“Rűşvətxoru bir rayonda şőhrətləndirib, digər rayona “ezam” etmək, kimin aglının məhsuluydu əcaba?”!!!

PAYLAŞIN

“… ondan və onunkimilərin hamısından hesab sorulmalıydı. Zamanında…

Bunu etməyiblərsə, etməli olanlar da Nizaməddin qədər suçludurlar.

Fb-NİN GÜNDƏMİNDƏN

“RÜŞVƏTƏ APARAN YOL” !!!

Agstafa rayon İcra Hakimiyyətinin başçısı ( artıq sabiq) Nizaməddin Quliyevin həbs edilməsi bir çox suallar dogurur. N.Quliyev rűşvətxorluga nə zaman başlayıb? Goranboy rayonundan Agstafaya gőndərilməsinin səbəbi nə olub? Sabiq başçı axırıncı dəfə kimə və ya kimlərə hesabat verib? Őlkədə icra hakimiyyəti başçıları hansı keyfiyyət və qabiliyyətlərinə gőrə təyin edilirlər? Űmumiyyətlə rayonların gűndəlik idarəçiliyinin őzűnű idarəetmə strukturu sayılan bələdiyyələrə deyil, İH-lərə tapşırılması nə qədər dogrudur? Digər rayonlarda vəziyyət Agstafadan fərqlidirmi?!

Əvvəla, onu xatırlatmaq istəyirəm ki, N.Quliyev Goranboy rayonuna rəhbərlik etdiyi zaman əhalinin narazılıgı “pik” həddinə yűksəlmişdi ki, kűtləvi informasiya vasitələrinin (KİV) də  diqqətini kifayət qədər həmin rayona yőnəltmişdi. Başçının hegemonlugu bəzilərini intihara sűrűkləmişdi. Təbii ki, həmin zaman ona “gőzűnűn űstə qaşın var” deyəcək kimsə tapılmadı, əksinə, Nizaməddini nizamlamadan şőhrətləndirdilər də. Bu, əslində xalqa bir mesaj idi, “Siz, nə çalırsınız-çalın, biz heyvagűlűműzű oynayacayıq”.

Kimsəyə sirr deyildi ki, N.Quliyev hələ Goranboyda milyonları qamarlayıb, őzűnə şah sarayından daha dəbdəbəli villalar, műxtəlif biznes obyektləri inşa etdirmişdi. “Cidanı çuvalda gizlətmək” műmkűn olmadıgı kimi, Nizaməddinin də rűşvətə, korrupsiyaya bulaşması bűtűn őlkə űçűn gizli qalmamışdı…

Rűşvətxoru bir rayonda şőhrətləndirib, digər rayona “ezam” etmək, kimin aglının məhsuluydu əcaba? Nővbəti təyinatdan őncə, nə űçűn ondan soruşulmadı ki, Nizaməddin, sənin əlindən Goranboylular nədən dad qılırdılar və ya bu qədər cah-cəlalı, malı-műlkű necə əldə etdin?! Bəli, ondan və onunkimilərin hamısından hesab sorulmalıydı. Zamanında…

Bunu etməyiblərsə, etməli olanlar da Nizaməddin qədər suçludurlar.

Zavallı KİV-lərimiz uzun illər çox yazdı Nizaməddinlərdən. Basqılara məruz qala-qala. Etiraf edək ki, həbslər, təzyiq-təhdidlər mətbuata təsirsiz őtűşmədi. Əksər qələm sahibi tənqid yazıb təqibə məruz qalmaqdansa, tərifə imza atıb, təltiflənməyi məqbul hesab etdi. Nəticə bəllidir, “dərə xəlvət, tűlkű bəy”lik  tűgyan edir artıq. İş o həddə çatıb ki, “tűlkű”lərin hərəsi seyfində yűzlərlə maaş kartı saxlayır. Gőrűn ki, şərəfsizlər hətta imkansızların haqqına girməkdən çəkinməyiblər…

Yeni təyinat almış icra başçılarıyla işim yox, kőhnələrin hamısı “bir bezin qıragıdırlar”. Agız-agıza verib, talayıblar xalqın malını, őlkənin sərvətini.

Kim bilmir ki, prezident fondundan rayonların abadlıq işləri űçűn ayrılmış milyonların yalnız cűzi hissəsi aidiyyatı űzrə xərclənir. Hesabatı kim verəcək və ya kim soracaq ? Hesab bəllidir zatən…

Qəribə olan başqa bir məsələ də dűşűndűrűrűcudűr; nə űçűn hər bir korrupsionerin inzibati orqanlarda, məhkəmələrdə qohum-əqrəbaları çalışmalıdır?! Elə bir sistem qurulub ki, qohumun biri talıyır, o biri də izləri malalayır sanki…

Burada sovet dővrűnűn bir lətifəsi dűşűr yadıma:

“Raykomun binasının istilik sistemini təmir etməyə usta çagırırlar. Usta kőhnəlmiş avadanlıqlara baxıb, burada bűtűn sistem dəyişilməlidir”- deyir. “Ustanı siyasi “səhv”inə gőrə həbs edirlər.Usta demişkən, őlkədə idarəçilik mexanizmi yenilənməlidi. Regionlar, “balaca padşah”ların əlindən xilas edilməlidi. Gűndəlik idarəçilik bələdiyyələrə tapşırılmalıdı. Təbii ki, təyinatlı bələdiyyələrə deyil, xalqın mandat verdiyi bələdiyyələrə. Rayon və şəhərlərdə mərkəzləşdirilmiş bələdiyyələr yaradılmalı və kollegial idarəçiliyə űstűnlűk verilməlidir. Bunlar edilməyəcəksə, demək, ogurluga, talançılıga bilərəkdən şərait yaradılır.

davamı olacaq

—————————————————————————————–

P.S.

Dövlətin qanunla qorunan mənafelərinə zərər vurulmasına qarşı əməliyyat-istintaq tədbirləri

269 967 просмотров

19 дек. 2019 г

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*