PADŞAHIN SEVİMLİ QULLARI…. – III yazı

PAYLAŞIN

MÜƏLLİFDƏN:

                                      ƏLİ İNSANOV – 69

Eli İnsanov-5

Ötən həftə  ƏLİ İNSANOVUN ad günü oldu!!!!!!!!!! Əli müəllim son illərin səəssizliyində keçirməyə məcbur buraxıldığı növbəti ad gününü yenə də həbsxana şəraitində qeyd etdi. Bir zamanlarda onun ad gününə hamıdan qabaq gəlmək üçün yarışsalar da, sonradan məhkəmədə üzünə duranlardan da, ağır-yüngül məclislərdə birinci salam verə bilmək üçün qabağına yüyürərək qarşılasalar da, sonralar ekranlardan onu qamçılağaq uçun də eyni həvəslə yüyürərlərdən də artıq neçə ildi ki, canı dincəlib. İndi daha onlar yoxdu, amma Əli İnsanov yenə də var və Allah tezliklə qapısını açsın!!!

 Ötən zaman Əli müəllimdən nələri aldı, Ona nələri verdi deyə bilmərəm, ancaq onun bu günlərdə ən səmimi dostlarından, sevənlərindən və yaxınlarından təbriklər aldığı, ən xoş sözlərlə və ən xoş arzularla mükafatlandırıldığı şübhəsizdi…

 Bu gürlərdə Əli İnsanovu təbrik etməklə dirəniş göstgrə bilən hər kəsə yanaşı mən də, çox hörmətli Akademiki ad günü münasibəti ilə təbrik etmək ehtiyacı hiss etdim və düşünürəm ki, Əli müəllim yaşının-başının bu çağlarında ən səmimi təbrikləri də, ən xoş sözləri və ən xoş arzuları da   haqq edir. Ad gününüz mübarək, Əli müəllim!!! Həyatın ən əbədi anları, əzn xoş saatları, ən pak, ən təmiz və ən bakirə duyğuları, dünyanın ən uca zirvələri, ən yüksək mərtəbələri, ən ali məqamları Sizin olsun!!! 

Ötən zaman isə nəyin nə, kimin də kim olduğunu mütləq ortaya çıxarasıdı. Bu mənada, bəndənizin illər öncədən bütün yazdıqlarını da həyat bircə-bircə təsdiq etməkdədi. O cumlədən Əli insanovun həbs olunmasının səbəb və məqsədləri barəsində. Bu baxımdan, bəzi korlanmış və sözun hər iki mənasında pozulmuş yaddaşları təzələməyə ehtiyac var deyə düşünməkdəyəm. Elə indi sizə təqdim etdiyim bu yazının əsas qayəsi və məramı da, o pozuq beyinləri tərpətmək, cəmiyyətin diqqətini yenidən illər öncə olub-bitənlərin pərdə arxasına yönəltməkdi…

 

    Sərdar ƏLİBƏYLİ

Serdar

BU ÖLKƏNİ HARA VƏ NİYƏ APARIRSINIZ, CƏNABLAR???!!!

Yaxud, Tələsən zaman və zamanın tələsdirdikləri

Əli İnsanov-2
«Bunlar hər zaman Heydər Əliyevin mənə qarşı olan xoş münasibətinin paxıllığını çəkiblər».

Bu və ya digər şəkildə Əli İnsanovun məhkəməsi və bu məhkəmənin mətbuata yansıyan məqamlarının doğurduğu təəssüratları özündə əks etdirən əvvəlki yazılarımda açıqca söyləmişdim ki, proses heç də Əli İnsanovun özü və törətdiyi əməllər ətrafında cərəyan etmir. Hər şey Azərbaycanın Heydər Əliyev dönəminin bəzi qüsur və çatışmazlıqlarına rəğmən, olan-qalan müsbət tərəflərini də qaralamağa xidmət edir demişdim. Bu fikirlərimi ortaya qoyduğum zaman xeyli iradlara da tuş gəlmişdim. Bəzi dostlar və bir sıra həmkarlar söylənilənlərə kimsənin cəsarət edə bilməyəcəyini dilə gətirərək, özlərinin arqumentlərini ortaya qoysalar da, öz fikirlərimdə qaldığımı söyləmiş və onlara zamanın axarını gözləməyi məsləhət görmüşdüm.

