“Qarabağı Batı mərkəzli və hegemonluqlu Tarixin axışını dəyişən yeni fəlsəfə yaratmaqla almaq olar.”!!!

PAYLAŞIN

“Qarabağı nə Batı heyranı müxalifət, nə Rusiya heyranı iqtidar yox, Batı və Rus dünyasından və dəyərlərindən sıyrılıb çıxmış millət alacaq.”!!!

“Qarabağı almaq üçün Batı və Rus heyranı zavallı siyasətçiyə və müstəmləkə aydınlarlna qoşulma, səs vermə inanma.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

QARABAĞI ALMAĞIN YOLLARI

Mən illər boyu bu şüarı səsləndirdim. Qarabağı almaq üçün Avropa mərkəzli, Rusiya mərkəzli düşüncə və ideolojilərə, Avropa və Rusiya heyranlığına son qoyulmalıdır. Azərbaycanın bölünməsində, parça-parça edilməsində, Ermənilərin gücləndirilməsində Avropa Amerika və Rusiya birgə hərəkət etmişlər. Hər iki güc Orta Doğuda Osmanlı və ya Türkiyədə, Səfəvi-Qacarların qurduğu İranda, Hindistanda, Ərəb yarımadasında, Qafqazda, Afrikada, Amerikada, Avstraliyada, latın Amerikası ölkələrində işğalçı və sömürgəçi olmuşlar. Rusiyanı mərkəz alaraq siyasət yeridən iqtidarla, Avropa-Amerikanı mərkəz alaraq siyasət yeridən müxalifət arasında heç bir fərq yoxdur. Bizim düşüncəmiz tarix anlayışımız dəyişməlidir. Son yüz ildə Şərqdə, İslam sivilizasiyadında bütün siyasi coğrafiyaları quran da, bölən də, bütün etnik, dini savaşları və müharibələri, konfliktləri yaradan da Avropa və Rusiyadır. İngilis alimi Toynbi Avropa və Rusiyanı Ellin-Bizans imperiyasının və kültürünün iki qanadı və mirasçısı adlandırmışdı. Avropa Bizans-Romadan katolikliyi, Rusiya pravoslavlığı mənimsədi. Renessans dönəmində Avropa Ellin kültüründən rasionalizmi, Rusiya materializmi mənimsədi. Avropa rasionalizmə dayanaraq sosial demokratizm və liberal demokratizm ideologiyasını, Rusiya materializmə dayanaraq kommunizm ideologiyasını mənimsəyərək, iki qarşıduran qlobal güc halına gəldilər. Xristian dünyasının iki fövqəl qlobal gücü Rusiya və Avropa Türklərin sahib və hakim olduğu İslam sivilizasiyasını böldü sömürdü və buradakı dövlətləri və xalqları müstəmləkəyə və periferiyaya çevirdi. Bu coğrafiyada Batı və Rusiya heyranı elit təbəqə və müstəmləkə aydınları yaradaraq, tarixi təkamüllə doğulmamış süni millətlər və kimliklər yartdı və Orta Doğu coğrafiyasını parçalamaqla 10 min illərlə ölçülən Şərq kültürünü, o kültürü yaradan, yaşadan xalqları yox etdi və etməkdədir. Son yüz ildə Rusiya kommunizm adı altında, Avropa insan haqları və demokratiya adı altında bizim coğrafiyamızda bu işğalı və sömürgəçiliyi həyata keçirmişlər və bizim dövıətlərimizi yıxmış, millətimizi soyqırıma uğratmışlar. Qarabağı, İrəvanı, Tehranı və Qumu almaq, həmçinin  Türk gücünü bərpa etmək üçün Bizans kültürünün iki varisinin –  Rusiya və Avropa-Amerikanın yaratdığı dünya düzənini, küktürünü, Avropa və Rusiyanın yaratdığı beynəlxalq təşkilatlarını, fəlsəfəsini, üstün ağlını, dəyərlərini, pulunu boykot edib, alternativ Türk dünya düzəni, fəlsəfəsi, üstün ağlı , humanizmi, kültürü formalaşdıracaqsan. Tarixin axışını dəyişəcəksən. Elə fəlsəfi paradiqmalar ürətəcəksən ki, Avropa-Rusiya-Amerika tarixini durduracaqsan. Üstün ağılı sən təmsil edəcəksən. Zatən sən təmsil etdin də. 14 imperiya, 30-dan çox dövlət qurdun. Mədəniyyət yaratdın. 1000 il İslam xilafətni sən yönətdin, sivilizasiyanı sən qurdun. Yeni çağın dəyərlərini sən yaradacaqsan. Rusiya-Avropa-Amerikanın dəyərlərindən və fəlsəfəsindən fərqli, daha universal və daha humanist dəyərlər və yaşam fəlsəfəsi yaradacaqsan.

Biz təkcə Qarabağı yox keçmişimizi, özümüzü, əzəmətimizi, gücümüzü və millətimizi alacağıq.
Qarabağı nə Batı heyranı müxalifət, nə Rusiya heyranı iqtidar yox, Batı və Rus dünyasından və dəyərlərindən sıyrılıb çıxmış millət alacaq.
Ermənistanı və Fars İranını İngilislər və Ruslar birgə yaratmışlar.

Qarabağı Batı mərkəzli və hegemonluqlu Tarixin axışını dəyişən yeni fəlsəfə yaratmaqla almaq olar.

İqtidar Azərbaycanı Rusiyanın periferiyasına, müxalufət Azərbaycanı Avro-Amerikanın periferiyasına çevirmək siyasəti izləyir. Hər iki siyasət tariximizə, sivilizasiya identifikasiyamıza, ziddir. Hər iki siyasət Batı mərkəzli tarix anlayışının və dünya quruculuğu şüurunun ürünüdür. Bizim xilasımız Yunan-Roma-nın iki qanadı və varisi olan Batı-Rusiya mərkəzli dünya quruculuğu siyasətinin və fəlsəfəsinin ötəsindədir. Orada Şumer, Mitanni, Subartu, Aratta, Hetit, Urartu, Manna, Midiya, Albaniya, Şirvanşahlar, Kuşanlar, Hunlar, Göytürklər, Qəznəvilər, Xarəzmşahlar, Səkcuklular, Çingiz xanlar – Elxanlı və Qızıl Ordalılar, Teymurilər – Babur Gurğanlılar, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Osmanlılar, Avşarlar və Qacarlar var. Sən varsan. Sənin yaratdıqların var, keçmişin gələcəyin var. Batı və Rus dəyərlərinə, kültürünə, fəlsəfəsinə alternativ sivilizasiya dəyərləri ürətən böyük bir mədəniyyət var. Qarabağı, Tehranı, İrəvanı, Bağdadı, Hələbi almaq üçün öz ruhunla və dəyərlərinlə silahlanacaqsan. Keçmiş həmişə gələcəyə yön verir. Sən keçmişin övladısan və bir bax, Sən itirdiyin torpaqların, kültürün, tarixin içində itmisən. Sən yenidən var ola bilmək üçün itirdiklərini geri qaytaracaqsan.

Qarabağı almaq üçün Batı və Rus heyranı zavallı siyasətçiyə və müstəmləkə aydınlarlna qoşulma, səs vermə inanma. Qarabağı almaq üçün öz keçmişinə söykən və öz ruhunu dinlə. Təhtəlşüurundakı imperiya ruhunu dirilt…

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*