PREZİDENTİN, BAŞ PROKURORUN VƏ DİN-İN POÇTUNA !!!

PAYLAŞIN

“Qəzalı bina uşaqların atılıb-düşməyinə dözməyərək, döşəməsi çöküb. Uşaqlar binanın zirzəmisinə düşüblər. Yaralananlar var.” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Respublika Prezident aparatının, Təhsil Nazirliyinin və Mətubat işçilərinin nəzərinə.

Baxın, uşaqların taleyi kimlərə tapşırılıb?!!

Yenil il şənliyinin Kürdəmir “Floklor evi”ndə keçiriləçəyini eşidən Kürdəmir müəllimləri lap əvvəldən bunu etirazla qarşılayıb, binanın qəzalı vəziyyətdə olduğunu söyləyiblər. Rayonda büdcənun puluna tikilmiş H.Əliyev Mərkəzi, şəhər məktəblərinin böyük zalları olduğu halda yararsız, uçmaq təhlükəsi olan binada Yeni il şənliyi keçirmək nə dərəcədə düzgündür? Hətta müəllimlэr təklif ediblər ki, məktəb zallarımız boşdur. Hər məktəb şənliyi özü təşkil etsin. Təşkilatçılar:

” Rayon İcra Hakimiyyətindən o binanı məsləhət biliblər”

– deyiblər .

Dekabrın 25-də şagirdləri şənliyə aparan məllimlər bərk qorxmuş halda elan ediblər :

“Bina artıq ucmaq üzrədir. Mümkünsə uşaqları saxlayın.”

Maraqlıdır, məmur uşaqlarının heç biri orada iştirak etməyib. Təşkilatçıların heç biri bu qəzalı binanın son durumunu “görməyiblər”. Hər bir normal öklədə uşaqlara tədbir keçirməzdən əvvəl təşkilatçılar( bilimir kimlərdir) həmin binanın yararlığına, təhlükəsizliyinə əvvəldən rəy verməlidir. Adi vətəndaşların, balaca uşaqaların HƏYATI pul hərisi olan məmurları gözlərini kor edib, ürəklərini daşa döndərib. Şəhərdən xeyli uzaq, şagirdlərin vəsaiti hesabına avtobus tutulub, hər sinifdən 10 şagird olmaqla 5 manatdan pul yığılaraq, yarasız binada şənlik keçirilib. Bəlkə o bina 3 aydan sonra vaxtını bitirəcəkdi, pula həris olan məmurların sayəsində 3 günə davam gətirdi. Ölkə prezidenti İ. Əliyev axrıncı çıxışında dedi :

“Məmurlar, allahdan qorxun.”

Kürdəmir İcra aparatı nəinki prezidentden, hətta ALLAHdan da qorxmurlar. Qorxsaydılar, rayonda boş qalmış zallardan şənlik üçün istifadə edərdilər.

Deməli, bu məmurlar üçün insan anlayışı boş bir işdr. Xəsarət alan, ayağı sınan, sarsıntı keçirən uşaqların göz yaşları İ.Əliyevin məmurarı üçün külək vıyıltısıdır. O uşaqların ah-naləsi məmurların vicdanını görəsən oyadacaqmı?

Bəli, 26 dekabr 2019 cu il, saat 15.00 da Kürdəmir rayonunda məktəblilər üçün təşkil olumuş “Yeni il ” şənliklərində faciə baş verib. Qəzalı bina uşaqların atılıb-düşməyinə dözməyərək, döşəməsi çöküb. Uşaqlar binanın zirzəmisinə düşüblər. Yaralananlar var. Ən altda qalan uşağın ayağıı sınıb. Araşdırmağa başlamışıq. Bu çinayətdir. Uşaqların həyatına təklükə yaradan binada yer ayıranlar haqqında çinayət işi başlanmalıdır. Haqlarında tədbir görülməlidir.

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*