PREZİDENTİN “MƏDƏNİYYƏT XADİMLƏRİ” MÜŞAVİRƏSİNƏ 2 İL ÖNCƏDƏN YAZILMIŞ SÖZARDI !!!

PAYLAŞIN

QORXAQLIQ BİZİ YEN(ə)MƏ(z)Dİ, BİZ ONA YENİK DÜŞDÜK!!!

Fb-NİN GÜNDƏMİNDƏN

BU CƏSARƏT ALQIŞA LAYİQDİ – HƏM DƏ AYAQ ÜSTƏ!!!

Sərdar ƏLİBƏYLİ

QORXAQLIQ BİZİ YEN(ə)MƏ(z)Dİ, BİZ ONA YENİK DÜŞDÜK!!!

SİZ BU QADINDAKI CƏSARƏTƏ BİR BAXIN!!!

Posted by Nəriman Süleyman on Wednesday, 15 March 2017

ƏL ÖPÜB, ƏTƏK YALIYIB, ÇƏKMƏ SİLMƏKLƏ “XALQ ARTİSTİ”, “ƏMƏKDAR ARTİST” VƏ DAHA “NƏ VƏ YA NƏDAR ARTİST” OLMAĞA NƏ VAR Kİ???????

SƏSİNƏ, SƏNƏTİNƏ VƏ SÖZÜNƏ GÜVƏNƏRƏK MİLLƏTİN QARŞISINA ÇIXA BİLƏNLƏRİN HAQQIDI, XALQIN ARTİSTİ OLMAQ.

SİZ DƏ BAXIN, EY ƏL ÖPÜB, ƏTƏK YALIYIB, ÇƏKMƏ SİLMƏKNƏN TİTUL QAZANANLAR, BAXIN, BƏLKƏ AZCA UTANASINIZ, HƏRÇƏND Kİ, SİZ UTANMAZSINIZ, ƏL ÖPÜB, ƏTƏK YALIYANLAR UTANAMAZLAR Kİ !!!

UZUN DANIŞMAĞA HACƏT YOXDU, BİZ TOPLUM OLARAQ İLLƏRDİR Kİ, QORXAQLIĞIMIZI BOYNUMUZA ALMAĞIN QORXUSUNDAN, BALALARIMIZIN ÇÖRƏK PULU BƏHANƏSİ İLƏ, BALALARIMIZIN GƏLƏCƏYİNİ SATDIQ VƏ YEDİK. BƏLİ YEDİK BİZ ÖVLADLARIMIZIN GƏLƏCƏYİNİ VƏ BU GÜN ÇÖRƏK ADINA YEDİYİMİZ DƏ ELƏ ODU – BALALARIMIZIN GƏLƏCƏYİ…

OYSA, İRTİCAYA, ZÜLMƏ, İSTİBDADA QARŞI ÇIXIB, HAQSIZLIQLARA SİNƏ GƏRİB, ÖVLADLARIMIZA XOŞ GƏLƏCƏK, XOŞBƏXT HƏYAT VƏ AZAD ÖLKƏ QURMAQLA MÜKƏLLƏFİYDİK BİZ. AMMA QORXDUQ, QORXAQLIQ BİZİ YEN(ə)MƏ(z)Dİ, BİZ ONA YENİK DÜŞDÜK, HARAMA GİRDİK, BİR ÖMÜR XOF İÇİNDƏ YAŞADIQ, YALTAQLIĞI HƏYTIMIZIN ƏSAS QAYƏSİNƏ, QAZANC MƏNBƏYİNƏ ÇEVİRDİK, ÖVLADLARIMIZI DA GÖZÜQIPIQ ELƏDİK, QORXAQ OLMAĞA VƏ YALTAQLIĞA, YALANLARLA, HARAMLA YAŞAMAĞA ÖYRƏTDİK…

İNDİ OLANLAR OLMUŞLARIN DAVAMI, OLACAQLARIN CARÇISIDI. AMMA OLACAQLAR ÇOX ZORDU, FƏLAKƏTLƏR VƏ FACİƏLƏR VAR QARŞIDA. ON MİLYONLUQ TOPLUMDAN, KİŞİLİ-ARVADLI, TƏK BİRCƏ NƏFƏRİN BU QADIN QƏDƏR CƏSARƏTİ OLMADI.

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*