“SƏNİ ÇOX SEVİRƏM, ÖZÜMDƏN DƏ ÇOX… MƏN SƏNƏ YAZSAM DA ARXA CƏBHƏDƏN…”!!!

PAYLAŞIN

“Mənim qurd ürəyi yemiş əsgərim,
Sənə əmanətdi o sərhəd, o sədd…”!!!

 

Fb-NİN GÜNDƏMİNDƏN

Əsgər qardaşıma..

Səndən möcüzələr gözləyirəm mən,
Hərbi möcüzələr, unutma bunu.
Sənə tapşırıram o bayraq, o sən..
Sən özün bilirsən kim olduğunu.

Zəfərdi bu saat gözləntilərim,
Döyüşdü bu saat ən ali məqsəd.
Mənim qurd ürəyi yemiş əsgərim,
Sənə əmanətdi o sərhəd, o sədd.

Qəti soyumasın əlin cəbbədən,
Dağıt o dağlardan dumanı-çəni.
Mən sənə yazsam da arxa cəbhədən,
Yanında səngərdə hiss elə məni.

Bu gün səninkidi ən müqəddəs iş,
Su çilə qəlbimdə qopan yanğına.
Vətəni düşməndən azad etməmiş,
Qoyma qılıncını qətiyyən,qına.

Mən səni sevirəm, özümdən də çox,
Enməsin ümidin köhlən atından.
Bu gün tək ağzından, tək gözündən yox,
Qoy həm də od qopsun avtomatından.

Sənə gülümsəsin günəşin ilki,
Əsməsin içində soyuq ruzigar.
Bəxtəvər başına bu torpağın ki,
Sənintək yenilməz oğulları var.

Vətən hamımızdan dəyərlidi bil,
Yaşat, yaşadıqca bu həqiqəti..
Sən hər bir savaşda tək əsgər deyil,
Aslan olduğunu unutma qəti.

Qurşundan çələng tut, barıtdan ətir,
Mərmilər çovusa dörd bir yanından..
Üzülmə, sarsılma yadına gətir,
Gör kimlər keçibdi şirin canından..

Düşməni tapdığın hər fürsətdə əz.
Çıxmasın yadından Vətən kəlməsi,
Yox, sənin ruhunu sarsıda bilməz,
Nə raket atəşi, nə top həmləsi.

Qürurum, güvənim,nurum-işığım,
Ömrümə-günümə yeni rəng gətir.
Mənə indiyədək yaşamadığım,
Heç vaxt duymadığım bir fərəh gətir..

Cövlana Qırattək tankını qızdır,
Yorulma, usanma, sınma qəti, sən.
Mənə sən dadızdır, özün dadızdır,
Qələbə deyilən o şərbəti sən.

 

235Besti Berdeli, Leyla Qebleyeva и ещё 233

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*