“QURBAN MƏMMƏDOVUN MÜLKÜNDƏ ZƏRRƏ QƏDƏR HARAM YOXDUR!”!!!

PAYLAŞIN

“ORADA QURBANIN AİLƏSİ, ÖVLADLARI, HƏTTA NƏVƏLƏRİ YAŞAYIRDI”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

“Műlkűn təməli ədalət deyilsə, bəd əməllilər onu yagmalayar “!!!

Bunu da gőrdűk. Műlk bir andaca toxunulmazlıgını itirdi. Qəzəbli biriləri şűşələrə elə zərblə həmlə edirdilər ki, sanki, qarşılarında dilsiz-agızsız pəncərə deyil, hansısa dűşmən dayanmışdı…

Sőhbətin nədən getdiyini təxmin etmək çətin deyil, belə ki, gűndəmin əsas mővzularından biri Qurban Məmmədovun műlkűnűn yagmalanmasıdır…

Q.Məmmədova műnasibətim bəllidir. Onunla műnasibətimiz çoxdan pozulub. Tutdugu yolu, apardıgı siyasi műbarizəni birmənalı qəbul etmirəm. Qəbul etmirəm ona gőrə ki, bloqgerlik fəaliyyəti műddətində műxalifətə iqtidardan daha çox zərbə vurub. Adam mənəm-mənəmlik mərəzinə tutuldugundan zərrə qədər tənqidi qəbul etmək istəmir. Tənqid edənləri isə cavab haqqından məhrum edib, şantaj etməyə girişir. Leksikonundakı təhqirli ifadələri ona yaraşdırmamışam, kimə űnvanladıgından asılı olmayaraq. Mənə gőrə siyasət cəmiyyətlərin inkişafına hesablanmış bir elmdir. Elmi isə təhqirli ifadələrlə zibilləmək yox, aydın, ardıcıl proqramla, xalqın sevdiyi ifadələrlə inkişaf etdirmək daha dogru olardı. İqtidarı tənqid etməyə gəlincə, dűşűnűrəm ki, mən, heç də Qurban bəydən az tənqid etmirəm. Űmumiyyətlə, dəfələrlə, təhqir, sőyűş ritorikasından istifadə edənlərə etiraz etmişəm. İstər iqtidarın 5 manatlıq trolları, istərsə də műxalifət fəalları olsun…

Təbii ki, bu gűn Q.Məmmədovun səhvləri barədə uzun-uzadı sőhbət açmaq istəmirəm. Bűtűn hallarda onun və ailəsinin műlkiyyət hűququ barbarcasına pozula bilməzdi. Dəhşətlisi odur ki, bu barbarlıq bűtűn dűnyanın gőzű qarşısında baş verdi. İndi, ha çagırış edin ki, őlkəyə xarici iş adamları investisiya yatırsınlar. Dűnyanın gőzű kordur ki…?!

Műqəddəs bir kəlam var “Ədalət műlkűn təməlidir”. Bəli, elə műlk də műqəddəsdir. Orada, insanın ailəsi, ővladı və hətta nəvələri yaşayırdı. Bəzilərinin dűşűndűyű kimi Q.Məmmədovun műlkűndə zərrə qədər haram yoxdu. İnsan illər uzunu çalışıb, əziyyət çəkib, qazanıb. Bəli, o da faktdır ki, əvvəlki műlkű sőkűlən zaman hűququnu bilib, qoruyub, bir az artıq qazanıbsa da, haqqıdır, halalıdır. İndi, bəziləri agızlarını açıb, gőzlərini yumub, agıllarına nə gəldisə danışır və gőrűnən odur ki, bir çoxları fűrsətdən yararlanıb, Q.Məmmədovdan qisas almaga çalışırlar. Axı bir deyin gőrűm, Qurban bəy dővlət məmuru olub ki, xalqdan ogurlasın?! İndi, kimsə ővladlarının, őzűnűn mal-műlkűnű satıb, Q.Məmmədovun bu gűn dillər əzbəri olmuş műlkű kimi bir yıgcam bina tikdirə bilsə, odamı qanunsuz sayılacaq?!

Açıq sőyləyim, Qurban bəyin műlkű o qədər də dəbdəbəli deyil. Yıgcam, kifayət qədər ustalıqla, az vəsait sərf olunmaqla inşa edilmiş bir binadır. Yəni, orta səviyyədə yaşayan 3-4 ailə toplaşıb, belə bir binanı rahatca inşa edə bilər. Sual dogur; Q.Məmmədovun ogul və qızlarının műlkiyyət əldə etmək hűququ hansı qanunla qadagan edilib ?!

İqtidar qəzəbli başla yeni bir faciəvi ənənənin əsasını qoydu. Bu, hələ uzun illər davam edə bilər. Necə demişlər “dőymə taxta qapımı, dőyərəm dəmir qapını”…

Kimsə sevinməsin !!! Onsuzda ki, ədalətsizlik , qanunsuzluq tűgyan etməklə, hər qapını dőyməkdədir. Tofiq Yaqublu cinayət edibmi ?! Əsla !!!

Həbsxana bir qazinin, qəhrəmanın haqqıdırmı ?! Əsla !!!

Əli İnsanovun kőməkçisi Rəşad Abbaslı həbs edlib. Guya, kűçədə şőyűş sőyűb. Bu qədər olmaz axı. Rəşad o qədər tərbiyəli oguldur ki, məni kimsə inandıra bilməz Rəşadın nəinki şőyűş sőyməyinə, hətta ucadan danışdıgına belə…Nə isə…
Tanrı Azərbaycanımızı qorusun !!! Tanrı kimsəni ailəsinin sıgınacagı – műqəddəs ocagıyla sınaga çəkməsin !!! Tanrı Tofiq Yaqublu başda olmaqla ədalətsizliyə məruz qardaşlarımızı azadlığa, ailələrinə qovuşdursun !!!

Ramiz TAĞIYEV

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*