“ŞANTAJ?!”!!! – BƏLİ, BUNUN BAŞQA ADI YOXDUR VƏ YA XORUZUN QUYRUĞU HARDA GİZLƏNİB?!!

XALQI ŞANTAJ EDƏNLƏR VƏ ETDİRƏNLƏR KİMLƏRDİR???!!!

————————–

Sərdar ƏLİBƏYLİ

“Reket”redaktor

————————-

SOSİAL ŞƏBƏKƏLƏRDƏ SİYAVUŞ NOVRUZOVUN ADINDAN YAYILMIŞ BU AÇIQLAMANIN, ONA NƏ QƏDƏR DƏXLİ OLUB OLMADIĞINI DEMƏKDƏ ÇƏTİNLİK ÇƏKİRƏM. OLARMI-OLMAZMI, BU HAQDA DA BİR SÖZ DEYƏ BİLMƏRƏM. AÇIĞI, ŞƏXSƏN MƏNƏ ŞÜBHƏLİ GÖRÜNDÜ Kİ, S.NOVRUZOV BELƏ BİR AÇIQLAMAYLA ÇIXIŞ ELƏSİN, EDƏ BİLSİN. DOĞRUDUR, ZAMAN-ZAMAN CƏNAB NOVRUZOVUN DİLİNDƏN, ÇEŞİDLİ JANRLARDA, DÜRLÜ SÖZLƏR, BƏYANLAR VƏ AÇIQLAMALAR EŞİTMİŞİK, DUYMUŞUQ, ANCAQ BU QƏDƏRİNƏ ONUN BELƏ, NƏ GÜCÜ, NƏ DƏ CƏSARƏTİ YETƏR… 

AMMA BÜTÜN HALLARDA, BUNUN ADI DÜPƏDÜZ  ŞANTAJDI VƏ XALQI, MİLLƏTİ ŞANTAJ ELƏMƏYƏ, ÖLKƏ DAXİLİNDƏKİ NARAZI ELEKTORATIN GÖZÜNÜ QORXUTMAĞA HESABLANIB. HƏTTA BU MƏSƏLƏNİN ARXASINDA SİYAVUŞ NOVRUZOVUN ADI VƏ ÖZÜ OLMASA BELƏ, İŞİN MAHİYYƏTİ DƏYİŞMİR VƏ ZARAFATLA OLSA BELƏ, BU CÜR AÇIQLAMALAR ORTALIĞA ATILA, GÜN İŞIĞINA ÇIXARILA  BİLMƏZ, BİLMƏMƏLİDİR. BU KİMİ MƏSƏLƏLƏR, BİRMƏNALI OLARAQ, HƏM TƏHRİKÇİ, HƏM DƏ TƏXRİBATÇI MƏQSƏLƏRƏ XİDMƏT EDİR VƏ DÖVLƏTİN AİDİYYATLI QURUMLARI BUNA BİGANƏ QALMAMALIDIRLAR. BELƏ MƏNASIZ VƏ MƏNASIZ OLDUĞU QƏDƏR DƏ TƏHLÜKƏLİ FİKİRLƏR, ANCAQ PSİXİ DURUMU SAĞLAM OLMAYAN ŞƏXSLƏRİN XƏSTƏ TƏXƏYYÜLÜNÜN MƏHSULU KİMİ QAVRANMALI VƏ KİM TƏRƏFİNDƏN, KİMİN ADINDAN  SƏSLƏNDİRİLMƏSİNDƏN ASILI OLMAYARAQ BEŞİYİNDƏCƏ BOĞULMALIDR. 

———————————————————————————————

Fb-NİN  GÜNDƏMİNDƏN

made in Azerbaijan

Siyavuş NOVRUZOV:

Azərbaycan xalqı son zamanlar prezident İlham Əliyevə qarşı aqresiya nümayiş etdirməyə başlayıb. Bu da səbəbsiz deyil, Qərb dairələri tərəfindən idarə olunan bir qrup insan sosial şəbəkələrdə şər-böhtan kampaniyası aparır. İlham Əliyevi Qəddafi, Səddam Hüseynlə müqaisə etməyə başlayıblar. Mən buradan o insanlara səslənərək demək istəyirəm ki, prezidentimizin arxasında ordu polis durub və duracaq da. İlham Əliyevə qarşı küçələrə lap milyonlarla insan çıxsa belə polisimiz, ordumuz hamısını qısa bir zaman içərisində güllələyib məhv edəcək.

Mənbə: Hafta.az

Zəruri qeyd:

1. Mənbə kimi göstərilən “Hafta.az” saytında bu xəbəri bula bilmədim.

2. Xəbəri paylaşmş made in Azerbaijanadlı Fb səhifəsinin, məlum mühacir Məhəmməd Mirzəliyə aid olduğu barəsində, elə bu xəbərin şərh bölümünfdə məlumat verilib.  

————————————————————————————————

Комментарии: 

Samir HUSEYNOV 

Yalançının dədəsinə lənət ki, Siyavuş Novruzov belə bir söz deyib. Baxın görun bunu kim yazır

На данном изображении может находиться: 1 человек, текст

Ceyhun MUSAYEV 

Bu yarasiga dedizdiriblerki. Eger millet qalxsa ordu ve polisler insalnari qanina buluyacaq. Beser esedi yadniza salin

Etibar Fermanov 

Ne bilim yeni o belə bir söz demeye curet edmez axi belə ifadə isdedmekcun axmaq olmaq lazimdir hem de tupoy

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*