“ŞƏRƏFSİZLƏR ÜZƏ DURUR AT KİMİ …” !!!

“NAZİRLƏRİ ÖZ DİLİNİ ANLAMIR …” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Ları xoruz xoruz kimi banlamır,

İt pişiyi, pişik iti danlamır,

Nazirləri öz dilini anlamır,

Məsimoğlu kimə desin dərdini?

 

Balqabaqdır müəllimi, həkimi,

Kütbeyindir müstəntiqi, hakimi,

Şərəfsizlər üzə durur at kimi,

Məsimoğlu kimə desin dərdini?

 

Yuxarıda oturubdur bədniyyət,

Ayrılıbdır bir-birindən sümük, ət,

Kimsəsizdir, yiyəsizdir həqiqət,

Məsimoğlu kimə desin dərdini?

 

Yeri – göyü haldan salıb talanlar,

Doğrulara aman vermir dalanlar,

Yəhərsizdir, yüyənsizdir yalanlar,

Məsimoğlu kimə desin dərdini?

 

Dağıdıblar dağ başında postunu,

Öldürüblər qardaşını, dostunu,

Əyibdilər millətinin mostunu,

Məsimoğlu kimə desin dərdini?

1 Comment

  1. Maşallah,bu nadir tapınti,yaraşıqlı nazirin yeri antikvaryatlar muzeyidi.Necə deyərlər; mal yiyəsinə oxşamasa deyərlər ki,haramdı.Analoqu olmayan ölkəmizin,analoqu olmayan qudurğan,anti- milli rejimin başında duran Prezidentin böyük və uğurlu axtarışlarından sonra tapılıb qoyulan XİN-i,necə deyərlər onu tapııb bu vəzifəyə qoyana yaraşır “eşşəyə palan kimi” Belə yerdə deyirlər ki.komentariya izlişno.Vəssalam.

Leave a Reply

Your email address will not be published.


*