“SALAM, RUH ŞƏHƏRİM, ŞƏHİD ŞƏHƏRİM” !!!

PAYLAŞIN

“Səninçün canımdan can verəmmdim,
Səninçün qanımdan qan verəmmədim,
Aydın sabah, sökülən dan verəmmədim,
Məni bağışlama, şəhid şəhərim.”

Fb-NİN GÜNDƏMİNDƏN 

 ŞƏHİD ŞƏHƏRİM

(Şeir 21 may biabırçılığından əvvəl yazılıb)

Mən sənin qoynuna xəyalda gəldim,
Əlləri qoynumda, bu halda gəldim,
Gəlməyə üzüm yox, daldada gəldim,
Salam, ruh şəhərim, şəhid şəhərim.

Döyünən qəlbimin xanı, sultanı,
Fikir, düşüncəmin əzəl sarvanı,
Müdhiş xəyanətin məsum qurbanı,
Salam, ruh şəhərim, şəhid şəhərim.

Önə çıxdın, kürəyindən vurdular,
Dalda qaldın, ürəyindən vurdular,
Saf suyundan, çörəyindən vurdular,
Salam, ruh şəhərim, şəhid şəhərim.

Qarabağın ürəyi, ay gözəl Şuşam,
Sən mənim sultanım, sən mənim paşam,
Yurdumla tənimsən, Bakımla qoşam,
Salam, ruh şəhərim, şəhid şəhərim.

Mən Qorqudun əmanətin gətirdim,
Mən boz qurdun sədaqətin gətirdim,
Ərənlərin xəcalətin gətirdim,
Salam, ruh şəhərim, şəhid şəhərim.

На изображении может находиться: небо, мост, на улице и природа

 

 

 

 

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*