SAHİBSİZ BAZARIN RƏZİL ALVERÇİLƏRİ

PAYLAŞIN

MÜƏLLİFDƏN:

qurban memmedov aslan ismayılovSon günlərin həyəcan, təlaş və təşviş dolu xəbər və açıqlamaları sırasında, tanınmış vəkil və ictimai-siyasi xadimlər, deputatlığa namizəd Aslan İsmayılovla, deputalığa nanizəd olmağı indiki situasiyada ciddi yanlış hesab edən Qurban Məmmədov arasındakı polemika diqqətimi çəkdi. Polemikanın gedişində sabiq müdafiə naziri Rəhim Qazıyevin adının hallanmasını və Aslan İsmayılovun yenə də bu məsələdə israrla dediklərinin üstündə durmasını nəzərə alaraq, hələ həbs olunmadan xeyli öncə qələmə aldığım bu yazını, yenidən cəmiyyətin diqqətinə, iştimai rəyin müzakirəsinə çıxarmağı vacib bildim.
Onu da qeyd edim ki, yazının xeyli hissəsi və xüsusən də sonluğu, həm də indi məmləkətdə yaranan vəziyyətə tam uyğun gələn qənaətlərlə zəngindi. Bəlkə də bu, taleyin və tarixin bir ironiyasıdı. Ama, bütün hallarda, hər iki baxımdan bu yazının indi də öz aktuallığını saxladığı qənaətindəyəm.

…KİMIN ƏLİ KİMİN CİBİNDƏDİ???(!!!)

Sərdar ƏlibəyliSərdar ƏLİBƏYLİ

 

 

 

rəhim qazıyevRəhim Qazıyevin Turqut Ərlə “Skype” söhbətinin “Azadlıq” qəzetində stenaqram formasında dərcinin başlanmasından sonra yaranan mənzərəyə və bəzi tanınmışların əndişəsinə və təlaşına şaşırdım. Əcəba nə baş vermişdi və nə baş verə bilərdi ki, bəlirli qurumlar və bəlli şəxslər, həmçinin də aparıcı qəzetlərin səhifələri dərhal Rəhim Qazıyevə qarşı hücum mövqeyinə keçmək zərurəti hiss etdilər. Zatən, Rəhim bəy 20 ildi ki, deyə biləcəyi nə vardısa, hamısını deyib, yaza biləcəklərini də hamısını yazıb. Xüsusən son dövrlərdə onun ən yeni tariximizlə bağlı olan bütün audio, vidio sənədləri, müraciətləri, açıqlama və müsahibələri intrnet üzərindən yayınlanıb və bu yayınlanma prosesi indinin özündə də davam edir. Yəni, demək istədiyim odu ki, Rəhim Qazıyevin demək və göstərmək imkanında olduğu hamısı göz qabağındadı. Oysa, məhz

rəhim qazıyev turqut ərTurqut Ərlə olan söhbətin niyə bu qədər ajiotaj və təlaşla qarşılandığını heç qanammadım. Hətta Turqut Ərlə Rəhim Qazıyevin söhbətini yayınlamaq missiyasını yüklənmiş “Azadlıq” qəzetinin özü belə, təxminən iki saat yarım davam edən bu söhbətin çox cüzi bir hissəsini yayınlaya bildi. Nədənsə, bu qəzetin cəmiyyətə “Rəhim Qazıyevin Turqut Ərə bomba kimi partlayacaq cavabları” başlığı ilə təqdim etdiyi söhbətin 1,5 qəzet səhifəsi həcmində yayınlanan hissəsində, nə bomba var idi, nə də partlayış. Bəs o zaman nədən “Azadlıq” kimi ciddi bir qəzet bu ikilinin söhbətini öz oxucularına belə qeyri-ciddi bir başlıqla təqdim etmişdi? Artıq qeyd elədim ki, söhbət iki saat yarımlıq internet vasitəsi ilə baş tutmuş danışığın stenaqramının çapından gedirdi və belə çıxır ki, “Azadlıq” qəzeti ya hansısa təzyiqlərdən dolayı, ya da böyük bazarlıq nəticəsində yazıya verdikləri başlığa heç bir halda uyğun gəlməyən materialın dərcindən imtina edib. Burada söhbətin kənar təzyiqdən, ya da bazarlıqdan getdiyi o qədər də önəmli deyil və hər iki halda “Azadlıq”ın adına və imicinə yaraşmayan bir məsələdi. Və mən bu yazını da ona görə yazmağa qərar vermədim ki, ay camaat, baxın görün “Azadlıq” qəzeti həm öz oxucularına, həm də cəmiyyətə necə qeyri-ciddi münasibət bəsləyir. Onsuz da tək “Azadlıq”ın yox, bütövlükdə Azərbaycan mediasının bu tip məsələlərdə ciddiyyətinin haraya qədər olduğu hər kəsə bəllidi. Amma sözügedən materialın dərc olunduğu günün səhəri, heç dəxli olmadığı yerdə “Yeni Müsavat” qəzetində Cümşüd Nuriyevin adından “Rəhim qazıyev Manukyanla görüşüb öpüşdü” başlıqlı sayıqlamaya bənzər açıqlama getdi. Burada imanımı yandırıb qəzetinmi məsələyə qərəzli yanaşdığını, yaxud da Cümşüd Nuriyevin yalan danışdığını deyə bilmərəm. Çünki öz adından getmiş açıqlamalarla bağlı Rəhim bəylə telefon danışığı olan Cümşüd Nuriyev fikirlərinin təhrif olunduğunu bildirib.

