“PREZİDENT İCRA STRUKTURLARINI ZƏBT ETMİŞ QRUP QARŞISINDA TƏKDİR”!!!

PAYLAŞIN

Həyata keçirilən sosial yardım kampaniyalarının dayanıqlı sabitliyə zəmanətli görünmür.

Fb-NİN GÜNDƏMİNDƏN

Hörmətli Prezident İlham Əliyev cənablarına açıq müraciət və təkliflərim.

Sosial şəbəkə ən operativ informasiya məkanına çevrilməkdədir. Son zamanlar Prezident də daxil rəsmi qurumların sosial şəbəkədə qaldırılan məsələlərə operativ reaksiya göstərmələri bu açıq müraciəti etməyimi stimullaşdırdı.

Son hadisələr, təbii və süni təlatümlər göstərir ki, həyata keçirmək istədiyi islahata meylli addımların həyata keçirilməsində prezident İcra strukturlarını zəbt etmiş qrup qarşısında təkdir. Verilən sərəncamlar, sosial yönlü ardıcıl qərarlar islahata ümid yaratsa da, mühafizəkar qanad çəkdiyi qadağa xəttini daha da möhkəmlətməkdədir və dirənişdə israrlı görünürlər. Həyata keçirilən sosial yardım kampaniyaları dayanıqlı sabitliyə zəmanətli görünmür. Qiymətlərin artım tempi ilə insanlıara edilən yardım və qazancları arasında mənfi salto gerçəklikdir. Mühafizəkar cinah vəziyyətin daha da dramatikləşməsində maraqlı görünür. Bulanlıq suda balıq tutmaq onlara sərf edir. Hətta dövlətçilik maraqlarının qurbanı hesabına olsa da bu zümrə öz mənfəətləri naminə hər cür naqisliyə hazır görkəmdədirlər.

Məncə, cənab Prezident təxirəsalmadan başlanmış pozitiv dəyişikliklərə yeni hüquqi, siyasi məzmun verməsə, revanşist destruktiv cərəyan bu boşluqdan Azərbaycanın əleyhinə bəhrələnəcəkdir. Bu cərəyanı qaçılmaz hesab edərək cənab Prezidentə müraciət edirəm:- 

1. İlk növbədə sizin təbliğatınızı aparan, əksər mövzuda qeyri-səmimi olan, nüfuzunu itirmiş fiqurlardan imtina edin; 
2.Təxirəsalmadan islahat paketini ictimai müzakirəyə təqdim edin;
3. Siyasi partiya, ictimai qurum və rəsmi qurumların iştirakı ilə etimadlı İslahat komissiyasını formalaşdırın;
4. Nüfuzlu siyasi partiya, İctimai qurum və ziyalıların iştirakı ilə siyasi dialoq və məsləhətləşmələrə başlanılsın; 
5. TV-lərdə siyasi disskusiyalar üçün imkan yaradılsın;
6. Sərbəst toplaşma azadlığının təmini istiqamətində addımlar atılsın;
7. “Borçalı Cəmiyyəti”nin 3 nəfərlik ziyalı heyətinin sizinlə görüşmək imkanlarını dəyərləndirməyinizi də xahiş edirik.

Bu proqram həyata vəsiqə qazanarsa, Azərbaycan daxili milli resurslar səfərbər oluna, çox sürətlə yeni mərhələyə keçid reallaşa bilər.

Hörmətlə: 

“Borçalı Cəmiyyəti” İB-nin sədri

Zəlimxan Məmmədli

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*