“SAXTA SEÇKİ ŞOUSU DA BELƏ BİTDİ. BƏ NECƏ OLMALIYDI Kİ?!”!!!

PAYLAŞIN

“İllərdir ki, şirin nagıllarla aldadıldıgımızı anlamayan bizlər deyilik?!”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

“Məntiq və saxtakarlıq”.

Saxta seçki şousu da belə bitdi. Necə olmalıydı ki?!

Baş verənlər susqunlugumuzun məntiqi nəticəsi deyildimi?! İllərdir ki, saxta, keyfiyyətsiz qida məhsullarını bizə sırımadılar? Etiraz etdikmi? Nəticədə xəstəliklər tűgyan etmədimi? Vecimizə gəldimi? Dərmanları da saxtalaşdırdılar. Xəstəlik ucuz, dərman baha…

Susmadıqmı?! Deputatların, nazirlərin, prokurorların, hakimlərin maaşı orta əməkhaqqından dəfələrlə artıq… Qəbul etmədik?! Qazilər, şəhid ailələrinin ahu-naləsi gőylərə ucaldı. Őzűműzű karlıga vurmadıq?!

Minlərlə ləyaqətli vətəndaşımız saxta məhkəmə hőkmləriylə zindanlara atıldı. Gőrə-gőrə kor olan biz olmadımı ?!

Rűşvət, korrupsiyayla məmurların ərsəyə gətirdikləri sarayları, obyektləri gőrməzdən gələn bizlər deyilikmi?! Şəhid tabutlarının yalnız kasıbların qapısına aparılmasından xəbərimiz olmadı?!

İllərdir ki, şirin nagıllarla aldadıldıgımızı anlamayan bizlər deyilik?! Hələ nələr-nələr… Və iştahla nővbəti “islahat”ları gőzlədik. Necədi?! Bu da bizim islahatımız …

Misli gőrűnməmiş seçki saxtakarlıgi bir daha təsdiq etdi ki, bu islahahat yox, “islat at”ıymış…

Di gedək, kef edək. Aclıq olsun, kef olsun.

Bəli, başımıza gələnlər susqunlugumuzun, karlıq-korlugumuzun məntiqi nəticəsiydi. Dahi Sabiri də oxuduq, ancaq anlamadıq; “Millət necə tarac olur-olsun nə işim var…” – dedik

Bizləri aldadıb, oynadanlar isə xəlvətdə zűmzűmə edirlər, ah necə keyf çəkməli əyyamdı. Bu da bir məntiqi nəticədir. Anlayanlar űçűn…

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*