
“SƏN SANCILAN UCALIQ MİN-MİN ÜRƏKDƏN KEÇƏR, …” !!!
Fb-NİN GÜNDƏMİNDƏN
BAYRAMINIZ MÜBARƏK, ƏZİZ DOSTLAR!
AZƏRBAYCAN BAYRAĞI!!!
BAYRAMINIZ MÜBARƏK, ƏZİZ DOSTLAR!AZƏRBAYCAN BAYRAĞI!!!
Posted by Ramiz Qusarçaylı on Tuesday, 8 November 2016
Просмотры: 1 619
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !
Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı !
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !
*** *** ***
Bir əsrlik yol gələn,
Enməməkçün yüksələn,
Düşmən gözləri dələn
Rəsulzadə çırağı –
Azərbaycan bayrağı!
Fb-NİN GÜNDƏMİNDƏN
——- AZƏRBAYCAN BAYRAĞI ———
Bir əsrlik yol gələn,
Enməməkçün yüksələn,
Düşmən gözləri dələn
Rəsulzadə çırağı –
Azərbaycan bayrağı!
****
Səmadan enmiş Quran,
Azadlıq tamlı dövran,
Şəhidin verdiyi qan,
Qonaqpərvər torpağım –
Azərbaycan bayrağı!
****
Pak amal fəlsəfəsi,
Hürriyyətin gur səsi,
Sönməz günəş şöləsi,
Qələbələr sorağı –
Azərbaycan bayrağı!
****
Bəzəyir göyü, yeri
Vətənpərvərlər piri,
Zamanın ürək şeiri,
Həqiqətin yarağı –
Azərbaycan bayrağı,
Azərbaycan bayrağı!
Giya PAÇXATAŞVİLİ
9.11.2017

PAYLAŞ