Çox gözləmək lazım gəlmədi. Artıq hər şey ortadadı. Beləliklə, sözügedən yazılardan üzübəri cərəyan edən proseslərə bircə-bircə nəzər salıb, yenə də subyektiv olsa belə, düşüncələrimizi bölüşək. Axı, mən söyləmişdim ki, Əli İnsanovdan istənilən bircə şey var – o da məhkəmədə tutulan bütün iradları etiraf edəndən sonra, bunları Heydər Əliyevin şəxsi tapşırığı və rəhbərliyi ilə həyata keçirdiyini söyləməsidi. Lakin o, bütün proses boyunca Heydər Əliyevə dəxli olan bircə cümlə işlədib. Ki, «bunlar hər zaman Heydər Əliyevin mənə qarşı olan xoş münasibətinin paxıllığını çəkiblər». Bu cümlədən savayı onun məhkəmə ifadələrində Heydər Əliyevlə birbaşa bağlı olan bir cümlə belə yoxdu. Bütün təzyiq və təsirlərə, pərdəarxası təkidlərə baxmayaraq, görünəni odur ki, sabiq nazir birmənalı olaraq Heydər Əliyevin əleyhinə danışmaqdan imtina edib. İşi belə görən “rejissorlar” prosesin gedişində əvvəlcədən planlaşdırılmış ehtiyat variantlara əl atmaqla ssenarinin gedişində dəyişikliklər etmək zorunda qalıblar. Bu da, nəticə etibərilə, əslən ermənistanlı olan dövlət məmurlarının və YAP funksionerlərinin dövriyyəyə buraxılmasını özündə ehtiva edən variantlardı. Əli İnsanovdən istədiklərini ala bilməyən “rejissorlar”, əvvəl Əli Əhmədovun, sonra isə Misir Mərdanovun, Əhliman Əmiraslanovun və digərlərinin “düyməsini basdılar”. Heç kim burada mənim “əslən ermənistanlı” ifadələrimdən hansısa ayrı nəticələr çıxarmağa tələsməsin. Çünki son vaxtlar “ermənistanlı” ifadəsindən daha çox “Qərbi Azərbaycanlı” ifadələrinin işlədilməsi dəbdədi. Lakin «Qərbi Azərbaycan» termininin dövriyyəyə gətirilməsi tamam başqa məqsədlər üçün edilib və əslində, “Qərbi Azərbaycan” ifadəsinin ilkin müəllifləri bu məfhum altında tamam başqa şeyləri düşünüblər və bu ifadə daha geniş anlayışdı. Başqa sözlə, məsələnin bu tərəfi tamam ayrı bir söhbətin movzusudu. Təkcə onu deyək ki, “Qərbi Azərbaycan” ifadəsinin müəllifləri, özlərinin iddia etdikləri və guya nə vaxtsa ona başçılıq edəcəkləri elektoratdan danışırlar ki, bu da Gəncədən üzü o yana, Ermənistan ərazisində qalmış qədim türk əraziləri ilə yanaşı Borçalı və Qarayazı da daxil olmaqla tarixi bir məkanın əzəli sakinləridir. Bu mənada, “Qərbi Azərbaycan” ifadəsi yalnız indiki Ermənistan əsilli azərbaycanlılara şamil edilə bilməz. Çox yaxın gələcəkdə bu ifadələrin kimlər tərəfindən və hansı məqsədlərlə dövriyyəyə gətirildiyi barəsində bildiklərimizi cəmiyyətə təqdım edəcəyik. İndi isə qayıdaq Əli İnsanov məsələsinə və bu ətrafda cərəyan edənlərə.

