SƏN BİZİMSƏN, BİZİMSƏN, DURDUQCA BƏDƏNDƏ CAN, YAŞA, YAŞA, ÇOX YAŞA, EY ŞANLI AZƏRBAYCAN !!!

HACIBABA ƏZİMOV – 80

Fb-NİN GÜNDƏMİNDƏN

Günün ən məzmunlu tədbiri-istiqlalçı deputat, Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının müəllifi, professor Hacibaba Əzimovun 80 illik yubileyi… Tədbirdə həm də son 30 ilin tarixi vərəqləndi. Hacıbaba müəllimi təbrik edirik!!!

———————————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN

İstiqlalçı deputat, dəyərli insan Hacıbaba Əzimovun 80 illik şərəfli ömrünün fəaliyyət hesabatı – 
Tədbirinə dəvət aldığım dostlarım içərisində cəmi bir neçə çox sevdiyim, hörmət etdiyim böyük insanlardan biridir ki, ürəklə, məmnuniyyətlə iştirak edirəm. Mənim çox sevdiyim, müstəqilliyi uğurunda gəncliyimi, həyatımı fəda edə biləcəyim vətənim uğrunda təmənnasız və bu gün də haqqına çata bilmədiyi bir fədəkar, cəsur, qorxmaz, həm də humanist beynəlmiləl, dünyavi bir insanın şərəfli ömür hesabatı məclisində iştirak etməkdən qürur duyuram. Böyük alim Xabbard insanları üç qrupa bölürdü: karierist, özü, ailəsi, tayfası və uzağı öz reqionu üçün yaranan və fəaliyyət göstərən insanlar, ikincisi yalnız öz milləti üçün və nəhayət, üçüncü bütün insanlar, bəşəriyyət üçün çalışan insanlara və təkmillik nöqteyi nəzərdən, birinci qrupu ən cılız və yaramazlara, ikinci qrupu orta səviyyəlilərə və nəhayət üçüncü qrupu ən ali insan qrupuna aid edirdi. Hacıbaba müəllim bütün şüurlu fəaliyyəti ilə azsaylı ali insanlar sırasına aiddir.
Bu böyük insanı başqalarından fərqləndirən əsas xüsusiyyətlər:

1. İstiqlal uğrunda fədəkarlıq və dönməzlik. Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy və 43 istiqlalçı deputatlarla birlikdə hər cür təhlükənin üstünə gedərək, Azərbaycana müstəqillik qazandırmaqda müstəsna rol oynamışdır. 
2. Müstəqillik bəyənnaməsinin əsas müəlliflərindən biri və həm müəllifi kimi düzgün, səlist tarixi sənədi- ana qanunu hazırlayıb ortaya qoymuşdur ki, bu gün də, sabah da bu sənəd müstəqillik yolumuzu işıqlandıracaq.
3. Heç bir təsir altına düşmədən, nə dırnaqarası köhnə və nə də təzə xilaskarlarımızın nostalgiyasını yaşamayan, hər cür “boyunduruğu”, separatçılığı, cılız milliyyətçiliyi qəti rədd edən, belə neqativ hallarla bütün varlığı ilə davamlı və fasiləsiz mübarizə aparan bir şəxsiyyət kimi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olmuşdur. 
4. Həm də geriçiliyi, köhnəliyi rədd edən, yalnız yenilik, elm, tərəqqi tərənnümçüsü kimi ölkənin inkişafını yalnız irəliyə çəkən alim, maarifçi kimi tarixə düşmüş, təmsil etdiyi regionda gözəl bir təhsil ocağı – universitet qurmuş və bununla da regionun inkişafında böyük rol oynamış, ciddi təsir etmişdir. 