Cumshud Nuriyev Amma hər nədisə, Cümşüd Nuruyevin açıqladığı bəzi “tarixi faktlar”a diqqət kəsilmək, işin içində ya yalanın, ya da bilincli şəkildə qərəzin olduğu aydın göstərir. Məsələn, Cümşüd bəy buyurur ki, RF-nin o zamankı müdafiə naziri Pavel Qraçovun təşkil etdiyi məlum Soçi görüşündə Rəhim Qazıyev Manukyanla öpüşüb-görüşüb. Amma Rəhim bəy bildirir ki, ümumiyyətlə həmin görüşdə Manukyan soyadlı erməni iştirak etməyib və onun , Soçidə əl tutub, görüşərək öpüşdüyü tək adam Cümşüd Nuriyevin özü olub. Yaxud da, başqa bir detala diqqət edin, C.Nuriyevin qəzetdə gedən açıqlamasında bildirir ki, o, ümumiyyətlə görüşün detallarını xatırlamır, amma nədənsə, orada həm gedən söhbətin, az qala təfərrüatlarından danışır, həmçinin də Rəhim Qazıyevin görüşün başlanğıcından ta sonuna qədər nələri və necə etdiyini tam dəqiqliyi ilə açıqlayır. O zaman haqlı bir sual ortaya çıxır ki, görüşün detallarını tam xatırlamayan Cümşad bəyin bu görüşdə Rəhim Qazıyevlə bağlı bütün detalları tam dəqiqliyi ilə xatırlaması nə ilə bağlıdı? Cümşüd bəyin açıqladığı başqa bir məqam isə daha maraqlı və bir az da gülməlidi. Azərbaycan və Rusiya rəsmilərinin iştirakı ilə məhdudlaşan və Rusiya tərəfindən təşkil olunmuş bu görüşdə sən demə, bizin MTN-çilər də iştirak edib və görüşün audio yazısını aparıblar. Birincisi, bir neçə dövlət rəsmisinin iştirakı ilə məhdudlaşan bu tədbirdə bizim MTN-şiklər hansı statusda iştirak ediblər və üstəlik də görüşdə danışanların səslərini necə yazıblar?(!!!) Ikinci bir tərəfdən, əgər doğrudan da belə bir şey olubsa və Azərbaycanın MTN-ində bu audio yazı varsa, o zaman daha Cümşüd Nuruyevin, ya da bir başqasının açıqlamasına nə ehtiyac var imiş? Hələ-hələ, konkret olaraq Rəhim Qazıyevin hər hansı formada “vətənə xəyanəti” sübut edilməyə çalışılırsa, onda həmin audio yazı ortaya gəlməli və iş də məhkəmədə bilmərrə bitirilməli, məsələyə birdəfəlik nöqtə qoyulmalıdı..

Bir sözlə, bu cür sərsəm və qeyri-ciddi yazılarla cəmiyyətin qarşısına çıxmaq, əslində, ya stəkanda fırtına törətmək, ya da gölməçədə su bulandırmaq cəhdindən başqa heç bir anlam daşımır. Özü də Cümşüd Nuriyev telefonda Rəhim bəyə bildirib ki, gözündən əməliyyat olub xəstəxanada yatır və bir müddətdi ki, qəzet-filan da oxumur. Demək, belə bir münasibətin və bu cür açıqlamanın yayınlanmasında qəzetin marağı olub. Amma, bu, sadəcə bir qəzetçilik marağından və informasiya vermək istəyindən doğubsa, o zaman mütləq barəsində bu cür ittihamlar səsləndirilən Rəhim Qazıyevin də münasibəti öyrənilməli və elə həmin yazıda dərc olunmalıydı. Əgər bu baş verməyibsə, demək işin içində qərəz var. Deməli, ya “Yeni Müsavat” qəzeti kiminsə sifarişini yeürinə yetirib, ya da sabiq müdafiə nazirinə olan şəxsi münasibətlərindən irəli gələn bəd niyyətlərini cəmiyyətə həqiqət adına sırımağa çalışıblar. Bunun isə gerçək qəzetçilik və həqiqi jurnalistika ilə yaxın-uzaq əlaqəsi yoxdu…