Əli Əhmədov

Beləliklə, artıq dediyim kimi, “düyməsi basılmış” və hələlik hakimiyyətdəki yerlərini qoruyub saxlaya bilmiş Əli Əhmədov və Misir Mərdanov kimi iriçaplı, eləcə də müxtəlif aşağı eşalon məmurları, bir zamanlar el məclislərində “ağsaqqal gəldi” deyə, bir-birini itələyərək, birinci salam verə bilmək üçün qarşısında sıraya düzüldükləri Əli İnsanovun üzərinə yeri(dil)məkdədirlər. Əvvəl “Lider” kanalına, ardınca “Azərbaycan” qəzetinə verdiyi müsahibələrdə Əli Əhmədov cənabları, Əli İnsanovun “qabırğalarına”, ən azı ona baş əyərək verdiyi salamların sayı qədər “döşədi”. Onun nədən və niyə belə addıma getdiyi, yaxud da məcbur edildiyi bəllidi. Və bütün bunların hamısını onun özünün və “düyməsini basanların” vicdanına buraxaraq, işlətdiyi bəzi ifadələrin sadəcə, fərqinə varmaq gərəkdi ki, yuxarıda “Heydər Əliyevin özünün və siyasətinin qaralanması” barədə söylədiyimiz fikirlər təsdiqini tapsın. Məsələn, Əli Əhmədov açıqca söyləyir ki, Əli İnsanov Heydər Əliyevi satıb. Buradan, istər-istəməz, bəzi maraqlı suallar ortaya çıxır. Birincisi, görəsən, Əli İnsanovun nəyi və niyə satdığından söhbət gedir? Məgər Heydər Əliyevin illərdi Əli Əhmədovun, Əli İnsanovun və başqalarının öydükləri siyasi xadimin və dahi siyasətçinin satılacaq gizli yönlərimi varmış? Bəlkə Əli Əhmədov bu ifadələri ilə demək istəyir ki, ulu öndərin istər şəxsi, istərsə də  siyasi mənada satılacaq və satılarsa, arxasından çox ciddi məqamlar çıxacaq yönləri də var? Başqa sözlə, əgər onların özlərinin də illərlə söylədikləri kimi, hər şey dövlətin, millətin və xalqın mənafeyi üçün edilibsə, o zaman Əli İnsanov nəyi və niyə satır görəsən? Ən azından, Əli Əhmədov bu “satqınlığın” nədən ibarət olduğunu açıqlamalı və söylədiyi fikirlərin məntiqi izahını verməlidi.

Misir Mərdanov

Təxminən eyni sözləri Təhsil Naziri Misir Mərdənov da ATV-yə verdiyi müsahibəsində söyləyir. Başıbəlalı təhsilimizin başabəla naziri deyir: “Əli İnsanovun bu hərəkətlərini Heydər Əliyevin siyasətinə, YAP-a və İlham Əliyevin siyasi kursuna xəyanət adlandırıram. O hər şeyə nail olandan sonra illər uzunu üzvü olduğu partiyaya böhtan yağdırır, əvvəllər tutduğu siyasi yolu səhv yol adlandırır və özünü dəfələrlə elan etdiyi siyasi rəqiblərlə bir yerdə oturtmağa çalışır…”.

