“QARABAQ BİZİMDİR VƏ ƏBƏDİ OLARAQ BİZİM OLACAQ!”!!!

PAYLAŞIN

“Műqəddəs Şəhidlərimizin qanıyla suvarılmış Azərbaycanımızı cənnətməkana çevirməklə onların ruhlarını şad edə bilərik.”!!!

Millətim

20 noyabr 2020

“Yeni qələbələr bizi gőzləyir”.

Azərbaycan mőhtəşəm qələbəyə imza atdı. Əzəli dűşmənimiz şanlı ordumuzun qarşısında diz çőkməyə məcbur edildi. İndi, bűtűn dűnya Azərbaycanın tarixi qələbəsindən sőhbət açmaqdadır. O da məlum oldu ki, őlkəni dűnyaya tanıtdıran onun qalib ordusuymuş. O ordu ki, xalqımızın şərəfini, şanını gőylərə ucaltdı. Şəhidlər verdik ki, hərəsi bir qəhrəmanlıq səlnaməsi yaratdı. Onların məzarları əbədi olaraq bizim and yerimizə, ziyarətgahımıza çevrildi. Şəhidlər bizi qəhrəmanlıga, birliyə çagirdı. Birləşdik də. Tanrı bizim birliyimizi əbədi etsin !!!

Qazanılmış qələbə hədsiz mőhtəşəmdir. Bəzi bədxahlar műxtəlif şaiyələrlə qələbəmizi gőzdən salmaga girişib, şəhidlərimizin ruhunu narahat etmək istəsələr də, bu iyrənc arzularına heç bir zaman nail ola bilməyəcəklər. Qarabag bizimdir və əbədi olaraq bizim olacaq !!!

Őlkəmiz yeni qələbələrə təşnədir artıq. Műqəddəs Şəhidlərimizin qanıyla suvarılmış Azərbaycanımızı cənnətməkana çevirməklə onların ruhlarını şad edə bilərik. Şəhidlərimiz, Vətənimizin işgal edilmiş torpaqlarını qaytarmaqla haqqa qovuşub, haqq-ədaləti bərpa etdilər. İndi, bizlər, dűşűnűb-daşınıb, őlkəmizdə haqqın, ədalətin zəfər çalmasıyla Şəhidlərimizin ruhunu şad etməliyik. Biz, Şəhidlərimizin ruhu qarşısında and içib, nəfsimizin űzərində qələbə çalacagımıza vəd verməliyik. Rűşvətin, korrupsiyanın kőkűnű, erməni ordusunun kőkűnű kəsdiyimiz kimi kəsməliyik. Őlkədə heç bir vətəndaşın haqqına toxunulmamalı, hər kəsin Vətən űçűn çalışıb, qurub-yaratmagına, yaşamagına şərait yaradılmalıdır.

Şəhidlər hamımız űçűn dogma oldu, bizi bir-birimizə dogmalaşdırdılar. İndi, regionçuluq, klançılıq, tayfaçılıq edənləri bagışlamaq olarmı?!

İnanıram və bőyűk űmid bəsləyirəm ki, Azərbaycanımızı zirvələrə ucalda biləcəyik. İnanıram ki, őlkə prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 gűn ərzində qazanılmış mőhtəşəm zəfəri daha bőyűk ugurlarla davam etdirəcək. Biz, nə istəyirik?! İstədiyimiz Azərbaycanımızın və onun hər bir vətəndaşının arzularına qovuşmasıdır ki, bu yol da, hər kəsin Vətənə şərəflə, vicdanla xidmət gőstərməsini  labűd edir, olmazsa olmaza çevirir. Tanrı Azərbaycanımızı qorusun !!!

Sizlərə sevgi və saygıyla:

Ramiz TAĞIYEV

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*