 hikmət hacızadəRəhim Qazıyevlə Turqut Ərin “Azadlıq”da yayınlanan söhbətlərindən təkcə “Yeni Müsavat” qəzeti və Cümşüd Nuriyev deyil, elə “Azadlıq qəzetinin özü və digər tanınmış ictimai-siyasi xadimlər də, səbəbləri bəlli olmayan əndişə keçirib, təşvişə düşüblər. “Azadlıq” qəzetinin 15 dekabr 2012-ci il sayında birdən-birə iki tanınmış adam, ayrı-ayrı səhifələrdə Rəhim bəyin ünvanına ağır ittihamlar səsləndirib, yenə də onu həm “vətənə xəyanətdə”, həm də dolayısı ilə də olsa, indiki hakimiyyətə işləməkdə ittiham edirlər. Bunlardan biri Müsavatın Divan üzvü Hikmət Hacızadə, digəri isə vəkil Aslan İsmayılovdu. Hikmət Hacızadə öz açıqlamasında iddia edib ki, Rəhim Qazıyevin müdafiə naziri olduğu dövrdə, rus generalı Şerbakla telefon danışığı tutulub və həmin danışıq Milli Məclisin o zaman keçirilən qapalı sessiyasında səsləndirilib, ya da oxunub. Xatırladım ki, o zamanlar Hikmət Hacızadə Azərbaycanın PF-dəki səfiri idi. Sabiq səfir iddia edir ki, Şerbak R.Qazıyevə: “Sən bizə söz vermişdin ki, bunları yıxacaqsan, indi məqamdı, niyə hərəkətə keçmirsən?” deyə bildirib. Rəhim Qazıyevin özü isə həmin qapalı məclisdə şəxsən iştirak etdiyini və orada hər hansı telefon danışığının, istər mətn olaraq oxunduğunu, istərsə də səs olaraq dinləndiyini xatırlamır. Çünki belə bir şey olmayıb. Oysa, sabiq səfir bu informasiyanı haradan aldığını və niyə məhz indi səsləndirdiyini izah edə bilməlidi. Hələ orasını demirəm ki, “Azadlıq” qəzeti də, heç deyilsə, etika xatirinə belə bir ciddi ittihamla bağlı Rəhim Qazıyevin fikirlərini öyrənməliydi. Doğrudu, həmin günün səhəri “Azadlıq” qəzetində Rəhim Qazıyevin həm Hikmət Hacızadənin, həm də Aslan İsmayılovun açıqlamaları ilə bağlı münasibəti dərc olunub. Ancaq onu da dəqiq bilirəm ki, bu məsələ Rəhim Qazıyevin şəxsi təşəbbüsü və israrlı tələbindən sonra baş tutub. Amma şəxsən mənim üçün çox maraqlıdı ki, ən azı 50 nəfər Milli Məclis üzvünün iştirak etdiyi iclasda, olmayan bir şeyi olmuş həqiqət kimi qələmə verib, cəmiyyətin gözünə kül üfürmək, Hikmət Hacızadə kimi ağlı başında olan bir adamın nəyinə lazımmış görəsən? Bir də, eynən Cümşüd Nuriyev məsələsində olduğu kimi, burada da telefon danışığı səsli şəkildə audio lentə yazılıbsa, o zaman burada kimsənin, o cümlədən də Hikmət Hacızadənin aşıqlasmasına nə hacət vardı?(!!!) Demək, yenə də söhbət ancaq və ancaq, ya qərəzli münasibətdən, ya da şəxsi qisas hisslərinə meydan verilməsindən gedə bilər. Qəzetin iddiasına görə, Hilmət Hacızadənin dediklərini o zaman MTN-də müavin işləmiş Sülhəddin Əkbər də təsdiqləyib.

Sülhəddin ƏkbərBu o Sülhəddin Əkbərdi ki, cəmi bir neçə ay öncə bildirmişdi ki, Azərbaycanda fəaliyyətdə olan bir neçə partiya sədrinin KQB agenti olduğu barədə səhih məlumatlara malikdi. Ancaq o gündən bəri, nə həmin partiya sədrlərinin kimliyi, nə də malik olduğu məlumatlar barəsində bircə kəlmə də danışmayıb. Bu isə o deməkdi ki, adam əslində bir vaxtlar MTN-nin müavini kimi fəaliyyət göstərməsinin arxasında gizlənərək, örtülü şantajla məşğuldu. Və çox güman ki, onun Rəhim Qazıyev barəsində verdiyi açıqlama da bu cür örtülü şanrajlar silsiləsindən növbəti bir vərəqdi…