Misir müəllimin bundan sonra söylədikləri də var. Lakin hələlik bura qədər deyilənlərə ötəri nəzər salıb, bəzi məsələlərə elə cənab nazirin özündən izahat istəməyinə dəyər. Misir müəllim, deyirsiniz ki, «Əli İnsanov hər şeyə nail olandan sonra, illərlə tutduğu siyasi yolu səhv adlandırır». İndi mən də sizdən soruşuram, əgər onun hər şeyə nail olma metodları və tutduğu siyasi yol düz idisə, o zaman adamın dəmir barmaqlıqlar arasında nə işi var? O ki, qaldı “Əli İnsanovun bu hərəkətlərini Heydər Əliyevin siyasətinə, YAP-a və İlham Əliyevin siyasi kursuna xəyanətdir” deməyinizə, vallah, burada da çəlpəşik fikirlər çoxdu. Sizin məntiqinizdən belə çıxır ki, sabiq nazir könüllü olaraq həbsxana həyatını qəbul edib və sanki bugünkü durumundan olduqca razıdır. Doğrudan da, əgər başından bəri YAP-ın siyasi kursunu təyin edənlərdən, Heydər Əliyev siyasətinin aparıcı simalarından, “İlham Əliyev siyasi kursu” ifadəsini gündəmə gətirənlərdən biri olan cənab İnsanov olubsa, o zaman indi onun həbsxanada olması bütövlükdə bu partiyanın, bu siyasətin və bu siyasi kursun müəmmalı tərəflərindən xəbər vermirmi?

İndi deyə bilərsinizmi, artıq qeyd etdiyim kimi, Əli İnsanovun fəaliyyəti və siyasi kursu xəyanətkar elan olunursa, o zaman bütün bu siyasət və bu siyasi kurs həbsxanalıq deyil, bəs nədir? Hələ orasına heç diqqət etməyinizi istəməzdik ki, sizin özünüzün, eləcə də bu gün Əli İnsanov barəsində yerli-yersiz “satqın, xəyanətkar”ifadələrini sağa-sola işlədənlərin özləri bir müddət sonra harada və hansı ifadələri verməli olacaqlar. Çünki, istisnasız olaraq, gəlmiş-getmiş və dövlət ərkanında bu və ya digər yer tutmuş adamların hamısında nəsə var.

Əhliman Əmiraslanov

Yeri gəlmişkən, sabiq Səhiyyə nazirinin bu qədər üzərinə gedildiyi bir zamanda hələ də öz siyasi liderinə qarşı bir kəlmə belə xoşagəlməz ifadə işlətməməsinə rəğmən, onun üzərinə “xəyanətkar” va “satqın” qılıncları ilə cuman bu cənablar Heydər Əliyevin konkret cinayətdə suçlandığı zaman niyə balıq kimi susurdular? Elə bunun özü göstərir ki, adamlar öz sözlərini yox, “düymə basanların” sözlərini danışırlar. Yoxsa, içlərində onları danışdıran Heydər sevgisi, lider təəssübkeşliyi, siyasi kurs qayğısı olsaydı, bu liderə, bu kursa və şəxsən Heydər Əliyevə qarşı birbaşa təxribat, satqınlıq, xəyanət xarakterli çıxışlara da belə əzm və dəyanətlə cavab verər, bu çıxışları edən hakimiyyət mənsublarına da Səhiyyə nazirinə asdıqları yarlıqlardan asardılar.

Əli İnsanov-8

Bu yerdə Misir Mərdanovun bəyanatının yarımçıq qalmış yerinə qayıtmanın tam zamanıdı. O deyir “…Əli İnsanov regionçuluqdan istifadə edərək özünə xal qazanmaq istəyir. Azərbaycanda heç kəsin bütövlükdə ermənistanlılar adından danışmağa haqqı yoxdur. Əli İnsanovun ermənistanlılar arasında heç bir dayağı olmayıb, yoxdur və gələcəkdə də olmayacaq. Yaxşı olar ki, İnsanov məhkəmədə ona qarşı verilmiş ittihamlara cavab verməklə məşğul olsun”.

