“ŞƏR MAKİNASI NƏHAYƏT Kİ DURDURULMALIDIR”!!!

“TÜRMƏLƏR GÜNAHSZ İNSANLARLA AĞZINA QƏDƏR DOLUDUR” !!!

—————————

Eldar SABİROĞLU

Sabiq millət vəkili

—————————

Həbs müddətinin bitməsinə iki ay qalmış Mehman Hüseynova yenidən cinayət işinin açılmasının hakimiyyət üçün ağrılı mövzuya çevrildiyi göz önündədir. Etiraz dalgaları ölkənin hüdudlarını aşaraq beynəlxalq birlik tərəfindən böyük dəstək qazanır. Bu statusumu oxuyan iqtidar “korifeyləri” fikirləşə bilərlər ki, yaranmış sitiuasiya könlümü çox xoş edib və buna görə qərəzimi, kin-küdurətimi yüngülləşdirmək üçün Mehmandan göydəndüşmə fürsət kimi istifadə edirəm. Artırıb, əksiltmirəm. Xasiyyətləri belədir, çünki beyin solaxay çalışdığından bu adamlar hər kəsə şübhə ilə baxırlar. Cəmiyyət bunu bildiyindən hakimiyyətin səmimiyyətinə inanmır. Ölkə başçısı bu inamı qaytarmaq istiqamətində təsirli tədbirlərə başlamalıdır. Türmələr günahsız insanlarla ağzına qədər doludur. Şər maşını, nəhayət ki, dayandırılmalıdır. Bu nə dövlətçiliyimizə, nə də dövləti idarə edənlərə üstünlük bəxş etmir. Bu hansı gözəgörünməz əllərdir ki, cənab prezident, Sizinlə cəmiyyət arasında bu qədər dərin uçurum yaradıb? Ən böyük düşmənçiliyi Sizə öz ətrafınız edir. Başqa yerdə axtarmayın. Mehman Hüseynov faktorunun bu cür şəkildə dünyaya yayılması Azərbaycana doğrudanmı lazım idi? Və ya, bu gənc oğlan mart ayında həbsxanadan evinə buraxılsaydı, ölkədə nə baş verə bilərdi ki, onun qorxusundan yeni cinayət işinin təcili surətdə qaldırılmasına ciddi ehtiyac yarandı?! Başqalarının gözünü qorxutmaq üçün bu cür primitiv və bəsit əməliyyatın həyata keçirilməsinə göstəriş verənlərin dərhal cəzalandırılmasında dövlətin ozü maraqlı olmalıdır. Ola bilməz ki, ölkə başçısı bu olaydan xəbər tutmasın! Qeyri-hökumət təşkilatları rəhbərlərinin həbsxanaya Mehmanla görüşə getmələri və dəmli-dəstgahlı şəkil çəkdirib yaymalarından göründü ki, hakimiyyətin hər şeydən xəbəri var. Bəs bu inadcıllığın səbəbi nədir? Dərs, yenə də dərs!!! Müşahidə etdiyim maraqlı bir məsələni də bölüşmək istərdim. İndi deyəcəyim fikri oxuculardan hövsələ ilə qarşılamağı xahiş edirəm. Bütün hücumlar prezidentə yönəlib. Çünki dövlətin başında duran odur. Sosial şəbəkələr, internet televiziyalar iqtidarı hörmətdən salan digər yekə kalibirlərdən niyə yazmırlar? Halbuki çox vacibdir.