“QOVRULARKƏN BU SƏFALƏTDƏ ÇIXIR ÇIZDAĞMIZ, NƏYƏ LAZIM BELƏ İNSAN KİMİ VAR OLMAĞIMIZ.”!!!

“MÜSTƏQİL ÖLKƏ VƏTƏNDAŞI OLANDAN BƏRİ BİZ,

CİBDƏ PUL YOX, ÇOXALIB ÜZDƏ XƏCALƏT TƏRİMİZ.” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Bəzi Məmur agalar ölkəni qoymuş xaraba,
Rüşvəti qaldıraraq eylədilər bir araba.
Yandırıbdır kasıbın mədəsini şor şoraba,
Qovrularkən bu səfalətdə çıxır cızdagımız..
Nəyə lazım belə insan kimi var olmagımız..

Söz: 

Mərhum Hacı Yusif Qulammirzəoğlu

İfa: 

Zaur Vehdet

Bəzi Məmur agalar ölkəni qoymuş xaraba,Rüşvəti qaldıraraq eylədilər bir araba.Yandırıbdır kasıbın mədəsini şor şoraba,Qovrularkən bu səfalətdə çıxır cızdagımız..Nəyə lazım belə insan kimi var olmagımız..Söz: Mərhum Hacı Yusif Qulammirzəoğluİfa: Zaur VehdetDigər videolar linkdə..http://youtube.com/zaurvehdet

Posted by Zaur Vehdet on Thursday, 28 June 2018

—————————————————————————————–

P.S.

“Özünü quş kimi divara çırpıb,
Hönkürüb ağlamaq zamanı deyil…”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam.
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam..

Nə qədər oturub siqar piləyər,
Nə qədər Allahdan kömək diləyər,
Nə qədər özünü boyayar qana,
Nə qədər gözündən yağış çiləyər..

İlahi sən özün keç günahımdan,
Yollar ayağımı şişə taxırlar.
Adamlar kef çəkib mənim ahımdan,
Heç nə eşitmirmiş kimi baxırlar.

Beşcə barmağı var uzağı vur-tut,
Bir əldən nə qədər çıxılmaq olar..
Bu ömür ipindən aç burax məni,
Bu ipdə nə qədər sıxılmaq olar.

Birtəhər dözürdüm dilini tapıb,
Bu köhnə dərdlərin kamanı deyil.
Özünü quş kimi divara çırpıb,
Hönkürüb ağlamaq zamanı deyil..

Gözəldi bu ağac,bu ip,bu kətil..
Bu ömrün üstündə əl işim olsun.
Elə doymuşam ki,bir dəfəsindən,
Bu mənim sonuncu gəlişim olsun.

Dolub belimdəki günah zənbilim,
Yığıb ətəyini gedək deyirsən.
Açma qollarını taybatay mənə,
Sən daha döydüyüm qapı deyilsən.

Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam..
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam?…

1 Comment

  1. Men heç şübhe etmirem ki,”Avropalılar bize paxıllıq edir”.Deyen öz heyat terzine baxıb bu fikri söyleyir.

Leave a Reply

Your email address will not be published.


*