Açığı, Misir müəllimin “heç kəsin bütövlükdə ermənistanlılar adından danışmağa haqqı yoxdur” fikri ilə tam razıyam. Hələ Əli İnsanov “ağ at belində” olanda və elə misirlərin, əlilərin, vəlilərin, abellərin, əhlimanların, mübarizlərin və sairlərin tərəfindən «ermənistanlıların ağsaqqalı» kimi cəmiyyətə sırınanda, buna öz etiraz səsimi ucaldaraq “heç kimin, hər evində potensial bir yox, iki  lider yatan cəmi ermənistanlılar adından danışmaq haqqı yoxdur” – deyə, mətbuatda bildirmişdim. Başqa sözlə, Misir müəllim burada da xeyli gecikib. Amma, necə ki, Əli İnsanovun, istər əvvəl, istərsə də indi, bütövlükdə ermənistanlılar adından danışmağa haqqı yoxdu, eləcə də Misir müəllimin bütün ermənistanlılar adından ona etiraz bildirmə haqqı olmamalıdı və yoxdu! Ən azından, onu heç kim buna vəkil etməyib. O ki, qaldı Əli İnsanovun ermənistanlılar arasında dayaqlarının olub-olmamasına, bu mənada da Təhsil nazirinin ekspert rolunda çıxış etməsi gülüncdü. Mən də iddia edirəm ki, əslində, sabiq Səhiyyə naziri, bunu nə qədər haqq edib-etməməsindən asılı olmayaraq, ermənistanlılar arasında xeyli dayaqlara malik olub və indi də malikdi. Və bu dayaqlar son zamanlar baş verənlərlə bağlı hər gün bir az da artmaqdadı. Misir Mərdanovun bu tip bəyanatları isə, bu mənada, Əli İnsanovun xeyrinə işləyən məsələdi.

Və nəhayət, «İnsanov məhkəmədə ona qarşı verilmiş ittihamlara cavab verməklə məşğul olsun» tövsiyyəsinə gəlincə, hələlik Əli İnsanova rüşvət almaqdan savayı elə bir ciddi ittiham irəli sürülməyib. Bununla belə prosesi hazırlayan və həyata keçirən orqanların məqsədli hərəkət etdikləri və əvvəlcədən hazırlanmış ssenari üzrə işləmələri gün kimi aydındı. Çiinki dünyanın hər yerində rüşvət almaq nə qədər ağır cinayət hesab olunursa, rüşvət vermənin də cinayət olaraq ağırlığı həmin səviyyədə ölçülür. Elə bu səbəbdəndi ki, rüşvət alma və vermə faktları çox nadir hallarda sübuta yetirilir. Başqa sözlə, rüşvət faktı ortaya çıxdığı an hər iki tərəf eyni dərəcədə cəzalanma təhlükəsi qarşısında qaldığından, heç bir halda, nə alan, nə də verən bunu etiraf etmək istəmir.

Əli İnsanov-3

Amma Əli İnsanov məhkəməsinin rüşvətlə bağlı epizodları dünya hüquq təcrübəsinə ingilislər demişkən, “Nou-hau”, yəni yenilik kimi yazılmalıdı. Belə ki, hər gün onlarla insan məhkəmə qarşısında rüşvət verdiyini etiraf edir və məhkəmə zalından əl-qolunu sallayaraq çıxıb evinə gedir. Amma normalda, yəni proseslər hüquqi əsaslarda aparılsaydı, o zaman Əli İnsanova və ya bir başqasına “rüşvət verdim” deyən hər bir kəs, elə məhkəmə zalındaca dəmir bilərziklərə qonaq edilərək barmaqlıqların o biri üzünə keçirilməliydi. Burada isə normal hüquqi prosedurun tam əksi baş verir. Bu da o deməkdi ki, “rüşvət verdim” deyənlərin hər birinə ayrılıqda heç bir cəza almayacaqları barəsində yüz faizli təminatlar verilib. Bu isə bir daha prosesin hüquqi, məhkəmənin isə ədalətli olmadığının göstəricisidi. Bax burada da istər-istəməz yaranan suala cavab tapmaqda cəmiyyətin düşünən başları çətinlik çəkirlər. Adamlar özləri özlərindən soruşurlar: «görəsən, bu ədalətsiz məhkəmə prosesi kimə və nə üçün lazımdı?». Cavab isə birdi: sürətlə atını çapan və tələsən zaman kimlərisə yamanca tələsdirir. Mən isə yazının parafrazına, virtual da olsa, öz sualımı verirəm:

BU ÖLKƏNİ HARA VƏ NİYƏ APARIRSINIZ, CƏNABLAR???!!!

