PREZİDENT NƏ QƏDƏR SƏMİMİDİR???!!!

PAYLAŞIN

                                                 Sərdar ƏLİBƏYLİ

Sərdar Əlibəyli-1-01
Sərdar Əlibəylinin həbsxanadan prezident İlham Əliyevə ünvanladığı 04.02.2014 tarixli                          “AÇIQ MƏKTUB”undan :                      “Mən Sizin, NATO-nun Baş Katibi ilə birgə, bir müddət öncə Belçikada keçirilən brifinqdə, siyasi məhbuslarla bağlı sualları necə cavablandırdığınızı eşidəndə düşündüm ki, Siz artıq hamını, hər kəsi, hətta bütün bəşəriyyəti belə aldada bilibsiniz. Əks təqdirdə dünyanın gözü qarşısında,milyonlarla insanın gözlərinin içinə baxaraq, bu qədər əmin və arxayın şəkildə yalan danışmaq, sadəcə qeyri mümkün idi. Amma, Siz bu yalanı o qədər səllis və rəvan şəkildə, dili dolaşmadan deyə bildiniz ki, bu arada məhz Sizin şəxsi məhbusunuz qismində, sırf siyasi motivlərlə həbs edilərək qazamatda olmasaydım, inanın ki, mən bu BÖYÜK YALANA inanardım bəlkə… Fəqət, ortada indi sayı onlarla ölçülən “gözü çıxan qardaşlar”ın sırasında mən özüm də varam və kim bilməsə də mən özüm yaxşı bilirəm ki, aylardan bəri, nəinki törətmədiyim, heç törətməyi ağlıma belə gətirmədiyim bir “cinayət”lə yarqılanaraq, onun cəzasını çəkirəm. Və elə bu səbəbdən də məhkum edildiyim məhbus həyatımın hələ bundan sonra nə qədər davam edəcəyi bir Sizin kefinizə, bir də uca Allahın lütfünə bağlıdı…”

“Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik .” – deyən 

PREZİDENT NƏ QƏDƏR SƏMİMİDİR???!!!

İlham Əliyev-243
Prezident İlham Əliyevin çıxışından: “Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”

 

 İlham Ə.-21

Baxın, Prezident nə deyir : ” bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. “

Əgər prezident bu sözlərində səmimidirsə, o zaman bəndənizin – yəni Sərdar Əlibəylinin həbs olunmasınnan bağlı müstəqil hüquqşunaslardan ibarət bir komissiya yaradılması haqda rəsmi sərəncam versin. Həmin komissiyaya həm də mənim məhkəmə prosesimin necə aparıldığına və çıxarılan hökmün nə qədər ədalətli olduğuna rəy verə bilmək statusu verilsin.

Bir halda ki, Prezidentin özü bu sözləri deyib və işlər də bu yerə qədər gəlibsə, o zaman səmimiyyətini ortaya qoysun. Yoxsa, bir yandan nəinki cinayət törətmiş, heç o cinayət barədə düşünməmiş adamların şərlənərək saxta məhkəmə hökmləriylə qazamatlara qatılmasına göstəriş verməyə, o biri yandan da, “bu yolverilməzdi, biz buna üzülürük” deməyə nə var ki?!

Mən iddia edirəm ki, o məhkəməni ki, mənim üzərimdə qurmuşdular və ümumiyyətlə hansı yollarla və vasitələrlə məni həbs etmişdilər, birbaşa Prezidentin xəbəri və “dobro”su olmadan sadəcə mümkün deyildi və ola da bilməzdi. Yox əgər doğrudan da belə bir şey baş veribsə, cənab Prezident buyursun, istər dövlətin, istərsə də özünün ölkənin içində və dışında, onsuz da narahatlıq doğuran nüfuzuna xələl gətirənləri cəzalandırmaqla hamıya görk eləsin.

Siyasi məhbus

Bütün hallarda, mən onsuz da bundan sonrakı ömrümü, bu haqsızlığın aradan qaldırılmasına həsr etməkdə israrlıyam və gec, ya da tez buna nail olacağıma kimsədə şübhə olmasın. Amma nə gözəl olar ki, bu addımı İlham Əliyevin özü atsın və gerçəkdən söylədiklərində tam səmimi olduğunu ortaya qoysun.

Açığı mən öz məhkəməm barəsində obrazlı olaraq danışdım və adım kimi əminəm ki, son illərdə, xüsusən də siyasi çalar daşıyan məhkəmələrin müttəhimləri eynən mənim kimi şərlənərək həbs olunublar və saxta məhkəmə hökmləriylə bu gün də həbsdə olanlar var. Bir neçə bu cür məhkəmələrdə şəxsən iştirak etmişəm və bu proses hələ də dayanmayıb.

1 Comment

  1. prezidnet dedyi bu sözler birinci kelmesinden sonuncu kelmeisne qeder tam yalandir. Nece deyerler ag yalan. Gerek o qerder mahir yalanchi olasan ki bele sözler deyesen.Prezidentin bu sözleri :- ise onun sadece peshekar yalanichi oldugunun yox, hemde peshekar riyakar oldugunu bir daha sübut edir. Adam cemiyyeti sherleyib hebsxanalara dolduru, öldütdürür , ölkeden qovur qalnlari da köle edir ve eyni zamadan onlari olmaga chagir ki az -chox haqqini teleb edenleri de üze chixarib sherlelsin.

Leave a Reply

Your email address will not be published.


*