də mənə verməmək olar, amma tarix qarşısında gec-tez bu cavabları vermək lazım gələcək. Buradan gəlinəcək nəticə də birdi: «demək Heydər Əliyevin siyasəti  tarix qarşısında məhkəməyə hazırlaşdırılır və bunun üçün mərhum prezidentin siyasətinin cavablandıracağı cox ağır ittihamlar məhkəmə hökmləri və hakimlərin möhürü ilə təsdiqlənib».

 Əli İnsanov-2

Gedən oyunların bəlli sonluğu

Sabiq səhiyyə nazirinin məhkəməsindən ayrı səslər də gəlir ki, bütün bunlar da yenə kimlərinsə çox çirkin və çox səliqəsiz oyunlarından xəbər verir. Belə ki, sözügedən prosesdə Əli İnsanovun özündən çox, onun oğlunun və kürəkəninin adı hallanır. Əslində, Əli İnsanov nazir olmasaydı, çətin ki, onun oğlu söylənilən ittihamlara tuş gələrdi, eləcə də kürəkəni. Kürəkən məsələsinə ayrıca qayıdacağıq. O ki qaldı oğul məsələsinə, burada da düşünən başlar üçün gələcəyə hesablanmış xeyli suallar bilərəkdən yaradılır. Məsələn, ekran qarşısında oturan kimsə fikirləşə bilər ki, əgər nazir və ya prezident oğlu, ümumiyyətlə, heç bir işlə məşğul olmamalı və Əli İnsanovun öz təbirincə desək, acından ölməlidisə, onda İlham Əliyev hansı hüquq və haqla Neft Şirkətində vitse-prezident olaraq hətta Dövlət Təhlükəsizlik Şurasının iclaslarına qatılırdı? Ümumiyyətlə, məsələyə indi ekranlarda görünənlərin məntiqi ilə yanaşsaq, o zaman cənab prezidentin dövlət başçısının oğlu kimi bir neçə rəsmi vəzifə tutması da xeyli suallar yarada bilər. Hələ orasını demirəm ki, sual oluna bilməzmi, günü bu gün Azərbaycanın bütün coğrafiyası boyu çox irimiqyaslı və olduqcа xeyirli işlər görən ailə üzvləri bu qədər vəsaiti hardan alır? Bir az da qabağa gedənlər düşünə bilərlər ki, əcəba, Heydər Əliyev Fonduna daxil olan külli miqdarda pullar haradan və niyə gəlir? Bəlkə sadəcə, Heydər Əliyev bugünkü prezidentin atasıdır deyə, həmin fonda bu qədər pullar yığıla bilir? Bir sualın da cavabı mütləq verilməlidi. Əgər İlham Əliyev bu gün ölkənin prezidenti olmasaydı,  Azərbaycanda Heydər Əliyev Fondu, ümumiyyətlə, olardımı? Bu yerdə Azərbaycanın Əbdürrəhman Vəzirov və Ayaz Müttəlibov dönəmlərini sadəcə, xatırlatmaq yetər ki, yuxarıdakı sualın cavabını qismən də olsa verəsən.

Kürəkən məsələsinə gəlincə, bu аrtıq konkret bir şəxsin rəsmi şəkildə təhqir olunması qədər ağır məsələdi. Mən bиlmirəm, tutaq ki, elə həmin məhkəmənin hakiminə filankəsin kürəkəni desələr, o bundan nə qədər xoşlanar? Balam, məgər bu kürəkənin adı-soyadı yoxdu? Camaatı dolmasınız  nədı? Daha birdəfəlik musmus deyincə “Мustafa deyin. Axı, hər şey onsuz da, cəmiyyətə bəllidi, gün kimi aydındı. Buradan, hələlik ad çəkilməsə də, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general Məhərrəm Əliyevə qarşı növbəti kampaniyanın qoxusu duyulur. Belə kampaniyaların başında kimin dayandığını isə cəmi Azərbaycan bilir. Bu isə, dolayısı ilə, bütövlükdə düzənlənmiş məhkəmə şousunun və cəmiyyətin hələ xeyli tamaşa edəcəyi tragikomediyanın rejissor və ssenaristlərinin kim və ya kimlər olduğundan xəbər verir.

Hebsxana

Аçığı, mən də Əli İnsanovun mələk obrazına inanmıram, inanmaram da. Ancaq nə qədər ki, insanları elədikləri işlərə, törətdikləri əməllərə  görə deyil, siyasi məqsədlər və qrup-firqə maraqları naminə məhkəmələrə çəkəcək, zindanlara qatacaq və kimlərisə məhkəmələrdə şantaj edəcəklər, bizə ağ giin yoxdu! Özü də təkcə bizə niyə, elə sizlərə də, cənablar!  Çünki bütün hallarda, Azərbaycan növbəti dəfə çirkin oyunların, şəxsi ambisiya və maraqların qurbanına çevriləcək qədər aşağılıq hərəkətlərin meydanınа çevrilir. Elə parafrazımız da Mirşahindən improvizə olsun: Azərbaycanda oyunlar, oyunlarda isə Azərbaycan gedir!”

                                                                             «Nota bene qəzeti

                                                                                 02-10 mart 2007-ci il

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*