SON

«Nota bene!» qəzeti

18-31 mart 2007-ci il

2 Comments

  1. Hörmətli Əli İnsanov bu iqtidarın ən nüfuzlu, sözünün kəsərli və keçərli olduğu SİMALARINDAN biri idi. Həmin dövürdə O, rejimin anti-milli, qeyri-insani olduğu qənaətinə gəldi, bütün varlığı ilə dərk etdi, onu qarşıda gözləyən, bu günkü hər kişinin könüllü qəbul edib, dözərək yaşaya bilməyəcəyi çox əzablı, ağır işgəncəli məhrumiyyətlər dolu mübarizə yolunu seçdi. BU, indi çox nadir hallarda təsadüf olunan VƏTƏNİNİ-MİLLƏTİNİ maddi-dəbdəbəli, eyş-işrətli həyatdan müqayisə olunmaz dərəcədə çox sevən qeyrətli, cəsarətli ƏSİL İNSANın, mərd kişinin atacağı bir addımdır ki, ƏLİ İNSANOV bütün geniş maddi imkanlarını tapdayaraq onu atdı. Hörmətli Əli İnsanov, bu, əsl kişilərə məxsus ibrətamiz addımı atmaqla SİZ, millətimizi talayıb, yetimin, xəstənin, körpə balalarımızın son tikəsini də qamarlayıaraq, xarici ölkələrə daşıyıb, orada harın, dəbdəbəli əyyaş həyatı yaşayan şərəfsiz oliqarxların üzünə lomba ilə tüpürdünüz! Uzun illər tam təminatlı, rahat həyat yaşayan Əli İnsanov Ona qarşı edilən ağıla gəlməz haqsızlıqlara, mənəvi-psixolji işgəncələrə ADI və SOYADINA tamamən yaraşan tərzdə qeyri-qanuni onbir illik məhkumluq həyatını çox kişilərin həsəd aparacağı bir mətinliklə əyilmədən mərdi-mərdanə yaşadı. ONUN bu ƏZƏMƏTLİ HƏBSXANA HƏYAT TƏRZİNİ çox cılız, rəzil siyasi rəqibləri üfunətli tülkü mədələrində həzm edə bimədiklərindən, növbəti müxənnət əməllərinə baş vurdular – BU BÖYÜK İNSANA – ƏYİLMƏZ MƏRD MÜBARİZ KİŞİYƏ növbəti saxta cinayət işi açdılar. Başı boş binəvalar anlamırlar ki, bu əməllərilə hətta ƏLİ İNSANOVU sevməyənlərin gözlərində ON dəfələrlə qaldırıb ƏSL QƏHRƏMANLIQ zirvəsinə ucaltdılar. ƏLİ müəllm, Siz həbsxana həyatı yaşaya-yaşaya bu qeyri-məhdud səlahiyyət və var-dövlət sahiblərinin kürəyini bütün xalqımızın və beynəlxalq aləmin gözləri qarşısında yerdən-yerə çırpmısınız. İşin irəli ƏLİ MÜƏLLİM,UCA ALLAH YAR, YARDIMÇIN OLSUN, AMİN!!!

  2. Beli, men de Ali Insanovun cekdiyi agir ceza heyatinin mocuzeli wekilde xeyirli bitmesini arzulayiram!!!!!

Leave a Reply

Your email address will not be published.


*