Hacıbaba müəllimi 80 illik yubiley münasibətilə təbrik edirəm, ölkəmizə və bütün bəşəriyyətə yüksək xidmətini hələ uzun müddət davam etdirməsi üçün möhkəm sağlamlıq, xoş günlər və bununla da daha böyük uğurlar arzu edirəm. Azərbaycan xalqına dostu düşməndən seçməyi, hər kəsin xidmətini qiymətləndirmək məharəti və bu yolda uğurlar arzu edirəm. Cüzi də olsa haqsızlıq üzərində qurulan cəmiyyətlər heç vaxt liderlər sırasına daxil ola bilməz.

Dərin hörmətlə
Prof. Dr. Saleh Məmmədov

——————————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN

Azərbaycan Müstəqillik dönəminin Yaddaşı Hacibaba Azimovun 80 illik yubiley törənində müstəqillik fədailərini – İsa bəy Qəmbəri, Pənah bəy Hüseyni, İsgəndər bəy Həmidovu, Mirmahmud Ağa Fəttayevi, Zəlimxan Məmmədlini, İbrahim İbrahimlini, Arif bəy Hacılını, Vaqif bəy Hacıbəylini, Gülağa bəy Aslanlını, dəyərli imzalar Əvəz Zeynallını, Elxan Şükürlünü, Mehman Əliyevi, Elçin Şıxlını, Qulu Məhərrəmlini, hörmətli alimin və professorun, keçmiş rektorun tələbələrini, yetirmələrini bir arada görmək, onların xoş arzularını eşitmək çox xoş idi! Bizə şərəfli bir ömür nümunəsi və ləyaqətli bir siyasətçi obrazını bəxş etdiyi üçün bir də deyirəm: təşəkkür, elmimizin, siyasətimizin, xalqımızın fəxri və qürur ünvanı Hacıbaba Əzimov!

Azərbaycan Müstəqillik dönəminin Yaddaşı Hacibaba Azimovun 80 illik yubiley törənində müstəqillik fədailərini – İsa bəy Qəmbəri, Pənah bəy Hüseyni, İsgəndər bəy Həmidovu, Mirmahmud Ağa Fəttayevi, Zəlimxan Məmmədlini, İbrahim İbrahimlini, Arif bəy Hacılını, Vaqif bəy Hacıbəylini, Gülağa bəy Aslanlını, dəyərli imzalar Əvəz Zeynallını, Elxan Şükürlünü, Mehman Əliyevi, Elçin Şıxlını, Qulu Məhərrəmlini, hörmətli alimin və professorun, keçmiş rektorun tələbələrini, yetirmələrini bir arada görmək, onların xoş arzularını eşitmək çox xoş idi! Bizə şərəfli bir ömür nümunəsi və ləyaqətli bir siyasətçi obrazını bəxş etdiyi üçün bir də deyirəm: təşəkkür, elmimizin, siyasətimizin, xalqımızın fəxri və qürur ünvanı Hacıbaba Əzimov!

Posted by Aydın Canıyev on Saturday, 17 November 2018

————————————————————————–

Ömrün gözəl anları! – ləyaqətli və mübariz insanlarla ləyaqətli və mübariz bir insanın yubiley törənində…


Fb-NİN GÜNDƏMİNDƏN

На данном изображении может находиться: 2 человека, в том числе Hacibaba Azimov, люди улыбаются, люди стоят и костюмMilli Dirçəliş günümüzdə istiqlalçı millət vəkilimiz, Azərbaycanın Müstəqilliyi haqqında konstitusiya aktının müəllifi, professor Hacibaba Əzimovun 80 illik yubiley mərasimini keçirdik. Azərbaycanın yenidən istiqlalına qovuşmasında əməyi olan insanların, elm xadimlərinin və qələm ustalarının iştirakı ilə çağdaş tariximizin parlaq və yaddaqalan günlərindən birini yaşadıq. Dövlət himnimizlə başlayan yubiley mərasimi, 30 il öncə bizləri meydanlara səsləyən Koroğlu üvertürası ilə sona çatdı. 
Milli Dirçəliş Günümüz və vətənimizin müstəqilliyinə imza atmış Hacıbaba Əzimovun doğum günü qutlu olsun!

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*