SAHİB KƏRİMLİDƏN İLGİNC ANONS – “YAXIN VAXTLARDA NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ OLACAQ”!!!”

PAYLAŞIN

“… İlham Əliyev Mehriban xanımı 1-ci vitse-prezident təyin etməklə varisin kim olacağını müəyyənləşdirib.“!!!

Fb-NİN GÜNDƏMİNDƏN  

Görünən odur ki, yaxın vaxtlarda ölkədə Prezident seçkiləri olacaq. 

Mehriban Əliyevanın dövlət idarəetməsindəki fəallığında kəskin artım müşahidə edilir. 

İlham Əliyevin sosial şəbəklərdəki rəsmi səhifələrindən və hakimiyyətin media resurslarından əsasən 1-ci vitse-prezidentin təbliğatı gedir. 

Rusiya Prezidentinin 1-ci xanımı təltif etdiyi “Dostluq Ordeni”, ardınca ünvanladığı ad günü təbriki, deməyə əsas verir ki, prosesə geosiyasi hazırlıq başlayıb. Xatırladım ki, Putin tərəfindən Mehriban xanımın ad günü ilk dəfədir ki, təbrik edilirdi.

Hakimiyyətin daxilində ciddi təsirləri olan qrupların bəzilərinin sıradan çıxarıldığı, bəzilərinin təsir mexanizmlərinin zəiflədildiyi, bəzilərinin gücləndirildiyi müşahidə edilməkdədir. Hesab edirəm ki, bunlar da gözlənilən yeniliklərlə bağlıdır.

Əslində cəmiyyətə üstüörtülü mesajlar verilir. Məsələn, Qüdrət Həsənquliyev kimi ciddi bir siyasətçi, Prezident seçkilərinə 6 il qalmasına baxmayaraq dedi ki, İlham Əliyev Mehriban xanımı 1-ci vitse-prezident təyin etməklə varisin kim olacağını müəyyənləşdirib.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*