“SƏN EY İSTİQLALIMIN ƏBƏDİYYƏT SANCAĞI, GÖYLƏRİN NUR YAĞMURU, YERLƏRİN GÖY QURŞAĞI – AZƏRBAYCAN BAYRAĞI” !!!

PAYLAŞIN

“Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
AZƏRBAYCAN BAYRAĞI!”!!!

———————————————————————————

Fb-NİN GÜNDƏMİNDƏN 

Bizdən öncəki nəsil heçdən bir BAYRAQ yapdı. BAYRAĞI Azərbaycan göylərinə ucaltdılar. Azərbaycan Cümhuriyyətinin Qurucusu M. Ə. RƏSULZADƏ:

“BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!”dedi.

Azərbaycan Gəncinin qəlbinə enmiş BAYRAQ, 71 il sonra ELÇİBƏY tərəfindən Parlament binasının üzərinə qaldırıldı.

1918 – ci il noyabrın 9- da Azərbaycan Xalq Cümhuriyyətinin Bayrağı haqqında qərar qəbul edildi.

9 Noyabr 2009 – cü ildən Dövlət Bayrağı Günü qeyd olunur.

BAYRAQ yapmağın – YAP- a heç bir aidiyyəti yoxdur. Onlar Azərbaycan göylərinin ənginliklərini metrlə ölçürlər.

BAYRAĞINIZ MÜBARƏK BAYRAQ YAPANLAR!
BAYRAĞINIZ MÜBARƏK BAYRAQ BƏRPA EDƏNLƏR!
BAYRAĞINIZ MÜBARƏK BAYRAQ UĞRUNDA SAVAŞANLAR!
BAYRAĞINIZ MÜBARƏK ŞƏHİDLƏR!
BAYRAĞINIZ MÜBARƏK QAZİLƏR!
BAYRAĞINIZ MÜBARƏK DÖVLƏT və BAYRAQ qədri bilənlər!

 

 

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*