“QİYAM VAR – MƏNDƏ GİZLƏNİB” !!!

PAYLAŞIN

Rustəm BEHRUDİ

 

“Azadlıq” susan meydandı, köz kimi bağrına basıb Bakı; Bir də yatan qiyamdı, qiyamdı ruhumdakı.

 

 

 

!!!QORXU !!!

 

Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə ğizlənib.
Hamı çəkilib özünə,
Hər kəs içində ğizlənib.

Hər günümüz ahdı belə,
Ahımız günahdı belə…
Bu nə cür Allahdı belə,
Görünmür,dində gizlənib.

Kölgə içindədi, kölgə,
Bu millət, məmləkət, ölkə…
Biz niyə bilmədik,bəlkə,
Haqq məndə, səndə gizlənib.

İçdiyim anda boğuldum,
Bir qaşıq qanda boğuldum.
Boğulub, bir də doğuldum,
Qiyam var – məndə gizlənib.

Susun, qorxaqlar, susun,
Can qorxusu var, var, susun,
Bu nə millətdi, qorxusu
Qorxu içində gizlənib

Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə gizlənib,.
Hamı çəkilib özünə,
Hər kəs içində gizlənib.

https://www.youtube.com/watch?v=wsLdaif0YOo

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*