aslan ismayılov-1Vəkil Aslan İsmayılovun isə özü ayrı bir aləm, hərəkətləri kollaj, söylədikləri isə başdan-ayağa komediyadı, karikaturadı. Adam, hələ-hələ Aslan İsmayılov kimi özünü göydən zənbillə enmiş, hamıdan ağıllı, hamıdan savadlı hüquqşünas sayan bir vəkil, gərəkdi ki, danışıqları və hərəkətləri arasında bu boyda kontraslara yol verməsin. Heç dəxli və aidiyyatı olmayan yerdə, əlaqəsiz bir şəkildə Rəhim Qazıyevin adını “Qaynana” (“Gülərgeyt”- S.Ə.) serialının personajları sırasına salmaq üçün, sala bilmək üçün, insan gərəkdi ki, fövqəladə bacarıq və qabiliyyət sahibi olsun və görünür ki, bu qabiliyyət və bacarıq da Aslan İsmayılovda var imiş. Indi özünü Azərbaycanın az qala ən müxalif mövqeli ictimai-siyasi xadimi sayan hüquqşünas qardaşımız, yəqin ki, 1993-cü ilin iyun hadisələrindən sonra Heydər Əliyevin Milli Məclisində icad elədiyi böyük nitqini və o çıxışında hüquqşünasdan çox, indiki məhkəmələrdə istifadə edilən üzəduranlara bənzədiyini unudub. Ümumiyyətlə, Aslan İsmayılovun həmin məclisdə tribunaya necə yol tapa bildiyinin özünün və etdiyi çıxışın mətninin haradan və kimdən alındığını araşdırmaq gərəkir. Kim nə deyir desin, Aslan İsmayılovun Rəhim Qazıyevdən nəyinsə qisasını almaq, nəyə görəsə onunla haqq-hesab çəkmək istəyi var. Yoxsa, olmadıq yerdən, yeri gəldi-gəlmədi adamın adını hallandırmaq, harda gəldi üstünə çamur atmaq cəhdi nəylə bağlı ola bilər ki? Bütün hallarda Aslan İsmayılova, məxsusən də onun indiki imicinə və ictimai-siyasi statusuna, həmçinin də peşəkarı olduğunu iddia etdiyi peşəsinə yaraşmayan məısələdi…

 

https://youtu.be/UFhJExzxSywhttps://www.youtube.com/watch?v=a8XHz34xYRY&feature=youtu.be 

Bütün bu dediklərim, məni həm də ona görə şaşırdır ki, mətbuatda Rəhim Qazıyevlə zaman-zaman döyüş açan adamların əksəriyyəti, o cümlədən də bu gün haqqında danışdığımız şəxslər, bütün doğru-yalanları, əyri-düzləriylə siyasi politranın müxalif cinahında yer alan şəxslərdi. Oysa, indiki iqtidarın, xüsusilə də son dövrlərdə ortaya çıxan, barəsində danışılascaq o qədər şeylər varkən, durub-yatıb, yatıb-durub, Rəhim Qazıyevin 20 il əvvəlki fəaliyyətini təftiş etməyə qalxmalarına nə ad vermək, nə söyləmək mümkündü, qanammıram. Lap elə, Rəhim bəy barəsində söylənənlərin hər biri birər-birər həqiqət olsa belə, indiki zamanda nəyi artıra, nəyi azalda və ümumiyyətlə nəyi dəyişə bilər ki? Bəlkə iqtidarın, xüsusən də son aylarda açılıb çölə tökülən ayıblarını gündəmdən çıxararaq, zamanı 20 il əvvəlin siyasi arenasına qaytarmaq cəhdi var işin içində? Amma nə bilim, bəs bu adamlar cəmiyyətin müxalif cinahını təmsil edirlər və bu mənada, onların maraqları daha çox ayıbı çölə tökülmüş iqtidarla mübarizəyə yönəlməlidi. Deyəsən Aslan İsmayılov elə bu açıqlamasında demişdi ki, 20 ildi iqtidarlı müxalifətli kimin əli kimin cibindədi, aydınlaşdıra bilmir. Həəə, Aslan müəllim, doğrudan da, kimin əli kimin cibində, kimin dili  kimin boğazındadı???

İndi Azərbaycan özü boyda sahibsiz bir bazar kimidi və bu sahibsiz bazar rəzil və fırıldaqçı alverçılərlə doludu. Rəzalətin qəhrəmanliq, fırıldaqçılığın isə qoçaqlıq hesab olunduğu bu bazarda, baş verənləri anladıqlarına görə, ya xəcalətindən, ya, da sadəcə rəzil ola, fırıldaqçılığı bacara bilməməkləri üzündən gündə yüz kərə öl(dürül)üb-dirilənlərə yazıq…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*