“ŞAİRƏM ÇÜNKİ VƏZİFƏM BUDUR ƏŞAR YAZIIM …”!!!

“… ƏYİLMƏDİM, SINMADIM, KİMSƏYƏ ƏL AÇMADIM.” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Salam, əzizlərim!
Bu müraciəti yayınladığıma görə məni kimsə qınaya bilməz. Yaşadığım ömür gözünüzün önündədir, əyilmədim, sınmadım, yalvarıb kiməsə əl açmadım. 

Məhkəmənin qərar verdiyindən beş il ötsə də qərar icra olunmur, məmurlar dələduzu müdafiə edir, yüz min dollarımı geri ala bilmirəm. Türmədən sonra səhhətimlə yaranan problemlərlə bağlı üç ay ərzində Rusiya xəstəxanalarında müalicə aldım, vəsait çatışmazlığından müalicəm yarımçıq qaldı, geri qayıtmalı oldum. Düşdüyüm ağır durumla nəinki bir kəs maraqlanmır, hətta unutmağa çalışırlar.

Bundan əlavə 60 illiyim yaxınlaşır, yubiley həvəskarı olmasam da, düşünürəm, oxuculara hesabat verməyimin vaxtı çatıb. 5 cild şeirlər və poemalardan ibarət kitablarım çapa hazırdır. 3 cild rus dilində, eləcə də digər dillərdə nəşr olunmağım gözlənilir. Lakin, tərcümə prosesinin nə qədər çətin olduğunu, nə qədər vəsait tələb etdiyini bilənlər bilir. Haqqımda yazılanlar isə ədəbiyyat tariximizdə görünməmiş qədər – 10 cildlərlədir. Siyasi məhbus, bəlkə də yeganə şair-dissident olduğum bütün dünyaya bəllidir.

Bu əməlləri qətiyyən şöhrət naminə başa gətirmək arzusunda deyiləm, sadəcə, ölkə dışında şeirlərimi oxuyub dəyərləndirən mötəbər söz adamları bu əsərlərin bütün dünya dillərinə tərcümə edilməsinin vacib olduğuna məni inandırmışlar. Dünya ədəbiyyatından məlumatı olan birisi kimi deyə bilərəm ki, ədəbiyyatın dünya çapında öz kriteriyaları var və mənim niyyətim ədəbiyyatımızı ləyaqətlə təmsil etməkdən ibarətdir.

İmkansızlıqdan nə qədər əzab çəkdiyimin fərqindəsizmi? Bu kimi müraciətimdən onqat artıq əzablar çəkdiyimin isə özüm fərqindəyəm. Əsrlər, illər öncəsi də şairlərin milyonçularla münasibətləri olub, milyonçuların kapitalları özləriylə bərabər tarixin qaranlıqlarında əriyib yoxa çıxsa da, mədəniyyətə, xüsusilə də ədəbiyyata xərclənmiş pulları havayı geməyib, azından onların əsərləri bugünümüzə qədər gəlib çıxıb.

Belə milyonçularımız saysızdır, lakin, mətbuat səhifələrində xeyirxahlıqda, səxavətdə, mərdlikdə bərabəri olmayan messanat Mubariz Mansimovun adı tez-tez çəkilir, müsahibələrinə rast gəlirəm. Bilirəm ki, mətbuata bağlı birisidir və haqqında yazılanları oxuyur, operativ reaksiya da verir. Onunla əlaqəsi olanların da bu mesajı ona çatdıracağına ümid bəsləyirəm. O ki, müstəqildir.

Vaxtilə Həsən bəy Zərdabini Qarabağ bəyləri əliboş, bir susatan erməninin isə erməni elçisini əlidolu qaytardığını da, böyük Sabirin kitabının ölümündən sonra ermənilər tərəfindən nəşr olunmasını da xatırlayaraq, hələ də bu xəcalətdən qurtula bilmədiyimizi də unutmamalıyıq.

Futbolçu ayağının şair başından qiymətli olduğu ağır bir zamana düşdüyümüzü də nəzərə alıram.

Az sonra edilmiş yardımları qaytarmaq iqtidarında olacağıma da inanmanızı istərdim.

Dostlarımın da bu müraciətə münasibət bildirməyinin fərqindəyəm. Allah amanında…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*